09:08 13 Sentyabr 2017
510 dəfə oxunub
Çap versiyası
...

Hindistan Müstəqillik Hərəkatının lideri Mahatma Qandinin nəvəsi Ela Qandi, Myanmada müsəlmanlara qarşı davam edən buddist zülmünə səssiz qala bilməyib.

Strategiya.az sputnik.az-a istinadən bildirir ki, Ela Qandi Myanmanın hökumət başçısı Aunq San Suu Çiyə məktub yazaraq Arakandakı müsəlman soyqırımına son verilməsini tələb edib.

 

"Sizdən bütün səlahiyyət və nüfuzunuzdan istifadə edərək, Arakan əyalətində yaşayan müsəlmanlara qarşı mərhəmətli davranılmasını təmin etməyinizi istəyirik" - Qandi yazıb.

Myanmada son günlər müsəlmanlara qarşı çoxalan sistematik şiddətin, xüsusilə qadınlara və uşaqlara olan hücumların ciddi narahatlığa səbəb olduğunu deyən 77 yaşlı xanım Qandi, Suu Çidən problemi sülh yolu ilə həll etməyə çağırıb.

Cənubi Afrika vətəndaşı olan Ela Qandi, 1994-2004-cü illər arasında Afrika Milli Konqres Partiyasından millət vəkili olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2017
19-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4856 san