09:46 13 Sentyabr 2017
285 dəfə oxunub
Çap versiyası
...

Sentyabrın 12-də basketbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinin ilk iki görüşü keçirilib.

İlk oyunda İspaniya və Almaniya yığma komandaları üz-üzə gəliblər. Çempionatda qrup mərhələsində keçirdiyi bütün görüşlərdə qalib gələn Pireney təmsilçisi qələbə seriyasını bu oyunda da qoruyub. Səkkizdəbir finalda Türkiyə millisini mübarizədən kənarlaşdıran İspaniya basketbolçuları görüşü 84:72 hesablı qələbə ilə başa vuraraq yarımfinala yüksəliblər.

Dörddəbir final mərhələsinin ikinci görüşündə qrup mərhələsində yüz faizli nəticə göstərən digər komanda – Sloveniya yığması Latviya seçməsi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda sloveniyalılar 103:97 hesabı ilə qələbə qazanaraq adlarını yarımfinala yazdırıblar. Sloveniya yığma komandası yarımfinalda İspaniya millisi ilə görüşəcək.

Avropa çempionatında digər yarımfinalçılar Yunanıstan-Rusiya və İtaliya-Serbiya oyunlarından sonra müəyyənləşəcək.

Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6632 san