10:04 13 Sentyabr 2017
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Türk dünyasının liderləri cərgəsində unudulmuş ziyalılarımızdan biri və yaxud Kırımlı İsmayıl bəy Mustafa bəy öğlu Qaspralının özündən 26 yaş böyük qardaşı Hacı Səid Əfəndi Hacı ƏbdürrƏhman Əfəndi oğlu Ünsizadə                                          (1825, Şamaxı-1905, İstanbul)                                        
  

Azərbayanın məktəb və maarifçilik tarixində özünə şərəfli yer tutan, türk dünyası aydınları ilə geniş yaradıcılıq əlaqələri olan Azərbaycan ziyalılarından biri də əslən şamaxılı olan Səid Əfəndi Əbdürrəhman Əfəndi oğlu Ünsizadədir.

Ünsizadələr üç qardaş olmuşlar: Səid, Cəlaləddin və Kamal. Hər üç qardaş Azərbaycanın ədəbi fikir, pedaqoji və jurnalistika tarixində əhəmiyyətli və yadda qalan işlər görmüşlər. Ünsizadə qardaşları mükəmməl təhsil görmüş XIX əsr ziyalılarındandır. Onların atası Əbdürrəhman Əfəndi Şamaxının adlı-sanlı müdərrislərindən biri olmuşdur. O, XIX əsrin birinci yarısında qədim Şirvanın ədəbi məclislərində öz dəsti-xəti ilə seçilmiş, “Ünsi” təxəllüsü ilə şeir yazmışdır. Sonralar Əbdürrəhman Əfəndinin oğlanları atasının takma adı ilə - “Ünsizadə” soyadı ilə tanınmışlar.

Böyük qardaş Səid Ünsizadə 1825-ci ildə Şamaxıda anadan olmuşdur. Burada atasından və şəhərin adlı-sanlı müəllim və müdərrislərindən yaxşı təhsil alan Səid elm dalınca dünya elminə dərindən yiyələnmək üçün Şərqin yüksək ali dini məktəblərində oxumağa gedir. Bəzi mənbələrdə onun Misirdə oxuduğu iddia edilsə də, bunu təsdiq edən heç bir sənəd yoxdur . 

S.Ünsizadə təhsilini başa vurub, Şamaxıya qayıdır. O, burada məktəbdarlıq etməyi qərara alır, tezliklə savadlı müdərris və yaxşı təşkilatçı müəllim olduğunu öz fəaliyyəti ilə sübut etmişdir. 

S.Ünsizadə 1873- cü ilin əvvəllərində, o vaxtın ölkə paytaxtı Bakıya köçəndən sonra, hələ də Şamaxıda fəaliyyət göstərən Bakı Quberniya Əhli-Təsənni İdarəsinə üzv seçilir. S.Ünsizadə bir neçə aydan sonra - 1873-cü ilin dekabrında Bakı qubernatoru D.S.Staroselskinin əmri ilə ruhani idarəsinin sədri vəzifəsinə təyin olunur. Bu vəzifədə bir sıra maarifçilik işləri görür: ruhani məclisinin himayədarlığı ilə Azərbaycan məktəbi tarixində “Məclis məktəbi” adı ilə məşhur olan ibtidai təhsil ocağı yaradır, müəllimlərin elmi və metodiki hazırlığını yüksəlmək üçün əməli yollar arayır. Nə qədər təəccüblü olsa da, bəzi tədqiqatçılar bir-birinin yazdıqlarını təkrar edərək hələ də “Məclis məktəbi”nin yaradıcısı kimi S.Ə.Şirvaninin adını hallandırırlar.Halbuki S.Ə.Şirvani “Ziya” qəzetinə göndərdiyi məktublarda Səid Əfəndini oxuculara “Məclis məktəbi”nin yaradıcısı kimi tanıdırdı. Məktəbin adı da bu fikrə rəvac verir: məclis məktəbi, yəni şəhərdəki ruhani məclislərinin himayə etdikləri məktəb.

S.Ünsizadə 1876-cı ildə mühüm dövlət işi ilə əlaqədar olaraq, Zaqafqaziya dini idarələrinin fəaliyyətini yoxlayan komissiyanın üzvü kimi, Şamaxıdan Tiflisə ezam olunur. Yeri gəlmişkən qeyd edək ki, o zamanlar Zaqafqaziyanın şeyxülislamı Əhməd bəy Hüseynzadə, müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə idi. Onların hər ikisi XIX əsrin ən tanınmış ziyalıları idi: dini vəzifə ilə yanaşı, məktəb və maarif məsələləri ilə də ciddi məşğul olur, yeni məktəb və mədrəsələrin açılması yolunda əhəmiyyətli işlər görürdü. Ə.Hüseynzadə məktəb şagirdləri üçün fars dilində bir neçə dərslik yazmış, Ə.Əfəndizadə isə məşhur rus leksikoqrafı V.Dalın izahlı lüğəti əsasında ikidilli lüğət - rusca-türkcə lüğət hazırlamışdır. Əlbəttə, belə işıqlı adamların məsul olduğu sahənin iş fəaliyyətini yoxlamaq - S.Ünsizadəyə göstərilən böyük etimad idi. Yeri gəlmişkən onu da deyək ki, həm şeyxülislamın, həm də müftinin M.F.Axundzadə ilə səmimi dostluq münasibətləri və əqidə dostluğu var idi. M.F.Axundzadə hər dəfə oğluna yazdığı məktublarında şeyxülislam və müftidən söz açırdı.

Tiflisə ezamiyyətə gələn S.Ünsizadə ezamiyyə müddəti qurtarandan sonra burada dövlət nəzarətində olan işlə təmin olunur: müəyyən sınaq müddətindən sonra Zaqafqaziya Əhli -Təsənni İdarəsinin üzvü təyin olunur və vəzifə səlahiyyətləri çərçivəsində geniş və hərtərəfli maarifçilik fəaliyyətinə başlayır. S.Ünsizadə 1878 -ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya) yaradır. Basmaxananın avadanlıqları İstanbuldan gətirilir. S.Ünsizadə mətbəədə işləmək üçün bir neçə gənc qohum-əqrəbasını mətbəə peşələrini öyrənmək üçün İstanbula göndərir. S.Ünsisadənin Türkiyə ilə işgüzar münasibətləri sistemli şəkildə məhz bu dövrdən başlanır.

S.Ünsizadə 1878-ci ilin dekabrında Tiflisdə -xristian şəhərində Azərbaycan dilində “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Qəzetin ilk nömrəsi 1879-cu il yanvarin 25-də (  islam tarixi ilə səfər ayının onunda-N.N)  çıxır. (bax- "Ziya" qəzeti,1879,N 44) “Ziya”nın ilk üç nömrəsi tədqiqatçılara məlum deyil. Türkiyə arxivlərində ciddi axtarışlar ararılsa, bəlkə onları burada tapmaq olar. ”Ziya”nın Türkiyədə onlarla oxucusu var idi. Türkiyədə gedən ictimai –siyasi hadisələr qəzetdə həm birbaşa, həm də üstüörtülü şəkildə – ezop manerası ilə işıqlandırılırdı.

S.Ünsizadə Tiflisdə böyük və çox uğurlu nəşriyyat fəaliyyətinə başlayır. İbtidai məktəb şagirdləri üçün iki dərslik yazır, qələminin gücünə və əqidəsinə inandığı dostlarının kitab, jurnal və risalələrini öz şəxsi mətbəəsində çap edərək türk dünyasının ziyalıları arasında yayır. 

“Ziya” mətbəəsində İsmayıl bəy Qaspralının “Tərcüman”ın nəşrindən xeyli əvvəl bir neçə jurnalı çap edilir. Əminliklə demək olar ki, İsmayıl bəy Qaspralının türkdilli jurnalistikası tarixindəki ilk fəaliyyəti “Ziya” dan başlanmışdır.

İsmayıl bəy Qaspralı “Ziya”nın ilk müxbirlərindən biri olmuşdur. İ.Qaspralı S.Ünsizadəyə yazdığı məktublarının birində “Biz sizin kimi üstü örtük yaza bilməyiriz” deyə əqidə dostunu çox yüksək qiymətləndi 

1879-cu ildə Mirzə Rza xan Danişin (1853-1937) hazırladığı əlifba layihəsinə aid təqrizlərin (RƏYLƏRİN) bəzisinin İstanbulda fars dilində çıxan “Əxtər” (“Ulduz” –N.N.) qəzetindən götürülərək cəmi bir həftədən sonra ”Ziya”da çap olunması elmi əlaqələrimizin öyrənilməsi baxımından diqqəti cəlb edir. Mənə elə gəlir ki, Azərbaycan alimlərinin bu istiqamətdə tədqiqatlarını xeyli genişləndirməlidirlər.

“Ziya”da “Ey bülbül” rədifli qəzəl mövzusunda nəzirə müsabiqəsinin açılması və burada Münif Paşanın iştirakı da maraq doğurur. Əslində bu, şeir müsabiqəsi deyildi: söz içində söz demək idi. Münif Paşa Türkiyədə bu mövzuda keçilrilən müsabiqənin mükafatçılarından birı kimi Səid Ünsizadənin maarif məsələlərinə həsr olunmuş layihələrinin birinə qoşularaq, “Ziya” qəzetinin düşdüyü çətinliklərdə ona kömək etmək istəyirdi. 

Səid Ünsizadənin Türkiyə aydınları ilə əlaqələri haqqında Türkiyənin arxiv və kitabxanalarında qatı açılmamış çoxlu materialların olduğu güman edilir. Uzun illər iki ölkə arasında mövcud olan siyasi yasaqlar qaranlıq məsələlərin işıqlandırılmasına ciddi maneələr yaratmışdır.
 
Nə yaxşı ki, gənc dostumuz Zaur Səmədov (O, son vaxtlar Səid Ünsizadə irsinə hörmət əlaməti olaraq Ünsizadə təxəllüsündən də istifadə edir-N.N.) Səid Ünsizadə irsinin İstanbul axtarışına çıxmış, bir sıra uğurlu işlər görmüşdür. Zaurun bu xidmətləri mütləq çox yüksək qiymətiləndirilməli, ona daha düzgün filoloji axtarışlar yolu göstərilməlidir (Zaur Səmədov ixtisasca, səhv etmirəmsə, iqtisadçıdır, Azərbaycan Biznes Universitetinin magistridir- N.N.).

1879-cu ildə “Ziya” qəzetinə Türkiyədən məktub göndərənlərdən biri əslən Şəki şəhərindən olan Şahin Əfəndi idi. Təəssüf ki , onun haqqıda ətraflı məlumatımız yoxdur. Adı təkcə bir yerdə - “Ziya”ya kömək edənlərin sırasında verilmişdir.

Mən bu məsələlər haqqında Türkiyədə “Halduncezayirlioğlu kolleksiyonu”nda və Bakıda nəşr olunan “Təhsil problemləri” qəzetinin 01-07 avqust 2010-cu il tarixli nömrəsində ayrıca iki yazı çap etdirmişəm.

Təəssüf ki, elmi ictimaiyyətimiz bu yazılara öz münasibətlərini bildirməmişdir.

1880-ci ilin dekabr ayından başlayaraq, bir neçə aylıq fasilədən sonra “Ziya” “Ziyayi-Qafqasiyyə” adı ilə çıxmışdır. Bu fasilə Türkiyədə yeni mətbəə şriftlərinin axtarışı ilə əlaqədar idi. Belə ki əvvəlki mətbəə şriftləri narın və rizə (xirda- N.N.) olduğu üçün oxucuları qane etmirdi: S.Ünsisadə onların narazılığını başa düşərək öz əməkdaşlarını mətbəə şrifti almaq üçün İstanbula göndərmişdi.


1883- cü ilin sonlarında Tiflisdə Əhli –Təsənni İdarəsində yaranan intiriqalardan uzaqlaşmaq qərarına gəlir. O, müftilik vəzifəsi uğrunda gedən mübarizədən uzaqlaşdırılır. S.Ünsizadə Şamaxıya qazı təyin olunduğuna görə Tiflisı tərk edib, doğma şəhərinə-Şamaxıya qayıtmalı olur. Halbuki Tiflis yaradıcılıq imkanlarına yaxşı şərait baxımından S.Ünsizadə üçün daha önəmli idi.

S.Ünsizadə ”Ziyayi- Qafqasiyyə”nin nəşrininin Tiflislə bağlı məsələlərini damadı -kürəkəni hüquqşünas  Şilyanskiyə həvalə edir. Şamaxıda redaktə olunaraq Tiflisdə çap olunan qəzetin 1884-cü ildə cəmi 11 nömrəsi çıxır. Görünür, sonuncu nömrədəki məqalələrin birində

”SƏİD ÜNSİZADƏNİN MƏQSƏDİ RUS MÜSƏLMANLARINI YUXUDAN OYATMAQDIR”  fikri rus məmurlarından kiminsə xoşuna gəlməmişdi. Məşhur Azərbaycan şairi S.Ə Şirvaninin Səid Əfəndiyə həsr etdiyi qəsidədən öyrənirik ki, quberniyanın dini rəhbəri kimi S.Ünsizadə Şamaxıda universitet açmaq, məktəb şəbəkəsini genişləndirmək, mətbəə yaradaraq burada kitab çapı məsələlərini canlandırmaq istəyirmiş. Təəssüf ki, onun bu məqsədi kimlərdəsə paxıllıq, bədxahlıq hisləri yaradırdı. S.Ünsizadə haqqında dövlət orqanlarına yalan məlumatlar verilir, o, rüşvətxorluqda, dini vəzifədən sui-istifadə etməkdə təqsirləndirilirdi. Lakin bunların heç biri təsdiq olunmur. Geniş maarifçıilik fəaliyyəti üçün Azərbaycanda yer tapmayan Səid Ünsizadə 1889-cu ilin fevral ayının 20-də öz ərizəsi ilə işdən çıxır, türk dünyasının baş şəhərinə - İstanbula üz tutur. Burada maarif sistemində işləyir, “Quran“ın türk dilində təfsirini yazır, Azərbaycandan Türkiyəyə iş dalınca gedənlərə qayğı göstərir.

Səid Əfəndinin kiçik qardaşı, 1884-cü ildə Tiflisdə Azərbaycan dilində yazılmış ilk “Hesab” dərsliyimizin müəllifi Cəlaləddin Əfəndi Ünsizadə də 1883-cü ildən redaktorluq etdiyi “Kəşkül” qəzeti 1891-ci ildə bağlanandan bir müddət sonra İstanbula gəlir. Ailənin kiçik övladı Kəmaləddin Əfəndi Bakıda qalası olur. O, burada çoxdan başladığı fəaliyyətini davam etdirir, sonralar isə (1908-1917-ci illərdə) ayda-ildə bir dəfə “Məzhər” adlı qəzet çıxararaq, nəşriyyat fəaliyyətini davam etdirir.

Molla Nəsrəddin” jurnalının 1907-ci ildəki 43-cü nömrəsindəki bir yazıdan Cəlal Əfəndinin Türkiyə sultanı Əbdülhəmidin sarayında kitabxana müdiri işlədiyini öyrənirik. Cəlal Əfəndi Ünsizadənin 1920-ci illərdə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyində tərcüməçi işləməsi də güman edilir.

Bakıda nəşr olunan “Həyat” qəzetinin 1905 -ci ilin iyun aynın 5-də çıxan 21-ci  nömrəsindəki nekroloqdan öyrənirik ki, “türk dünyasının fazil şəxslərindən biri olan Səid Əfəndi Ünsizadə ömrünün 80-ıncı ilində İstanbulda vəfat etmişdir”.

“Həyat” qəzeti S.Ünsizadə haqqında yazı yazmaq istəyənlərin yazısını məmnuniyyətlə dərc edəcəyini söyləməklə maarif tariximizdə böyük xidmətləri olan bu işıqlı fikir adamını yüksək qiymətləndirir.

Səid Ünsizadənin İstanbulda hansı qəbirstanlıqda dəfn olunduğu uzun müddət  idi ki,  məlum deyildi. Son vaxtlarda  gənc dostumuz Zaur Səmədov bu axtarışlara  istiqamət vermişdir. 
Səid Ünsizadənin İstanbul həyatı haqqında  daha ətraflı  xəbəri olanlardan   bu barədə  elmi ictimaiyyətə  məlumat vermələri xahiş olunur. İstanbulun Şirvanlılar məhəlləcində yaşayan azərbaycanlılar bu məsələnin işıqlandırılmasında  daha çox işlər görə bilərlər.  Unutmayaq ki, Səid Ünsizadə onlarla publisistik yazının, elmi-pedaqoji risalələrin, Quranın ana dilimizə təfsirinin müəllifidir. Onun rəhbərlik etdiyi və əsas yazarı olduğu “Ziya” qəzeti XIX əsr ictimai-siyasi fikrimizin və ədəbi dilimizin istiqamətverici qüvvəsi olmuşdur.


Müəllifin digər yazıları

  1. CƏLAL ÜNSİZADƏNİN DƏ ŞƏKLİ TAPILDI...
  2. Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı
  3. Söz oyunu və yaxud nüktədanlara xitab
  4. Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyini açmaq çətindirmi?
  5. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  6. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  7. Atamın türkdilli məktubları
  8. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  9. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  10. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  11. Bu dünyanın qızıl günü
  12. Qafur Rəşad Mirzəzadə fenomeni
  13. Papaq və qalstuk məsələsi
  14. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  15. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  16. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  17. Atamın şəkli
  18. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  19. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  20. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  21. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  22. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  23. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  24. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  25. Qara qoçun nağılı
  26. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  27. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  28. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  29. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  30. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  31. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  32. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  33. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  34. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  35. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  36. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  37. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  38. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  39. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  40. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  41. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  42. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  43. Nüktələr və nöqtələr....
  44. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  45. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  46. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  47. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  48. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  49. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  50. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  51. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  52. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  53. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  54. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  55. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  56. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  57. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  58. Bağışla, bağışla, bağışla bizi
  59. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  60. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  61. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  62. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  63. Bizə ən gərəkli - Fil hesabatı
  64. “Bağçasaraydan göndərilən məktub”
  65. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  66. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  67. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  68. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  69. Doğma yurdun qış lövhələri...
  70. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  71. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  72. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  73. Hamıya dostam mən,bir qardaşam mən
  74. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  75. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  76. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  77. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  78. Söz sözü çəkər, əgər sözün közü varsa
  79. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  80. Müəllim olanda da yaxşı müəllim olun
  81. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  82. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  83. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  84. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  85. Ay Allah bəndəsi, niyə yazıqsan?
  86. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  87. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  88. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  89. Təbrizdən kənd məktubları
  90. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  91. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  92. Dünya yaman dünyadır
  93. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  94. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  95. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  96. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  97. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  98. Sözgəlişi, ola bilər düzəlişi...
  99. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  100. Bu Dünya- Şirin Dünya.....
  101. Göz görür,ağıl kəsir....
  102. Tərcüməsiz başa düşülən tatar bayatıları
  103. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  104. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  105. Mənim nəğməli bibim - Foto
  106. Sən yazmasan,mən yazaram
  107. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  108. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  109. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  110. Qulam Məmmədli-120
  111. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  112. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  113. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  114. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  115. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  116. Bu tarix ki var, qəliz məsələ imiş......
  117. SÖZ KİMİNDİR?
  118. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  119. Mənim dualarım
  120. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  121. Təzadlar, ay təzadlar....
  122. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  123. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  124. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  125. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  126. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  127. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  128. Testdən qəsdən danışmırıq
  129. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  130. Dərsliklərimizin halı və vəziyyəti
  131. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  132. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  133. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  134. Hırsızın gözü əlyazmalara düşdü
  135. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  136. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  137. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  138. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  139. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  140. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  141. Hacı Səid Əfəndi Ünsizadə-191
  142. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  143. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  144. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  145. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  146. Bir daha Ünsizadələr haqqında
  147. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  148. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  149. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  150. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  151. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  152. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  153. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  154. Bizə hansı elmlər lazımdır və yaxud ...
  155. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  156. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  157. Soyqırımı günündə dostumu itirmişəm
  158. Bu yaz bir başqa yazdır
  159. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  160. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  161. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  162. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  163. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  164. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  165. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  166. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  167. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  168. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  169. Dərgahdan başlanan yol
  170. Fikrin ifadə formalarından biri
  171. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  172. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  173. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  174. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  175. Təhsil tariximizin maraqlı səhifələri
  176. Təhsil tariximizdən maraqlı səhifələri
  177. Akademiklərin cərgəsindəki müəllim
  178. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  179. Mübarizə bu gün də var,sabah da...
  180. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  181. "Əkinçi" qəzeti-140
  182. Mustafanın Çanakkala məktubu
  183. Məktəbdə elm və texnologiya həftəsi
  184. Mübarizə bu gün də var, yarın da....
  185. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  186. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  187. Yazımızın tarixi-özümüzün tarixi
  188. Fikrət Sadıq -Dədə Qorqud
  189. Tədqiqatçı öz fikrində israrlıdır
  190. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  191. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  192. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  193. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  194. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  195. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  196. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  197. "Bağçasaraydan göndərilən məktub"
  198. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  199. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  200. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  201. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  202. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  203. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  204. Abdulla Şaiqin uşaq bağçası
  205. "Ziya"nın biblioqrafiyası
  206. Kasıblığın üzü qara olsun
  207. Bu gün M.Ə.Sabirin ad günüdür
  208. Keçən günə gün çatarmı ... - Fotolar
  209. Elmə yönələn yolun başlanğıcı - FOTO
  210. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  211. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  212. Ucundadır dilimin həqiqətin böyüyü ...
  213. İlk hesab dərsliyimiz
  214. Yusif Vəzirovun kölgədə qalan yazıları
  215. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  216. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  217. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  218. Dərslik, dərslik, yenə də dərslik...
  219. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  220. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  221. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  222. "ZİYA"lı ziyalı - Foto
  223. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-09-2018
24-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.3597 san