12:45 13 Sentyabr 2017
115 dəfə oxunub
Çap versiyası
...

“Seltik” futbol klubu UEFA tərəfindən cəzalandırıla bilər.

Buna səbəb odur ki, Çempionlar Liqasının qrup mərhələsində Qlazqoda “PSJ” ilə start matçı zamanı (bu oyun 5:0 hesabı ilə “PSJ”nin xeyrinə başa çatıb) “Seltik” klubunun azarkeşlərindən biri qaçaraq meydana çıxıb və parislilərin hücumçusu Kilian Mbappeni vurmağa cəhd göstərib.

Oyunun birinci hissəsinin başa çatmasına az qalmış hesab “PSJ”nin xeyrinə 3:0 olanda şotlandıyalıların fanatlarından biri qaçaraq meydana çıxıb və ikinci qolun müəllifi Mbappeni vurmaq istəyib, lakin onun zərbəsi boşa çıxıb.

Stüardlar dərhal həmin azarkeşi meydandan çıxarıblar. Az sonra polis həmin şəxsi həbs edib.

Bu insidentə görə “Seltik”in UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2017
19-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2733 san