14:28 13 Sentyabr 2017
207 dəfə oxunub
Çap versiyası

 

Polisimizin yarandığı gündən dövrümüzə baxanda gözlərimiz önundə möhtəşəm bir tarix canlanır. O şanlı tarixi yaradanların davamçıları bu gün Azərbaycanda əmin-amanlığı qoruyur, sabitliyin keşiyində ayıq-sayıq dayanırlar.

Tarixin yaddaşında ağlı-qaralı şəkil kimi qalan XX əsrdə düşmən Vətən torpaqlarını işğal edəndə işi “perestroykadan” sonra onsuz da çətinləşən həmkarlarımız daha ağır sınaqlarla üzləşdi. Səngərlərdə əsgər kimi əldə silah həm vətəni qorudular, həm də kriminogen ünsürlərlə mübarizə apardılar. Vətən adına və içdiyi anda xələl gəlməsin deyə ölümün gözünə dik baxıb şəhidlik zirvəsinə ucalanlar da oldu. Eləsi də oldu ki, əlini, ayağını, gözünü qurban verib yarım canla da olsa bütövlüyümüz üçün “Yarım ürək yarım ömrə bəs elər” nisgili ilə yaşadı. Sələflərimizin bircə şüarı vardı: Təki Vətən sağ olsun!

Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Polisinin göstərdiyi şücaətləri eşidəndə, o odlu-alovlu yollardan keçənlərlə həmsöhbət olanda, onların ömür yoluna nəzər salanda, bir az da obrazlı desəm, hərdən naşükürlüyümüzə acıyıram. Məhz acıyıram. Bəzən bir çətinə düşəndə və ya nəyəsə biganəlik nümayiş etdirəndə o oğullar gəlib durur gözlərimin önündə. Elə bil kimsə sakitcə pıçıldıyır: Eh, sən hələ nə görmüsən ki?..

Yazılmış və yaşanmış qəhrəmanlığı yenidən yazıya almaqla, əslində, bu gün belə bir ağır mövzunun ağırlığının altına çiyinlərimi verməklə məsuliyyət daşıdığımı yaxşı bilirəm. Qorxmadığımı hiss etdirmək istəsəm də içimdən gələn bir səs “Xatırla və xatırlat” deyir mənə...

“Nə yaxşı xatırladınız, nə yaxşı ki, onları yada saldınız. Elə bilirdik ki, unudulmuşuq, elə bilirdik ki, bizi də, onları da daha axtarmayacaqlar”. Bəli, belə deyirdilər, doğmalarını axtaranların yaxınları, əzizləri. Hələ də gözlərini yollara dikənlərin, oğlunu, yoldaşını, qardaşını sonuncu dəfə geyindiyi paltarda üstündən iyirmi ildən çox keçsə də axtaranların acısını nə anlatmaq olur, nə də ki, yazıya almaq. “Öldü, qaldı xəbəri gəlməyən balamla mən də hər gün ölürəm”,- deyən ananın ağ saçlarından və nuru itmiş, qarası getmiş gözlərindən utanmışdım həmin gün. Dilimdəki sözlər sanki kilidlənmişdi, söz tapmamışdım deməyə...

Bu gün də onların adını oxuduqca danışmağa söz tapmıram. Vətənimin hər yerindən var içlərində-ağdamlı, kəlbəcərli, qubalı, qazaxlı, bakılı...Bu siyahını çox uzatmaq olar, çox...

Bəzi ağzıgöyçəklər kimi vətəni bölgələrə bölməmişdilər səsi, sorağı bu gün də gəlməyən oğullar. Onlar qeyrət üçün, namus üçün, torpaq üçün döyüşmüşdülər və səssiz, səmirsiz də tarixə döndülər. İndi onların yerinə sükut danışır...

Gəlin, tanıyaq o oğulları:

Kəlbəcər RPŞ-nin əməkdaşı, polis baş serjantı Allahverdiyev Famil Heydər oğlu 1994-cü ilin yanvar ayının 25-də Kəlbəcərdə itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis baş serjantı Ağayev Həsənalı Kommunist oğlu 1993-cü ilin iyunun 13-də Ağdamda itkin düşüb.

Nsimi RPİ-nin əməkdaşı, polis kapitanı Əhmədzadə Şahin Əyyub oğlu 1992-ci ilin may ayının 8-də itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Əliyev İman Qanboy oğlu 1993-cü ilin 22 iyununda Ağdamda itkin düşüb.

Qax RPŞ-nin əməkdaşı, polis baş leytenantı Məmmədov Əhməd Müstafa oğlu Şuşanın işğalı zamanı itkin düşüb.

Qax Rayon Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı Lətifov Rəcəb Lətif oğlu 1992-ci il mayın 8-də itkin düşüb.

Xocalı Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı İlyasov Əhməd Məhəmməd oğlu Xocalının müdafiəsi zamanı itkin düşüb.

Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Mustafayev Həsən Rəhbər oğlu 1992-ci il 13 iyunda Ağdamda itkin düşüb.

Zəngilan RPŞ-nin əməkdaşı, polis leytenantı Paşayev Sabir Əziz oğlu 1993-cü ilin oktyabrında Cəbrayılda itkin düşüb...


Müəllifin digər yazıları

  1. Tarixə dönənlər...
  2. Biz onları unutmadıq... FOTO
  3. Sizinlə qürur duyuruq… FOTOLAR
  4. Vətəndaşın güvənc yeri
  5. Könül adamı...
  6. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  7. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  8. Vətənin başladığı yerdə… FOTOLAR
  9. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  10. “Mən Azərbaycanlıyam” demək haqqı...
  11. Bu, xilaskar ömrüdür...
  12. Uşaqlar ölməsin....
  13. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  14. Polis-döyüşə hazır əsgər kimi ...
  15. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  16. Xilaskarlar… (FOTO)
  17. Yeni maşınlar təqdim edildi
  18. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  19. “Vicdanlı” başlıqlar...
  20. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  21. Vətənpərvər və sağlam gənclik üçün…
  22. Vətən üçün, xalq üçün və gələcək üçün...
  23. Onun rəngli dünyası... (FOTO)
  24. Ölümün ağ rəngi... (Fotolar)
  25. “Artıq gecdir” deməmək üçün...
  26. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  27. Görüşə polislər gəlmişdilər...
  28. Polislər bu nəcib işdə birincidirlər
  29. Haqqı görə bilmək xoşbəxtliyi...
  30. Bəxtiyar olmaq...
  31. Əbədiyaşar…
  32. Etibar edənlər peşman olmur…
  33. Bir həsrət yazısı…
  34. Tələsin insanlar...
  35. Azadlıq rəngli Bayrağım!
  36. Sabahı bu gün düşünək...
  37. Çətin qazanılan şirin nemət-Azadlıq…
  38. Sabitlik adlı sərvətimiz…
  39. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  40. 90 yaşın işığında… - FOTO
  41. İtirdiklərimiz…
  42. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  43. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  44. Çörək satıb, çörək qazanan qadın...
  45. AĞLAMA
  46. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  47. 20 yanvar-Vətən tarixi...
  48. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  49. Həmrəyliyə gedən yollar
  50. “Yox deməyi bacaraq”!!!
  51. On iki il, bir ömürlük həsrətdi hey....
  52. Vətən üçün...
  53. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  54. “Küçə uşaqları”nın gələcəyi...
  55. Çəkdim ki, izim qala...
  56. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  57. Gələcəyimizin sağlamlığı üçün...
  58. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  59. “Söz”dən sonra….
  60. Vətən daşı olmaq üçün... Foto
  61. Ölüm ömrün sonu deyil… Foto
  62. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  63. Xalq, dövlət və bayraq üçün… Foto
  64. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  65. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  66. Sən yanmasan, mən yanmasam...
  67. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  68. Sahibsiz köçün hekayəsi...
  69. Rahatllıq da bir xoşbəxtlikdir...
  70. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  71. Gələcək üçün, gənclik üçün...
  72. Andına sadiq Azərbaycan Polisi…
  73. Vətən unudulmur, Vətən unutmur… Foto
  74. Ümidləri doğrultmaq üçün...
  75. İyirmi beş il, iyirmi beş qərənfil...
  76. Bir “həmkarıma...
  77. Bayram günlərində də...
  78. Bu, elə bir bəladır ki...
  79. “Uğur olsun”, deyirik…
  80. Azərbaycan deyiləndə ayağa dur ki...
  81. Hər atılan daşa...
  82. O, həmişə bizimlədir
  83. Bir oğul var... - Fotolar
  84. Qayğı da var, nəzarət də
  85. Görüşməyək, qorxuram...
  86. Dərdin adı Xocalı...
  87. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  88. Bayrağımızı ucaldanlar... -Fotolar
  89. Rənglər danışır, biz isə susuruq...
  90. Vətəndaş kömək umur, kömək görür...
  91. Arzu dolu ömür yolu... - Foto
  92. Kaş, yuxum çin olaydı...
  93. Belə bir oğul vardı... - Fotolar
  94. Belə “qəhrəmanlıq” olmur...
  95. Ağ qadın
  96. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  97. Yollara
  98. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  99. Həsrətinə bir film çəkmək istəyirəm...
  100. Bir gözəl gəzirəm məni öldürə
  101. Ürək
  102. Bir məktub, bir ailənin sevinci...
  103. 23 ay-23 il...
  104. Qayıtma
  105. Qocalar
  106. Həsrət
  107. Məktub
  108. Bir ömrün yuxusu
  109. Ayrılıq ölüm deyil...
  110. Ehtiyac ölümdən qorxuludur...
  111. Atamın 55 yaşı...
  112. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-09-2017
19-09-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5187 san