09:42 14 Sentyabr 2017
126 dəfə oxunub
Çap versiyası
...

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

 

ANAMA-dan verilən məlumata əsasən, sentyabrın 13-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Şurabad kəndi ərazisində 2 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 922 ədəd partlamamış hərbi sursat (PHS),  25 ədəd partlamış-yanmış mərmi qalıqları götürülüb, nəticə etibarilə  1 373 194 kv.m         (137.32 ha) ərazi yoxlanılıb.

 

Ümumilikdə, 18 gün ərzində 5 237 ədəd partlamamış hərbi sursat (PHS), 3 137 ədəd partlamış-yanmış sursat qalıqları və 4 696 kq yandırma aşkar edilərək götürülüb,  nəticə etibarilə 32 301 953 kv.m (3 230.20 ha) ərazi yoxlanılmışdır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Payız gəldi...
08:50 23.09/2017
Ağcabədidə yanğın olub
08:25 23.09/2017
 
Xəbər başlıqları
24-09-2017
23-09-2017
23.09.2017 Payız gəldi...
22-09-2017
22.09.2017 Sabahın havası

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3464 san