10:48 14 Sentyabr 2017
700 dəfə oxunub
Çap versiyası
...

Malayziyanın baş naziri Nəcib Razak Myanmarda kompakt yaşayan Rohingya müsəlmanlarına qarşı baş verənləri etnik təmizləmə və genosid adlandırıb.
 
Strategiya.az bildirir ki, APA-nın "Channel NewsAsia" telekanalına istinadən verdiyi məlumata görə, N. Razak bu bəyanatla Vaşinqton Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzində çıxış edib.
 
O bildirib ki, dünya ictimaiyyəti baş verənlərə etinasız qalmamalıdır.
 
N. Razak Rohingya müsəlmanlarının məsələsini ABŞ prezidenti Donald Trampla da müzakirə etdiyini deyib.
 
"Tramp da Malayziya hökumətinin narahatlığını bölüşür", - deyə o qeyd edib.
 
Qeyd edək ki, Malayziya hökuməti bir qədər əvvəl Myanmardan qəbul etdiyi müsəlman qaçqınların sayını artırmağa hazır olduğunu bəyan edib.
 
Hazırda Malayziyada Myanmardan olan 100 minədək qaçqın müsəlman var.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6757 san