12:00 14 Sentyabr 2017
1114 dəfə oxunub
Çap versiyası
...

Goranboy sakini evinə qonaq gələn qohumunu bıçaqlayıb.

Xocalı rayon polis şöbəsinə Bakı şəhər sakini 23 yaşlı Marat Hüseynzadənin xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

Dərhal xəstəxanaya gələn şöbənin əməliyyat qrupu zəruri istintaq hərəkətlərinə başlayıb. Cərrahiyyə əməliyyatından sonra müstəntiqə ifadə verən Marat Rus Borisi kənd qəbristanlığına anasının məzarını ziyarət gedən zaman xəsarət aldığını bildirib. Lakin ilkin ifadəsində ziddiyyətli məqamların olması polislərdə şübhə yaradıb. Əməliyyat yolu ilə müəyyən edilib ki, zərərçəkən xalasının 36 yaşlı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

İsti izlərlə saxlanılan Nürəddin Həsənov Bakı şəhərindən evinə qonaq gələn Marat Hüseynzadəni bıçaqlamasını etiraf edib. Mübahisə isə tərəflər arasında yeyib-içdikdən sonra baş verib. Sərxoş halda söz davasına çıxan Nürəddin Həsənovu həyat yoldaşı İnna İvliyeva sakitləşdirsə də mətbəxdə tərəflər yenidən mübahisəni davam etdirib.

Nürəddin Həsənov - saxlanılan şəxs: “Dalaşdıq o mənim gözümdən yumruqla vurdu. Məndə stolun üstündən bıçağı götürüb onu vurdum. Elədiyim əmələ görə çox peşmanam”.

Hazırda xəstəxanada müalicə alan Marat Hüseynzadə polisə yalan danışmasına bu cür aydınlıq gətirib.

Marat Hüseynzadə - Xəsarət alan şəxs: “Qohumumdu istəmirdim tutulsun. Həmdə 4 uşağı var. Xalamın yoldaşıdır”.

Spirtli içkinin sağlamlıq və azadlıqdan etdiyi şəxslərin sonrakı aqibəti aparılacaq istintaq araşdırmalardan sonra bəlli olacaq.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
12:41 23.02/2018
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5234 san