13:30 14 Sentyabr 2017
610 dəfə oxunub
Çap versiyası
...


20 ildən çoxdur Avropada yaşayan azərbaycanlı məşqçi Emin Hüseynov Polşanın İdman və Turizm Naziri Witold Bank tərəfindən diplomla mükafatlandırılıb.
Bu barədə məlumatı diaspor hərəkatının fəalı Elnur Eltürk bildirib.
“Birinci dərəcəli məşqçi diplomu Polşada hər məşqçiyə nəsib olmur. Bunun üçün məşqçinin idmançıları dünya və Avropa yarışlarında nəticə verməlidir. Polşanın Halina Konopnickaya adına Bədən Tərbiyəsi və Turizm Universitetinin rektoru, prof. Eva Strupinska təqdimatı əsasında Emin Hüseynov birinci dərəcəli məşqçi mükafatına layiq görülüb. Təqdimatı nazir Witold Bank imzalayıb. Polşada bu gün 10 birinci dərəcəli məşqçi var. Onlardan biri də Emin Hüseynovdur.
Qeyd edim ki, Emin Hüseynov Avropada tanınan məşqçidir. Emin Hüseynov bir müddət boks üzrə İngiltərə yığma komandasının köməkçi məşqçisi və Polşa yığma komandasında məşqçi vəzifəsində çalışıb. 
Bir müddət bundan əvvəl Polşa-Azərbaycan İdman Birliyini yaradıb”,-deyə E.Eltürk əlavə edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4288 san