20:27 18 Sentyabr 2017
1183 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Bu il Almaniyada seçkilər keçiriləcək. Bəs seçkilər ərəfəsində ölkənin iqtisadi durumu nə vəziyyətdədir? AZƏRTAC rəsmi statistik məlumatlar əsasında Almaniya iqtisadiyyatının vəziyyətini təhlil edib. İlk baxışda hər şey yaxşıdır: iqtisadiyyat inamla inkişaf edir (üstəgəl 2016-cı ildə 1,9 faiz), işsizlik bir neçə on il ərzində ən aşağı səviyyədədir, vergi ödəmələri sel kimi axır, maliyyə naziri isə yeni borclar olmadan keçinir.

Biznes də gələcəyə nikbinliklə baxır, avtomobildən tutmuş əczaçılıq məhsullarına qədər Almaniya istehsalı olan məhsullar xarici ölkələrdə çox yaxşı satılır. İqtisadiyyatın durumu o qədər yaxşıdır ki, bəziləri vergiləri azaltmaq barədə düşünür, digərləri iqtisadi inkişafın nəzarətdən çıxacağından ehtiyat edir.

Bununla belə, ciddi problemlər var: küçələrinin, körpülərinin və məktəb binalarının təcili qaydada təmirə ehtiyacı olan kənd yerlərinin sayı az deyil. Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin sifarişi ilə kütləvi infrastrukturu 2014-cü ildən araşdıran ekspert komissiyasının yekun hesabatında deyilir ki, bu bir növ “Almaniyanın zəif yeridir”.

ADAC deyilən Avtomobilçilər Birliyində hesablayıblar ki, hər gün Almaniya yollarında 1900-dən çox tıxac yaranır. Elə bir gün olmur ki, dəmir yolunda qatarlar gecikməsin, yaxud ləğv edilməsin. Uşaq bağçalarında hər 10 uşaqdan birinə yer çatmır, halbuki bu, hər bir valideynin qanuni hüququdur. 1041 hovuz ya bağlanıb, ya da bağlanmaq ərəfəsindədir.

Həmkarlar ittifaqlarının nümayəndələri şikayətlənirlər ki, dövlətin ictimai ehtiyaclara xərcləri azalır. Dövlət xidmətləri ya özəlləşdirilib, ya onların qiyməti artıb, ya da müxtəlif rüsumlar tətbiq edilib.

Almaniya inkişaf etmiş iqtisadiyyatı olan 35 ölkənin daxil olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) digər üzvləri ilə müqayisədə təhsilə xeyli az sərmayə yatırır. İƏİT üzvləri təhsilə ÜDM-nin orta hesabla 5,2 faizini, Almaniya isə yalnız 4,3 faizini sərf edir. Rəqəmsal infrastrukturun inkişafında, ilk növbədə, sürətli internetdən istifadə sahəsində daha əhəmiyyətli fərqlər var. Adi DLS-naqillərlə müqayisədə qoşulmanı təqribən 10 dəfə sürətlə təmin edən optik lifli şəbəkələr İƏİT ölkələrində bütün qoşulmaların, orta hesabla, təqribən 20 faizini təşkil edir. Bu göstərici üzrə liderlər Yaponiya və Koreya Respublikasıdır. Bu ölkələrdə optik lifli şəbəkələr 75 faiz təşkil edir. Skandinaviya və Baltik ölkələri də orta səviyyədən xeyli yüksəkdədirlər. Almaniya 1,6 faizlə onların fonunda çox aciz görünür.

İqtisadiyyatın rəqabətədavamlılığı və açıqlığı ilə bağlı beynəlxalq araşdırmalar göstərir ki, son vaxtlar Almaniya geriləyib və artıq 10 ən qabaqcıl ölkə sırasında deyildir.

Orta təbəqə nümayəndələrinin narahatlığı üçün daha çox səbəb var. Müxtəlif hesablamalara görə, artıq 30 ildir onların sayı azalmağa doğru gedir.

Nəhayət, işsizlik üzrə statistika bütün həqiqətin yalnız bir qismini göstərir. Rəsmi məlumata görə, 2017-ci ilin mayında Almaniyada 2,5 milyon işsiz olub və bu da 1991-ci ildən ən aşağı səviyyədir. Eyni zamanda, 6,2 milyon adama müxtəlif dövlət müavinətləri verilir. Onların sırasına dolanışıq üçün kifayət qədər pul qazanmayanlar, habelə belə ailələrdən olan uşaqlar daxildir. 2005-ci ilin iri sosial islahatından sonra müxtəlif sosial müavinət alanların, eləcə də “rəsmi” işsizlərin sayı xeyli azalıb.


Müəllifin digər yazıları

  1. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  2. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  3. Səmimi, amma nəticəsiz olmuş görüş
  4. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  5. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  6. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  7. Deyəsən Avropa dağılır
  8. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  9. Almaniyada erməni fırıldaqları
  10. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  11. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  12. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  13. AFR Prezidenti Moskvaya səfər edəcək
  14. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  15. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  16. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  17. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  18. Dünya güclü kiberhücuma məruz qalıb
  19. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  20. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  21. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  22. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  23. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  24. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  25. Almaniyada prezidenti necə seçirlər?
  26. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  27. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  28. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  29. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  30. Potensial terrorçular güclü müşahidə altındadırlar
  31. Berlindəki hadisə terror aktıdırmı?
  32. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  33. Drezden sarayında ən məxfi illik forum keçirilir
  34. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  35. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
21.07.2018 Neft bahalaşıb
20-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9481 san