10:51 19 Sentyabr 2017
226 dəfə oxunub
Çap versiyası
...

Yevlax Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilmiş mobil telefonlar və aksesuarlarının realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Land Cruiser Prado" markalı avtomobil Mingəçevir şəhəri, Heydər Əliyev prospektində gömrükçülər tərəfindən saxlanılıb və nəqliyyat vasitəsi gömrük baxışı keçirilməsi məqsədilə Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.

Aparılan yoxlama zamanı avtomobilin yük yerindən 5 ədəd "Samsung Galaxy J3 Pro Gold", 10 ədəd "Samsung Galaxy J3 Pro Black", 5 ədəd "Samsung Galaxy A3", 1 ədəd "Samsung Galaxy A5 Gold" markalı mobil telefonlar və aksesuarları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Xəzərdə zəlzələ olub
14:47 19.10/2017
Çətirlərinizi unutmayın
12:16 19.10/2017
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2596 san