11:09 19 Sentyabr 2017
310 dəfə oxunub
Çap versiyası
...

"Qarabağ"la oyun çətin olacaq. Onlar Çempionlar Liqasının qrup mərhələsinin birinci oyununda "Çelsi"yə 0:6 hesabı ilə uduzublar. Buna görə də doğma meydanda qələbə qazanmaq istəyəcəklər".

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Roma"nın futbolçusu Kevin Strotman ÇL-in 2-ci turunda keçirəcəkləri "Qarabağ"la oyun barədə fikirlərini bildirərkən deyib.

"Tvitter" hesabında azarkeşlən ona verdiyi suallarını cavablandıran 27 yaşlı yarımmüdafiəçi Ağdam klubunun ÇL-də oynamağa layiq komanda olduğunu vurğulayıb: "4-5 saat təyyarə ilə səfərə çıxacağıq. “Qarabağ” Çempionlar Liqasında oynamağa layiq komandadır. Bunu da qrup mərhələsində öz azarkeşlərinə sübut etməyə çalışacaq. Bizim üçün çətin oyun olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-i keçiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Azərreyl"dən getdi
22:59 16.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4519 san