11:23 19 Sentyabr 2017
299 dəfə oxunub
Çap versiyası
...


Kanadanın Elm naziri Reza Moridinin İrəvana gedərək, qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əyməsinə sərt münasibət bildirilməkdədir. 
"Riza Moridi şəxsiyyətini satmış adamdır. Erməni yalanlarına inandığı üçün deyil, kanadalı əfəndilərinə xoş görünmək üçün bunu edib".
Diaspor hərəkatının fəalı Elnur Eltürk bildirib ki,bu sözləri Skandinaviya Türk Federasiyasının başqanı Ilhan Esen onunla söhbət zamanı bildirib.
Federasiya rəhbəri tarixdə öz xalqına xəyanət edən heç bir kimsənin və hətta ailəsinin də bu xəyanət ayıbından qurtula bilməyəcəyini qeyd edib.
"Qərb dünyası erməni soyqırımı yalanına düz olduğu üçün deyil, əllərində siyasi və strateji bir silah olduğu üçün buna dəstək verirlər. Riza Moridi kimi şəxsiyyətsizlər çirkin oyunun alətidir. Və türk milləti tarixən heç bir xalqı soyqırıma məruz qoymayıb. XV əsrdə ispanlar tərəfindən soyqırıma məruz qalan yəhudilər Osmanlı imperiyasının gəmiləri ilə qurtulub İstanbula gətiriliblər", - deyə Ilhan Esen əlavə edib.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
09:48 19.10/2017
Cəbhədən son xəbər
09:46 18.10/2017
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5604 san