11:50 19 Sentyabr 2017
461 dəfə oxunub
Çap versiyası
...

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Myanmarın Arakan ştatındakı vəziyyətlə bağlı toplantı keçirilib.

Nazirlər səviyyəsində keçirilən görüş Böyük Britaniyanın təşəbbüsü ilə baş tutub.

Toplantıda çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Myanmarda baş verən zorakılıq halları və insan haqlarının pozulmasını ölkənin reputasiyasında qara ləkə adlandırıb. Onun sözlərinə görə, Myanmarda müsəlmanlara qarşı zorakılığa dərhal son qoyulmalı, Arakan ştatında əhaliyə humanitar yardımın göstərilməsi üçün şərait yaradılmalıdır.

Tədbirdə Avstraliya, Banqladeş, İndoneziya, Kanada və digər ölkələrin XİN rəhbərləri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli iştirak edib. Myanmarı toplantıda XİN rəhbərinin müavini və milli təhlükəsizlik üzrə müşavir təmsil edib.

Qeyd edək ki, avqustun 25-dən Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan ştatında yerli müsəlmanlara hücumları nəticəsində çox sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. (apa)


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Mihay Tudose istefa verib
08:27 16.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7193 san