12:50 19 Sentyabr 2017
697 dəfə oxunub
Çap versiyası
...

Şəkinin Oxod kənd sakini Günay İbrahimova iddia edir ki, oğluna vurulan peyvənd onun həyatını kabusa çevirib.

Tibb bacısını uşağı müayinə etmədən vurduğu peyvənd, 7 ildir ki, onları yollarda qoyub.

Günay İbrahimova – Valideyn: “Uşaq yatırdı. Tibb bacısı gəldi ki, peyvənd vurum. Dedim ki, uşaq yatıb. Durandan sonra dedi ki, mən gözləyə bilmərəm. Vurub getdi. Sonradan peyvəndin yeri şişdi. Gözləri çəpləşdi, qolları, ayaqları qıcandı. Ondan sonra Bakıya, İrana aparmışıq. Tibb bacısı dedi ki, bizim üstümüzə qoyma, biz eləməmişik. İranda dedilər ki, peyvənddəndir”.

Uşaqların peyvənd olunması vacib şərtdir. Həkimlər də bununla bağlı valideynləri daim xəbərdar edir, bu istiqamətdə maarifləndirmə işləri aparır. Çünki bir çox ağır və yoluxucu xəstəliklərin qarşısı məhz peyvəndlər sahəsində alınır. Valideynlərin peyvəndə qarşı münasibəti isə fərqlidir.

Həkimlər isə xəbərdarlıq edir. Peyvənd olunacaq uşağın əvvəlcədən müayinə edilməsi mütləqdir. Həkimlər və ya tibb bacıları qədər valideynlər də bu məsələyə həssaslıqla yanaşmalıdır. Əks halda iş işdən keçmiş olur. Elə qəhrəmanımız kimi.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
16-07-2018
16.07.2018 Alın yazım - 2
16.07.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4776 san