13:02 19 Sentyabr 2017
360 dəfə oxunub
Çap versiyası
...

Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlayan dəstə üzvləri saxlanılıb.

Bu barədə  Strategiya.az-a Daxili İşlər Nazirliyindən (DİN) məumat verilib.

Bildirilir ki, cari ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

Qeyd edək ki, hadisədən sonra dəstə üzvləri kabelləri A.Mehdiyevin avtomobilinə qoyaraq dəniz kənarında yandırıblar və mis halında Sumqayıt şəhərində yerləşən əlvan metal qəbulu məntəqələrinə satıblar.

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirinin davamı olaraq dəstə üzvlərindən oğurluq yolla əldə edilən misi dəfələrlə edilən xəbərdarlıqla baxmayaq, müvafiq qeydiyyat aparmadan alan metal qəbulu məntəqəsinin sahibi Zaur İlyasov və onun işçisi Zaur Eyyubov da saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Binəqədidə anbar yanıb
20:29 16.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5239 san