13:49 19 Sentyabr 2017
342 dəfə oxunub
Çap versiyası
...

Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.

Strategiya.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.

Bu gün səhər saatlarında Şirvan şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.

Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da ölüb. Onun qıcolmadan öldüyü bildirilir.

Hazırda ölümlərin dəqiq hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
16-07-2018
16.07.2018 Alın yazım - 2
16.07.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.773 san