16:30 19 Sentyabr 2017
173 dəfə oxunub
Çap versiyası
...

"Pəncərəni qırırdı, mən çöldə dururdum"

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi Ələkbərzadə və Kamil Qaraxanov tutulublar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.

Oğurladıqları qızıl-zinət əşyalarını metronun “Gənclik” və “Neftçilər” metrostansiyalarının yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə 4500 manata satıblar.

Allahverdi Ələkbərzadə (saxlanılan şəxs): "Kamillə məhlədə gördük tanış olduq. Dedi ki, boş evlər var girək qızıl götürək. Qoşuldum getdim. Pəncərəni qırırdı, mən çöldə dururdum. Birindən qızıl, birindən televizor, o birindən kompüter çıxdı".

Kamil Qaraxanov (saxlanılan şəxs): "Təklif eləmişəm ki, gedək oğurluq edək. Getmişik evin içinə, "raşotka"nı qırmışıq, evə daxil olub qızıl, pul və s götürmüşük. Aparıb satıb pulu bölmüşük. Ümumi 4 evə girmişik, birindən heç nə çıxmayıb".

Faktla bağlı zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Çətirlərinizi unutmayın
12:16 19.10/2017
Şəkidə yanğın
09:11 19.10/2017
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5505 san