17:05 19 Sentyabr 2017
602 dəfə oxunub
Çap versiyası
...

Oğlunuzu böyüdərkən oğlan uşaqlarına xas vəziyyətlərlə qarşılaşa bilərsiniz.

Oğlanlar qızlardan fərqlidirlər. Hər uşaq eyni təməl sevgiyə, qayğıya ehtiyac duysa da, qızların və oğlanların maraq duyduqları mövzular fərqli ola bilər.

Strategiya.az Ailem.az-a istinadla oğlan uşaqlarının fərqli xüsusiyyətləri barədə məlumat verir.

1. Riskli davranışlara meyllidirlər

Oğlunuz dünyaya gəldikdə ilk öyrənəcəyiniz şeylərdən biri onun riskli davranışlara meylli olmasıdır. Sərhədləri aşmağı çox sevirlər. Yıxılmazdan əvvəl kənara nə qədər yaxınlaşa biləcəklərini görmək istəyirlər. Təbii ki, bütün bu davranış şəkilləri anaların sinir böhranı keçirmələrinə səbəb ola bilər. Bədənlərindəki sıyrıqlar və göyərmələr, hətta bəzən də qırıqlara hazır olmalısınız, bu, onların təbiətində var.

2. Çox söz işlətməyə ehtiyac duymazlar

Oğlanlar çox danışmağa, ya da özləri ilə çox söhbət edilməsinə ehtiyac duymazlar. Oğlanların çoxu kəlmələr istifadə etmək əvəzinə sadəcə səslər çıxarmağı seçirlər, məsələn, avtomobil səsi. Əlbəttə, oğlunuzla danışmalısınız, amma onların bundan qızlar qədər xoşlanacağını düşünməyin.

3. Kirlənməyi sevirlər

Oğlan anaları bilməlidir ki, onlar kirlənməyi sevirlər. Saatlarla palçığın içindən çıxmaya bilərlər. Bəlkə sadəcə həyətə çıxanda geyinməsi üçün paltarlar ayırın. Beləliklə, sizin zövqlə seçib aldığınız paltarlar cırılıb kirlənməz.  

4. Açıq havanı sevirlər

 

Oğlan uşaqları açıq havanı və açıq havada oynana biləcək hər növ oyunu xoşlayırlar. Yaş irəlilədikcə sadəcə dostları ilə danışdıqda belə, açıq havada olmağı seçirlər. İlk illərindən həyatlarının sonuna qədər oğlanlar açıq havanı sevirlər.

5. Nə geyindikləri önəmli deyil

Bir neçə sevimli geyimləri ola bilər, amma geyinmək oğlanlar üçün əsla qızlarda olduğu kimi, əhəmiyyətli bir mövzu halına gəlməyəcək.

6. Təkərləri olan şeyləri sevirlər

Oğlanlar adətən erkən yaşdan etibarən təkərli şeylərə maraq göstəriblər.

7. Analarını çox sevirlər

Bir ana üçün oğlan uşağına sahib olmanın ən yaxşı tərəfi: Onlar həyatları boyu analarına bağlı olacaqlar. Əsla bitməyəcək bir sevgidən bəhs edirik. Mövzu anaları olduqda oğlanların təbii qoruyuculuqları ortaya çıxır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər

20:38 20.10/2017
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017
21-10-2017
21.10.2017 Neft bahalaşıb
20-10-2017
20.10.2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4066 san