08:35 20 Sentyabr 2017
1157 dəfə oxunub
Çap versiyası
...

"Hazırda da "raket adam" ( Kim Çen In ) öz rejimi və özü üçün sui-qəsd hazırlayır. ABŞ-ın çox səbri var,  güclüdür, ancaq bizim özümüzü, ya da mütəffiqlərimizi müdafiə etməyə məcbur qoyarlarsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq. ABŞ hazırdır, hətta buna qadirdir, amma ümid edirik ki, buna ehtiyac qalmayacaq. Artıq Şimali Koreyanın nüvəsizləşdirmədən başqa bir əlacının qalmadığını dərk etmək vaxtı çatıb".

 Strategiya.az modern.az-a istinadən bildirir ki, bu fikirləri  BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib.

Donald Tramp Rəsmi Pxenyana qarşı daha geniş tədbirlər görülməsinin vacibliyini qeyd edib: "Çin və Rusiyaya sanksiyalarda dəstəyə görə təşəkkür edirəm. Amma bunu daha da genişləndirmək lazımdır. Bütün dövlətlərin birgə fəaliyyət göstərməsinin zamanı yetişib. Düşmən davranışları dayandırılanadək Kim Çen In rejimini sıxışdırmalı və təcrid etməliyik".
 ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını yenə tənqid edib: "İran sülhü pozan dağıdıcı davranışlarını davam etdirir. Beynəlxalq ictimaiyyət onu dayandırmalıdır. Çünki İrandakı rejim demokratiya arxasında gizlənən korrupsiyalaşmış diktaturadır".
Daha sonra Kuba ilə münasibətlərə toxunan Tramp  bildirib ki, hakimiyyət orqanları lazımi islahatları həyata keçirməyənədək ABŞ bu ölkəyə qarşı sanksiyaları aradan qaldırmayacaq: "ABŞ, Kubadakı sabitliyi pozan rejimə qarşıdır və kubalıların azad yaşamaq xəyalını dəstəkləyir. Ancaq Kubada köklü islahatlar aparılanadək  sanksiyaları götürməyəcəyik".


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3629 san