08:48 20 Sentyabr 2017
311 dəfə oxunub
Çap versiyası
...

Rabitə kabellərini oğurlayan dəstə saxlanılıb, onların arasında futbolçu da var.

 Bu ay ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanması barədə Şəhər Polis İdarəsinə məlumat verilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev saxlanılıb. Saxlanılanlardan Nicat Muxtarov "Sumqayıt" klubunun futbolçusudur.

Əvvəllər isə Zaqatalanın "Simurq", Bakının "Rəvan", eləcə də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında forma geyinib. Məlumata görə, Nicat Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm "Sumqayıt"ın "Kəpəz" və "Qəbələ" ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib. "Sumqayıt" klubundan ona bildiriblər ki, cəriməni özü ödəməlidir və nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək. Bildilir ki, futbolçu "Sumqayıt"la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəyib, amma onu buraxmayıblar. 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsiylə dost-tanışa ağız açan Nicat yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb.

 

Əməliyyat tədbirinin davamı olaraq dəstə üzvlərindən oğurluq yolla əldə edilən misi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaq müvafiq qeydiyyat aparmadan alan metal qəbulu məntəqəsinin sahibi Zaur İlyasov və onun işçisi Zaur Eyyubov da saxlanılaraq məsuliyyətə cəlb olunublar.

 

Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.


 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017
21-10-2017
21.10.2017 Neft bahalaşıb
20-10-2017
20.10.2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6151 san