09:20 20 Sentyabr 2017
825 dəfə oxunub
Çap versiyası
...

Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsinin bıçaqlanma hadisəsi ilə bağlı təhsil müəssisəsinin mətbuat xidmətindən açıqlama verilib.

 Hadisə universitetin həyətində deyil, küçədə baş verib.

Belə ki, Astara rayon sakini, universitetin İnformatika ixtisası üzrə məzunu olmuş Elçin Baxşıyevlə LDU-nun eyni ixtisası üzrə 3-cü kursunda oxuyan Lənkəran rayon sakini Zəka Həmidov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Nəticədə E.Baxşıyev Z.Həmidova bıçaqla xəsarət yetirib. 
Özü isə hadisə yerindən qaçıb. Arterial damarın kəsilməsi səbəbindən çoxlu qan itirən Z.Həmidov yoldaşları tərəfindən Lənkəran Rayon mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Hadisəni törədən şəxsin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür. 



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
16-07-2018
16.07.2018 Alın yazım - 2
16.07.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.493 san