16:32 20 Sentyabr 2017
267 dəfə oxunub
Çap versiyası
...

"Altsheymer xəstəliyi adətən yaşlı insanlarda - 60-70 yaşlarda müşahidə olunur. Əhalinin orta yaş dövrünün artması ilə əlaqədar bu xəstəliyin artma tezliyi yüksəlib”.

 

Bunu Psixi Sağlamlıq Mərkəzinin Müalicə və poliklinika şöbəsinin müdiri Səbinə Rəşidova deyib. Altsheymerin beynin neyro-degenerativ xəstəliyi olduğunu söyləyən S. Rəşidova bildirib ki, 60-70 yaşda olan insanların 1,6 %-də, 70-80 yaş arasında 20%-də, 80 yaşdan yuxarı insanların isə 40%-də bu xəstəliyə rast gəlinir.

Həkimin sözlərinə görə, altsheymer xəstəliyi əqli geriliklə müşahidə olunur və nəticədə yaddaş zəifləyir, qavrama və təfəkkür prosesləri ləngiyir: "Sonrakı müddətdə bu, intellektin azalmasına səbəb olur. İlk mərhələdə bu proseslər elə də hiss olunmur. Xəstəlik ilkin mərhələdə aşkar olunarsa, onun ağırlaşmasının qarşını almaq, vaxtını uzatmaq mümkündür. Lakin tam müalicəsi yoxdur. Xəstəlik təzə başlayanda intihar halları olmur. Sonrakı ağırlaşma formasında insanlar özlərindən asılı olmadan xəta törədə bilərlər. Bu xəstəlikdə cins fərqi yoxdur”.

Xəstəliyin yaranma səbəblərini sadalayan şöbə müdiri deyib ki, xəstəliyin yaranmasında genetika da rol oynayır: "Eyni zamanda, oturaq həyat tərzi, stress, depressiya, düzgün qidalanmamaq, şəkərli diabet, hipertoniya kimi xəstəliklər altsheymerin erkən yaranmasına səbəb olur”. apa


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8487 san