11:18 22 Sentyabr 2017
244 dəfə oxunub
Çap versiyası
...

Bu gün Azərbaycanda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə start verilir.

İlk oyun Bakıda Ukrayna və Bolqarıstan yığmaları arasında baş tutacaq. A qrupunda mübarizə aparan Azərbaycan millisi isə ilk matçda Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız sentyabrın 24-də Polşa, 25-də isə Almaniya komandası ilə qarşılaşacaq. Millimizin bütün görüşləri saat 18:00-da başlayacaq.

Bu gün, həmçinin İtaliya - Gürcüstan, Serbiya - Çexiya, Belarus - Xorvatiya, Niderland - Belçika, Polşa - Almaniya və Türkiyə - Rusiya qarşılaşmaları keçiriləcək.

Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində keçiriləcək.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın dörddəbir, yarımfinal və final görüşləri Bakıda təşkil ediləcək.

Yarışda 16 komanda mübarizə aparacaq. A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparacaqlar.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017
21-10-2017
21.10.2017 Neft bahalaşıb
20-10-2017
20.10.2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.382 san