12:26 22 Sentyabr 2017
562 dəfə oxunub
Çap versiyası
...

Sentyabrın 22-də Parisdə başlayan beynəlxalq qastronomiya festivalında Azərbaycan da təmsil olunur. Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirə 40 ölkədən nümayəndələr qatılıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  bildiriblər ki, festivalda ölkəmizi təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva tədbirə hazırlıq işləri zamanı ermənilərin növbəti dəfə təxribata əl atdıqlarını vurğulayıb. Qeyd edib ki, şəhərcikdəki Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağdakı qondarma rejimin bayrağı da asılıb. Lakin Azərbaycanın diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və bayraq çadırdan götürülüb.

Festival günlərində Paris sakinləri, o cümlədən dünyanın müxtəlif bölgələrindən gəlmiş turistlər Azərbaycan çadırında zəngin mədəni irsimizin nümunələri ilə tanış ola biləcəklər. Tədbirdə Azərbaycan mətbəxinin ləziz təamları, o cümlədən milli xörəklər, şirniyyatlar, içkilər sərgilənəcək, onların dequstasiyası və satışı təşkil olunacaq. Bununla yanaşı, süfrə mədəniyyətini, tariximizi əks etdirən əl işləri, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları sərgilənəcək, Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın əsərləri səsləndiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-07-2018
18-07-2018
18.07.2018 Neft ucuzlaşıb
17-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6901 san