16:21 22 Sentyabr 2017
250 dəfə oxunub
Çap versiyası
...

İraq Kürd Muxtariyyətinin ideri Məsud Bərzani dünyanın aparıcı ölkələrinin çağrışlarına baxmayaraq, sentyabrın 25-də müstəqillik referendumunun keçiriləcəyini bəyan edib.
 
Strategiya.az TRT-yə istinadən xəbər verir ki, Bərzani İraq hökuməti ilə dialoqa hazır oduqlarını bildirib və əlavə edib ki, sentyabrın 23-də danışıqlar aparmaq üçün Bağdadanümayəndə heyəti göndəriləcək:
 
"Ancaq bütün hallarda referendumdan geri çəkilmək söhbəti ola bilməz. Seçki keçiriləcək".
 
Xatırladaq ki, dünən İraq, İran və Türkiyə XİN rəhbərləri ortaq bəyanat yayaraq, seçkinin bölgədə ağır fəsadlara yol açacağını bəyan ediblər. Eyni bəyanat bu gecə Ərdoğan və Trampın birgə görüşündə də səsləndirilib. Bundan başqa, BMT, Avropa Birliyi və digər ölkələr də referendumun bölgədə vəziyyəti gərginləşdirəcəyini vurğulayaraq, seçkinin ləğv edilməsini vacib sayıblar.
 
Dünən Türkiyə prezidenti Ərdoğan isə Bərzani və müxtariyyəti açıq dillə hədələyib: "Dəqiq addımlarımız olacaq. Bunu yaxında görəcəklər. Bərzani daha əvvəlki münasibəti görməyəcək".


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4254 san