09:05 24 Sentyabr 2017
190 dəfə oxunub
Çap versiyası
...

Yaponiya hökuməti ABŞ-ın “Aegis Ashore” raketdənmüdafiə komplekslərini ölkənin qərb sahillərində, Yapon dənizi istiqamətində yerləşdirməyi planlaşdırır.

Bbu barədə sentyabrın 24-də “Asahi Şhimbun” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, komplekslərin yerləşdirilməsi 2023-cü ildə başa çatdırılacaq.

Yaponiya hökuməti hazırda “Aegis Ashore” raketdənmüdafiə komplekslərini almağın mümkünlüyünü araşdırır. Koreya yarımadasında vəziyyətin gərginləşməsi ilə əlaqədar Müdafiə Nazirliyi növbəti maliyyə ili üçün rekord miqdarda büdcə sorğusu göndərib. Həmin vəsaitin bir hissəsinin bu komplekslərin alınması üçün sərf ediləcəyi güman olunur. Mütəxəssislərin qənaətinə görə, Yaponiyanın bütün ərazisini mümkün raket zərbəsindən və ya ballistik raketin düşməsindən qorumaq üçün iki belə qurğu kifayət edər. Onun birinin qiymətinin 80 milyard yen (təqribən 728 milyon dollar) olduğu bildirilir.

Vüqar Ağayev


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-10-2017
22-10-2017
21-10-2017
21.10.2017 Neft bahalaşıb
20-10-2017
20.10.2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0534 san