09:56 07 iyun 2012
47523 dəfə oxunub
Çap versiyası
Asif Qədirov
Hüquq üzrə fəlsəfə doktoru

Korrupsiya cinayətkarlığının əsasında konkret korrupsiya cinayətləri durur. Öz xüsusiyyətlərinə görə korrupsiya ilə bağlı cinayətkarlıq antisosial və ictimai təhlükəli xarakterlidir,dövlətin siyasi və iqtisadi təhlükəsizliyini qorxu altına alır, dövlət hakimiyyətinin mexanizminə,onun bütün qollarına mənfi təsir göstərir,bütövlükdə cəmiyyəti iflasa uğradır. Korrupsiya cinayətləri eyni zamanda mütəşəkkil cinayətkarlıqla da bağlıdır. Bir sözlə, korrupsiya cəmiyyətin normal fəaliyyət və inkişafına mane olur, əhalinin yoxsul təbəqəsinin vəziyyətini daha da ağırlaşdırır. Beləliklə, konkret olaraq hansısa təşkilata dəyən ziyandan əlavə dövlət mənafeyinə və cəmiyyətə ağır nəticəli ziyan dəymiş olur. Yəni korrupsiyanı konkret bir cinayət tərkibi kimi deyil, bir neçə ağır nəticəli cinayət tərkibinin birləşməsi kimi qiymətləndirmək lazımdır.
Hüquqi dövlət quruculuğu istiqamətində atılan ardıcıl addımlar, uğurlu məhkəmə-hüquq islahatlarının aparılması ölkəmizin qanunvericilik sisteminin yeniləşməsini təmin etdi. Respublikamızda cinayətkarlıqla mübarizə sahəsində Heydər Əliyev tərəfindən atılan ilk mühüm addım 1994-cü il avqustun 9-da Ulu Öndər tərəfindən imzalanan "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi,qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman oldu. Fərmanda cinayətkarlığa qarşı mübarizə tədbirləri və bu sahədə hüquq-mühafizə orqanlarının qarşısına qoyulan tələblər göstərilmişdir. Həmçinin, fərmanla yaradılmış və hazırda Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu gün cinayətkarlığa qarşı uğurla mübarizə aparan orqanlardan birinə çevrilmişdir.Heydər Əliyevin gərgin əməyi və tükənməz səyləri ilə respublikada mövcud olan cinayətkarlığın qarşısı alındı, terror-təxribat dəstələri zərərsizləşdirildi, törədilmiş bir çox ağır cinayət hadisələrinin üstü açıldı və orada iştirak edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi. Qeyd edilməlidir ki, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının strateji kursunun əsasları hüquqi dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra müəyyən edilmiş, onun reallaşdırılmasına başlanmış, inkişaf etdirilmiş və mühüm nailiyyətlər əldə edilmişdir
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra korrupsiya ilə mübarizəyə istiqamətlənmiş bir sıra normativ-hüquqi aktlar, qanunlar qəbul edilmiş, ölkə prezidenti tərəfindən sərəncamlar və fərmanlar imzalanmışdır. Onların sırasında Azərbaycan Respublikasının Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 9 avqust 1994-cü il tarixli, «İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi haqqında» 17 iyun 1996-cı il tarixli, «Azərbaycan Respublikasının iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» 27 yanvar 1998-ci il tarixli, «Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» 7 yanvar 1999-cu il tarixli, «Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında» 8 iyun 2000-ci il tarixli, «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» 28 sentyabr 2002-ci il tarixli, «Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında korrupsiyaya qarşı mübarizə İdarəsinin Əsasnaməsinin təsdiq olunması haqqında» 28 oktyabr 2004-cü il tarixli sərəncam və fərmanlarını, korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti və mülki-hüquqi məsuliyyət haqqında konvensiyaların təsdiq edilməsi barədə» 30 dekabr 2003-cü il tarixli, «Korrupsiyaya qarşı mübarizə haqqında» 13 yanvar 2004-cü tarixli, «Dövlət Qulluğu İdarəetmə Şurasının yanında korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Əsasnaməsinin təsdiq edilməsi haqqında» 3 may 2005-ci il tarixli qanunlarını göstərmək olar. Bu hüquqi aktlar öz aktuallığı ilə mühüm əhəmiyyət kəsb edir. Həmin hüquqi aktların qəbulu korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində hüquqi zəmin yaratmaqla, bu mübarizənin daim dövlətin diqqət mərkəzində olduğunu bir daha göstərir.
Hazırda Azərbaycan iqtisadi və siyasi baxımdan dinamik inkişaf edən müasir ölkəyə çevrilməkdədir.Demokratik hüquqi dövlət quruculuğu siyasətinin tərkib hissəsi olan korrupsiyaya qarşı mübarizə isə bu inkişafın sürətlənməsinə xidmət edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyularaq həyata keçirilən və hal-hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi, sosial, ədalət mühakiməsi, hüquq mühafizə və digər sahələrdə islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni qanunların qəbul edilməsi korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının strateji kursunun əsas tərkib hissəsi olmaqla korrupsiya risklərinin azaldılması və korrupsiyaya təhrik edən halların qarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.


İstifadə olunmuş ədəbiyyat

1. Dövlət müdriklik məktəbi.Bakı: Çaşıoğlu,2000.-214 s.
2. Həsənov E. Korrupsiya və ona qarşı mübarizənin hüquqi əsasları // Qanunçuluq, 2006, № 11, s. 101-106.
3. Quliyev R.İ., İmanov M.N. Cinayət hüququ. Xüsusi hissə. Bakı: Qanun, 2004, 816 s.
4. Məmmədov V.Q. Korrupsiya ilə bağlı cinayətlərlə mübarizənin problem məsələləri. Bakı: Adiloğlu, 2006, 186 s.
5. Müslümov A.T. Korrupsiya və onunla mübarizə // Qanunçuluq, 2003, №2, s. 20-23.
6. Криминология. Учебник для юридических вузов / Под ред. В.Н.Бурлакова, В.П.Сальникова. СПб.: Санкт-Петербурский ун-т МВД России, 1999, 608 с.

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:64359
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2619 san