09:51 12 iyun 2012
9751 dəfə oxunub
Çap versiyası

 Azərbaycan vətəndaşlarının mühacirət tarixi bu günə qədər az öyrənilmiş, onun gerçəklikləri tarixin qaranlıq dumanları içərisində itib-batmışdır. Bu xalqın keçmişindən, soy-kökü və milli özülündən uzaq salıb ayırmaq üçün tarixi təhriflərə uğradılmış, adına saxta, qondarma bir tarix yazılmışdır. 
Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən də qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşma prosesi başlayana qədər Azərbaycanda (və həm hüdüd regionlarda) kifayət qədər mürəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın yaşayış üçün münasib təbii şəraitə malik olması, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərdə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır.
Çox qədim tarixi və ənənələri olan Azərbaycanda insan, onun varlığı, yaşayışı, həyat şəraiti, sevgisi, təbiətə və cəmiyyətə, başqalarına münasibəti - əxlaqi davranışları, elmi-intellektual vəziyyəti, məişət mədəniyyəti, əmək və yemək ənənələri və s. zəngin tarixi zəmin üzərində qurulmuşdur. Qədim Azərbaycan da insan, onun yaranması, tarixi, ictimai fəaliyyəti barədə çoxlu mifik düşüncələr olmuş və onun birinci izləri folklorda, sonrakı yazılı ədəbiyyatda, Qobustan daş yazılarında, arxeoloji qazıntılarda və s. əks etdirilmişdir.
Tarix boyunca millətlərin axın və köçlərinə keçid olan Qafqaz regionu və Azərbycan başqa xalqların yerləşməsi, məskunlaşması, yaşayışı üçün əlverişli bir bölgə olmuşdur. Burada məskunlaşmış xalqlar minilliklər boyu Qafqaz sərhədləri içərisində, xüsusilə Azərbaycanda milli kimliklərin qoruyub saxlamış, mədəniyyət və ənənələrin inkişaf etdirmişlər. Ölkəmiz ərazisində aparılan elmi tədqiqatlar nəticəsində 4 arxeoloji mədəniyyət: olduyev (ən qədim dövr), qədim aşen, aşen və mustye mədəniyyət abidələri tapılıb. Azıx, Tağlar, Daşsalahlı, Qazma Buzeyir və digər ərazilərlə yanaşı ən qədim dövr adlandırılan çəmənliyi adlandırılan Quruçay mədəniyyəti dövrlərinə təsadüf edən qalıqlar aşkar olunub. Elmi əsaslarla isbat olunub ki, iki milyon il əvvəlki illərə aid olan Quruçay mədəniyyəti zamanı tarixdə insana bənzər canlının 4 deyil iki ayaqları üstündə yeriməsi, buranın qədimliyinin bariz nümunəsidir.
Fizuli rayonu ərazisində yerləşən Azıx mağarasında ən qədim insan, Azıxantrop adlandırılan insanın alt çənə sümüyünün tapılması Azərbaycanın qədim tarixi inkişaf dövrü keçməsi faktın təsdiqləyir.
Türk xalqları qrupuna daxil olan azərbaycanlıları müxtəlif dillərin işlənmə texnikasın nəzərə alaraq müxtəlif cür adlandırıblar. Adarbaqadan, alban, atropatan, azər, aser, oser, az, sovir, türk, Azərbaycan türkü, aderbicanlı, qaşqay, qızılban, kazax tatarı, hun, və yüzlərlə adları sadalamaq olar.
Türk mənbələrində bizi Azərbaycan türkləri, Fars mənbələrində, türk, azəri, assur və ərəb mənbələrində azəris, Rus mənbələrində tatar adlandırıblar.
Lakin bir şeyi unutmaq lazım deyil ki, biz türk xalqları qrupuna daxil olsaq da digər türk xalqları kimi, biz azərbaycan türklərinin özünəməxsus fərdi xüsusi səciyyəli mədəniyyəti inkişaf edib. Şərq mədəniyyəti çərçivəsində azərbaycan türklərinin öz renesansı var ki, adət-ənənə, mətbəx, musiqi, və digər sahələrdə fərqli xüsusiyyətlər var. Türk sözünün etnik mənşəyinə nəzər salaq.
Adətən Türk etnomininin qədim formasını, "Turuk", "turukku", kimi bərpa edirlər. Erkən orta əsr yaddilli qaynaqlarda "Türk", adı ilə yanaşı "Turukka" (hindqaynaqları) trukki (xotan mətnləri), "Druq-druqu" (Tibet qaynaqlarında) turexu (Cənubi Amerika və bəzi Okeaniya ölkələri mənbələrində) formalarında işlənmişdir. E.Ə. II minillikdə Akkad-mixi yazıları etnominin erkən turukki,Turiki - formasını saxlamışdır. Bu dəlillər onu göstərir ki, e.ə. III-II minilliklərdə və daha qədimdən də Azərbaycan ərazisində türk etnosları yaşayırdılar. Onlar o dövrün siyasi proseslərində yaxından iştirak etmişlər. Azərbaycan xalqının tarixən məskunlaşdığı (superetnos olaraq formalaşdığı!) Coğrafiya müxtəlif dövrlərdə müxtəlif adlarla adlandırılıb. Bu barədə professor M.Seyidovun fikri olduqca maraqlıdır Professorun fikrincə Azərbaycan-uğurlu, yaxşı istər (Az) yaxşı istər qırmızı, yəni günəş (Azar/Azər), varlı ata (qan) deməkdir. O, vaxtilə yaxşı istər qırmızı, yəni günəş antropomorfik tanrısının adı imiş. Sonralar Az qəbiləsindən olan Xan, İnsan mənasında işlənmişdir.
Son zamanlar bu sahədə aparılan elmi tədqiqatlar zamanı professorun fikrini təsdiqləyən faktlar ortaya çıxır. "Toranın şifrələrinin açılması", "Azərbaycanın tarixi" və digər kitabların müəllifi Firidun Gilarbəylinin tədqiqatları da diqqəti cəlb edir. Firidun bəyin fikrinə görə Qafqazda (bu barədə məşhur Hegel də bir sıra fikirlər bildirib) - Azər adlı Allah olub. Məhz onun ağıllı, ədalətli, iradəçiliyi dövründə geniş ərazili müəssisə yaranıb.
Danil Andreyevin "Dünyanın mərkəzi" kitabında ruhani yüksəlişin və inkişafın piramidasında "Azur" sözləri ilə tutuşdursaq professor Seyidovun, Gilarbəylinin nəzəriyyələri maraq doğurur.
Yurdumuzun qədim sakinləri olan azərbaycanlılar mezolit dövründə (e.ə XIII-IX əsrlər) insan kollektivlərin mühacirət dövrünün fəal iştirakçıları olublar. Bu mühacirətlə, köçlə əlaqədar mədəni yeniliklər mezolit oykumenanın müxtəlif ərazilərə yayırdılar. Bu dövrdə başlanan azərbaycanlıların mühacirəti, köçü tarixən zamanla aktiv, zamanla passiv formalarda davam edib. Məşhur tədqiqatçı Qumilyovun "passionarlıq" anlayışına nəzər salsaq görərik ki, türk tayfaları böyük bir geosiyasi mənada daim köç ediblər. Onlar ilk əvvəl Qərbdən Şərqə və sonradan geriyə bütün məkanı, enerjiləri, mədəniyyətləri, ruhları və nəfəsləri ilə çalxalayıblar. Beləliklə türk əsrlər boyu Qərblə Şərqi "çalxalaya-çalxalaya" öz "passionarlıqlarını" bir qismi oturaqlara verdi, başqa sözlə onlara həyat bəxş elədi. Bu oturaqlardan olan türklərin bir hissəsi Qərbdə və Şərqdə assimliyasiya oldular. Onların mühacirətini davamiyyətli olması, bioloji artım zamanı nəsil dəyişməsinə yerlilər tərəfindən olan böyük təsir onların barəsində ətraflı məlumatların yaranmasına mane oldu.
Azərbaycanlıların mühacirətinin çoxəsirlik tarixi var. Son dərəcə geosiyasi mövqeyi, təbiəti, zənginlikləri və insan ehtiyatları azərbaycanlıların könüllü mühacirəti ilə yanaşı müxtəlif səbəbin toqquşmalar, münaqişələr səbəbilə həm vətənlərimiz öz doğma torpaqlarından zorla köçürülürlər, yad ölkələrə aparılıbar. Bir çox tarixi mənbələrdə qeyd olunan qədim Azərbaycan mühacirləri məlum səbəblərə görə tam diaspor formalaşdırmamalarına baxmayaraq, alimlərimiz, musiqiçilərimiz, memarlarımız və digər peşə sahibləri olan azərbaycanlıların səsi İran, Ərəbistan, Hindistan, Avropa və digər Asiya Amerika ölkələrindən gəlmişdir. Azərbaycanlılar dünyanın hansı ölkəsində məskunlaşmalarına baxmayaraq vətənlə bağlılıqlarını birbaşa olmasa da mədəniyyət və incəsənət vasitəsilə gələcək nəsillərə çatırıblar. Burada bəzən yerli mədəniyyətin təsirləri hiss olunması isə təbii qarşılanmalıdır. Bu danılmaz bir prosesdir ki, azərbaycanlılar məskunu olduqları, yaşadıqları mühitlə təmasda olublar. Nəticədə ədəbi mədəni, mənəvi və dini əlaqələr bu bağlılıqların mahiyyətinə və xarakterinə təsirsiz qalmamışdır. Bu mənada Azərbaycan mühacirəti və diasporu ədəbi, mədəni irsi olduqca mürəkkəb, ziddiyyətli və çoxşaxəlidir.
Azərbaycan dastanlarını, şifahi və yazılı xalq ədəbiyyatı folklorunda qürbət mövzusunun yeni olmadığı hamıya bəllidir. Biz azərbaycanlıların dünya səpələnməsi, diaspor formalaşdırılması barədə Azərbaycan alimləri ilə yanaşı Rusiya, İngiltərə, Türkiyə, İsveç, Norveç və digər ölkələrin alimləri, tədqiqatçıları da çox sayda kitablar yazıblar. Bu istiqamətdə aparılan tədqiqat işlərində Horveçli səyyah alim Tur Heyerdalın nəzəriyyələrinin xüsusi yeri var. Əsərlərilə tarixin qaranlıq səhifələrini işıqlandıran Tur Heyerdalın fikirlərindən sonra bizdə Azərbaycan diasporunun, mühacirətin qədim tarixini araşdırmaq üçün şərait yarandı.
İlk dəfə 1981-ci ildə Azərbaycanda olan səyyah ölkə ərazisində tarixi abidələrlə yaxından tanış olduqdan sonra Dünya tarixində 3 əsas svilizasiyadan birinin Azərbaycan ərazisində olması barədə mülahizə irəli sürdü. Bu 3 svilizasiya məskənləri inkişaf etmiş ərazilərlə malik olmaqla yanaşı sakinləri mədəni, incəsənət və memarlığı ilə seçilmişlər.
Tur Heyerdalın qənaətinə görə, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmişlər. Alimin Qobustanşünaslıq sahəsində yeni və olduqca orijinal olan bu mülahizəsi çağdaş Azərbaycan xalqı ilə Skandinaviya xalqları arasında etnik, bioloji, antropoloji, tarixi, mədəni əlaqələrin mövcud olmasından xəbər verir.
Öz fikirlərini konkret faktlar, elmi-tarixi, maddi dəlillər əsasında isbatlayan alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləmişdir.
1981-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Tur Heyerdal Xəzər sahillərini (sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan) böyük bir sivilizasiyanın beşiyi hesab etmişdir. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş apaloqları ilə üst-üstə düşməsi ilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki Günəş təsvirləri qədim Azərbaycanın insan məskənləri ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.
Dünya tarixçilərinin ümumi rəyinə görə Qobustanın qayaüstü rəsmləri ibtidai insanların real gerçəkliyə və obyektiv aləmə münasibətini, həyat tərzini, məişətini, mədəniyyətini, ibtidai inanclarını öyrənmək baxımından da maraqlıdır. Hazırda Qobustanda 6000-dən çox petroqlif, yəni daş üzərində rəsm vardır. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif rəmzlər, o cümlədən Günəşi əks edən solyar rəmzlər, bürclər, digər fəza cismləri diqqəti cəlb edir. Qayaüstü rəsmlıərdəki kişi və qadın təsvirləri də elmi cəhətdən maraq doğurur. Maraqlıdır ki, Qobustandakı bəzi qaya parçaları öz fiziki tərkibi və geoloji xüsusiyyətlərinə görə digər dünya daşlarından fərqlənir. Məsələn, buradakı böyük qaya parçalarından biri "Qavaldaş" adlanır. Onun səthinə zərblə vurulduqda, qaval, dəf, nağara, təbil kimi səslənir. Elə yerli əhali də onu məhz bu xüsusiyyətinə görə "Qavaldaş" adlandırıb.
Ömrünün yarıdan çoxunu dünyadakı bənzər təsvirlərin tədqiqinə həsr etmiş məşhur norveçli alim və səyyah Tur Heyerdal Qobustan qayaları qarşısında heyrətini gizlədə bilməmişdi. Həyatı boyunca dünya sivilizasiyasının başlanğıc nöqtəsini axtaran səyyah 1981-ci ildə burada bir sıra tədqiqat işləri aparmış, abidə haqqında maraqlı fikirlər söyləmişdi. O, qayalar üzərindəki Günəş təsvirli gəmiləri görərkən sonsuz heyranlıqla demişdi: "Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, dəqiq tarixi indiyə qədər məlum olmayan mədəniyyət incisidir". O, "Odinin axtarışı ilə" adlı son kitabında vikinqlərin koklərinin Azərbaycanda axtarılmasına işarə edirdi. Tur Heyerdala görə, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmiş ola bilərdi. Məşhur alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləmişdir.
1981-1994-cü illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Tur Heyerdal Xəzər sahillərini böyük bir sivilizasiyanın beşiyi adlandırmışdır. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş apaloqları ilə üst-üstə düşməsilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki Günəş təsvirləri qədim Azərbaycanın insan məskənlər ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.
Tur Heyerdalın bu nəzəriyyə ilə bağlı bir fikri olduqca maraqlıdır. Özünün "Challenging euro-centrik theories of migration"- adlı məqaləsində aşağdakı sözlərlə o, bütün dünya alimlərinə müraciət etmişdir.
«Bir alim kimi Avropada biz tərəfindən öz həmvətənlərimizin dünyanın bir çox yerlərini kəşf edilməsi barədə dərc olunan əsrlərdən bizə gələn tarixi sənədləri yenidən təhlil edək. Burada olanların əksinə olaraq görürük ki, Avropalılar, Yeni Dünyalar kəşf edən tarixdən əvvəl Afrikadn olan dənizçilər Kanar adalarına yol açmışlar. Amerika, Hind okeanı və sakit okean Asiyadan elə Amerikadan olan qədim sakinlər tərəfindən öyrənilib. Avropa deyil Azərbaycan inkişaf etmiş svilizasiyasının qaynayıb daşan mərkəzi olmuşdur. Geniş ticari və uzaq əlaqələri olan ticari və mədəni impulsun naviqotoru olan Azərbaycan ərazisini tədqiq etmək vacibdir. Biz tarixi qumda və dənizdə axtarmalıyıq. Müasir Azərbaycanın qədim və xarici əlaqəlirn araşdırmaq üçün alimlər səy göstərməli və buranın tarixi mənbələrini təyin etməlidir».
Bu nəzəriyyəni inkişaf etdirən səyyah-alim Skandinav xalqları ilə yanaşı Meksika, Peru, Amerika, Asiya və Afrika xalqlarının həyatında azərbaycanlıların oynadıqları rolu sənədlərlə isbat etməyə çalışır.
Tur Heyerdal "Yeni fikir" qəzetində dərc olunan "Azərbaycan Qafqazlıların yayım mərkəzidir" - məqaləsində bu nəzəriyyəni daha da inkişaf etdirib:
«Qədim azərbaycanlıların gəmiləri Xəzər dənizində və rus çaylarında aşağı-yuxarı gedib-gəlirdi. Və onların qayalarda çəkdikləri gəmi rəsmlərilə vikinqlərin min il sonra Norveçdə çəkdikləri rəsmlər arasında oxşarlıq təsadüfi ola bilməz. Skandinaviyada, xüsusilə Norveçdə iki müxtəlif növ gəmi rəsmlərinə rast gəlmək olar. Bunlardan biri Qobustandakı rəsmlərə bənzəyir: üfiqi çəkilmiş xətt gəminin əsasını, şaquli xəttlər isə gəminin heyətini və yuxarı qaldırılmış avarları əks etdirir. Digər gəmi növü "dəri gəmi"sindən ibarətdir. Bu cür gəminin qısa və geniş burnu olur və içərisi ağacla (qamışla) - örtülürdü. Qaya rəsmləri bu cür gəminin çöldən görünüşünü əks etdirir»
1241-ci ildə İslandiyalı Snor Sturlasonun «Norveç vikinqləri krallarının saqası»-nı əsas göstərən Tur Heyerdal norveçlilərin ulu babalarının adının Odin olmasını bildirir və qeyd edir ki, Odin Skithbalanthncr (skidblandenr) adlı gəmilə bu ərazilərə gəlib. Odin qatlama gəmisi ilə saqada qeyd olunduğu kimi yerlilərin qəlbini fəth etmişdir. Saqaya görə Odin "Aser" adlı məmləkətdən gəldiyindən çox zaman onu "Asa-Odin", "Aser Odin", "Odinsan" adlandırırdılar və Snor dəqiq olaraq, Aser-in Qafqazdan, Qara dənizdən cənubda yerləşən ərazilərdən gəldiyin göstərir.
1987-ci ildə Y.M.Stenrsens Forlaqın Osloda ingilis dilinə tərcümə etdiyi saqada adları çəkilən "Aser" və "Odin" barədə bir qədər ətraflı tədqiqat aparaq. Azərbaycanın görkəmli tədqiqatçısı Mahmud İsmayılov qeyd edir.
«Aslar qədim çox qədim, dilləri bizim dilimizin kökkündə dayanan soy, xalq olmuşdur. Asları tədqiqatçılar türkdilli sayların ən ulu əcdadlarından biri sanırlar. Ehtimal var ki, yurdumuzda məskunlaşan asların adı ilə bu yer aslar diyarı aslar məskəni asların yurdu as ərlərin as kimilərin yurdu, Asər yurdu adlandırmışlar. Asların adına qədim Orxon-Yenisey yazılı abidələrində də rast gəlinir. Dünya tarixi ilə məşğul olan təqdiratçıların bir qismi Asiya qitəsini - qitənin ən böyüyünün adını bu ərazinin ən qədim məskunlarının, asların adı ilə bağlayırlar. Tədqiqatçıların söylədiklərinə görə asların bir qolu eramızdan sox-sox əvvəl Azərbaycanda məskunlaşıblar».
Odin - azərbaycanca səslənir və od və "yaşayış məskəni", ya da "ruh, can" mənaların verən in sözündən ibarət olub. "Od canlı", "od ruhlu", ya da "od məskəni" obrazlı desək "od saçan", kimi açıqlanır. İslamdan öncə azərbaycanlıların oda sitayişi etməsini nəzərə alsaq Odin adının bu cürə izah olunmasına inanmaq olur.
Snor Sturlasonun saqasındkı fikirləri Tur Heyerdal inkişaf etdirərək bildirir.
«Norveç tarixçiləri Asar Odin, onun gəmisi və səfəri barədə saqanı orta əsrlərin əfsanəsi hesab edirlər. Hərçənd onlar norveçlilərin Qafqazlı olduqların qəbul edirlər. Yəqin ki, Odinin gəmisi aserlərin (asları) torpaqlarının Qafqazın şərqində, Xəzər dənizi sahilində yerləşdiyin göstərir. Bizim eradan əvvəl V əsrdə Yunan tarixçisi Heredot qatlanan gəmilərdən yazır və onlar Asar Odin saqasında təsvir olunduğu kimi aserlərin yaşadığı ərazidə istifadə edildiyini göstərir.»
Heredot, Diogen, Plutarx, Strabon da ön Asiya və Azərbaycan da yaşayan tayfalardan ətraflı söhbət açaraq, Heyerdalın qeyd etdiyi gəmilər barəsində də fikirlər söyləyiblər.
Snorun saqasında qeyd olunan Aser Odinin nəslini araşdıraq. Bu istiqamətdə Nazim Rizvanın tədqiqatları olduqca maraq doğurur. «Azərbaycan diasporası tarixindən» - kitabının müəllifi olan Nazim Rizvan Snor və Tur Heyerdalın Aser Odin və onun ailəsi barədə açıqladığı fikirlərlə dəstək verir:
«Odinin oğlu, güclü pəhlivan, şimşək allahı Tor, torpaq ilahəsi Torun anası Yord (Yurd) başqa oğlu Moqni, bahar allahı Valdır. Tir həqiqət ilahəsi Vor, iki qardan, Foylar, Qoylar, eləcədə mani qoca dayə elmi, siqurd, oyun, Ağnar, Qunnar və başqaları da bu qəbilədəndir. Dastanlarda atillanın adına Atil şəklində rast gəlirik.»
Tək Norveç deyil, İrlandiya, Danimarka, İsveç, İslandiya xalqlarının inkişafında mühüm rol oynayan yurdumuzun qədim sakinləri olan aslar barədə çoxlu tarixi faktlar var. XVIII əsr və müasir İrland tarixçiləri qeyd edirdilər - «Biz Aser torpağının davamçıları və nəsliyik.»
İrlandiya və Şotlandiya arasında kiçik "Azer" adasının olması bu faktı təsdiqləyən faktdır.
Skandinav adasının ən qədim adı Tula-dır. Qədim türk sözü olan Tulanın izahın müxtəlif cür yozmaq olar. Bunu Skandinaviyanın xəritədə olan görünüşü ilə də və yaxud başqa bir anlayışla oxşadan fikirlər qeyd olunur. Hər halda bu nəzəriyyəni Skandinav alimlərinin kəşf etdiyi kimyəvi elementlər cədvəlində 69-cü yeri tuton tulium (tm) elementində də görmək olar. Bütün bunlar təsadüf deyil. Bir faktı da dastanlarda qeyd edilən fikirlə «Aser Odin Qunqnır nizəsin tutub Sleypnir atında dünyanı səyahətə çıxaraq insanlara nəzarət edir» əsaslandırmaq olar. Adı çəkilən Qunqnır nizəsi hun tayfalarının malik olduqları nizə ilə oxşarlığı da təsadüf deyil. İsveçdə Avesta şəhərinin olması da hər halda təsadüf ola bilməz. Kon - Tiki insanı «Qədim Skandinav tarixi» məqaləsində qeyd edir.
«Biz Danimarka, İsveç və Norveçin kral ailələri xətti ilə tarixi öyrənirik, Biz bunu bu cürə götürməklə hesab edirdik ki, bu mifologiyadır, xəyali təsəvvürləridir. Lakin zamanlı biz bunların həqiqət olduğun tədqiqatlar zamanı görə bilərik. Mən uşaqlıqdan xatırlayıram ki, bizim mifalogiya Odin adlı allahdan başlanğıc götürür. Odindən isə 31 nəsil sonrası lazımdır ki, ilk tarixi kral barədə mənbəyə çataq. Odin barədə məlumatda qeyd olunur ki, o şimali Avropaya Aser adlanan torpaqlardan gəlib və bunlar isə mifalogiya deyil. Bu faktiki tarix və coğrafiyadır.»
Tur Heyerdal məhşur tarixçi Heredotun qədim azərbaycanlıların istifadə etdikləri qatlanan gəmilərdən yazdığını və onun da aserlərin vətəninin olmasını qeyd etdiyini bildirib. Aserlərin ərazilərinin olduqca böyük idi və burada təbiət çox gözəl idi. Odinin nəvə-nəticələrinin sitayiş etdiyi dini yerlilər və tarixçilər Odino adlandırıblar. Bu faktı görkəmli türkoloq Murad Acının «Qıpcaq çölünün yovşanı» kitabında da qeyd edilir. Murad Acı rusları İsveç mənşəli varyaqlar adlandırır. Acıya görə yunanlar, romanlılar, qıpcaqlar, farslar və bütün dünya IX-XII əsrlərdə rus sözünü eyni mənada başa düşürdülər. Bu sözlə Rusiyada varyaqlar - adı ilə məhşur olan xalqı tanıyırdılar. O vaxtın tarixi sənədlərində belə yazıldığını araşdıran Acı Skandinavların dəniz cəngavərləri kimi dünya da tanıdığın göstərərək onların çaylardan magistral yol kimi istifadə edərək digər ərazilərdə məskunlaşdıqların qeyd edir.
Rus kimi tanınan varyaqların Odino deyilən dini inam sahibi olması barədə vurğulayan Murad Acı onların slavyanlarla heç bir bağlılığı olmadığını yazır. Buradan isə məntiqi nəticəyə gəlmək çətin deyil. Skandinavların ulu babalarının azərbaycanlıların olması faktını təsdiq edən sənədlər və məlumatlar odinin varlığı, odino dini varyaqların skandinav mənşəli olması faktının təsdiqlənməsi indi özlərini rus adlandıran xalqın əsl kökünü ortaya çıxarır.
Rusların və skandinavların antropoloji oxşarlığı da tarix boyu rus imperatorlarının skandinavlar ilə qohumluluq əlaqələri qurmaq istiqamətində apardıqları siyasət, elmi faktları təsdiqləməklə azərbaycanlıların skandinavlarla yanaşı, rus adlanan varyaqların ulu babaları olması barədə ehtimal yaradır. İngilis tarixçisi Devil Uilson Skandinaviyanın sakinləri olan vikinqlər barəsində tədqiqatlarında qeyd edir.
«Vikinqlər çaylar və dəniz vasitəsilə Skandinaviyaya gəliblər. Şərq və Qərb arasında ticari və mədəniyyət münasibətlərinin əlaqələndiricisi olublar. Böyük İpək yolu üzərində yerləşən Vikinqlərin qədim əcdadları Çin, Polşa, Rusiya və İran arasında yerləşən dəniz vasitəsilə mərkəsi Asiyaya çıxış yolu açıblar. Vikinqlər böyük dənizçilər idilər. Onların hesabında bir çox dəniz qəhrəmanlıqları var. Vikinqlərin Skandinaviya gəlməsindən öncə təbiətə malik əraziləri və inkişaf etmiş mədəniyyətləri var idi».
Tur Heyerdal Uilsonun fikirlərini davam etdirərək, Vikinqlərin qeyd olunan vətənlərinin Qafqazdan, əsasən Azərbaycan olduğunu təsdiqləmişdir.
İslandiya, İrlandiya, İsveç, Norveç, Danimarka və Böyük Britaniyada Azərbaycan mənşəli abidələrin şəhər və kəndlərin olması faktını təsdiqləyən Tur Heyerdal azərbaycanlıların qədim zamanlarda Çində, indiki Uyğurstanda yaşayan xalqların formalaşmasında və inkişafında da rol oynamasını qeyd edir. «Azerbaijan international» jurnalında dərc olunan «Acestrytracing roots to Azerbaijan» - məqaləsində səyyah yazır.
«Biz kommunist Çini ilə əlaqələr qurduğumuz illərdə, çinlilər çox təəccüblü bir arxeoloji qazıntı aşkar etmişlər. Çinin mərkəz hissəsində Kərim səhrasında ağbəniz saçlı mumiya tapmışlar və mumiya duzlu ərazidə soyuq hava kütləsinin sayəsində öz görkəmini saxlamışdır. Maraqlı fakt idi ki, mumiya monqoloid tipli deyil idi. Çin arxeoloqları mumiyanı tədqiq edəndə təəcüblə onun çinli deyil, vikinq olması ehtimalını irəli sürüblər.»
Bu məndə heç bir ciddi fikir yaratmadı. Axı vikinqlər uzaq Çinə necə gəlib çıxa bilərdilər. Ancaq çinlilərin e.ə. 1,800-1,500 il tarixə mumiyanın malik olmasın bildirəndə məlum oldu ki, bu vikinq deyilmiş.Tarixi rəqəmlər isə Qafqazı yenə diqqət mərkəzinə çıxarır.
Bu isə tarixin sonu deyil. Bu mumiyaların geyiminin parça tipi Amerika və Çin ekspertləri tərəfindən İrland keltləri ilə oxşar olduğun bildirirlər. Lakin bu da heç bir məntiqə uyğun gəlimirdi. Biz irlandiyaya müraciət etdik və bizə yazılı saqa göndərdilər. Yazılı saqada inlandların babalarının aser torpaqlarından olmasın təsdiqləməsi Qafqazın əsasən Azərbaycanın dünya mərkəzi olmasını sübut edir. Əlimizdə olan sənədlər faktlar bunun bariz nümunəsidir».
Son zamanların elmi tədqiqatlarında müzakirə obyektinə çevrilən şumerlərin böyük svilizasiya malik olması qeyd edilir. Tarixdə türk xalqları kimi adlandırılan şumerlərin Azərbaycan ərazisində yaşamaları barədə fikirlər söylənməkdədir. Şumerlərin azərbaycan türkləri olması fikri də səslənməsi bu istiqamətdə yeni tədqiqat işləri üçün zəmin yaradıb.
İslam xristian və yəhudilik dinində böyük peyğəmbər olan İbrahim peyğəmbərin Ur şəhərində anadan olması və onun atasının adının Azər (Aser) olması barədə Kramer və Heyerdal kimi alimlərin araşdırmalarında qeyd olunur ki, Azər oğlu İbrahim e.ə II minillikdə Şumer şəhəri olan Urdan ailəsi ilə birgə çıxaraq Aralıq dəniz ətrafına yola düşürlər.
Tarixçi Nazim Rizvanın tədqiqatlarına görə azərbaycanlıların Mərakeş, Mavritaniya ilə yanaşı bəzi Afrika xalqlarının formalaşmasında rolu olub. Müəllif Roma tarixçisi Hay Sallyusti Kripsin təxminən 2040 il əvvəl qələmə aldığı «Yuqurta müharibəsi» əsərinə istinadək yazır.
«Pun mənbələrinə əsaslanan Krips bizə çox qiymətli iki məlumat verir. Əvvəla, Pun çarı II Giyempaslın yazdığına görə yunanların əfsanəfi döyüşçüsü və yarım allahı Herkules qoşunlarında azərbaycanlılarda olub.»
Qədim dövrlərdə azərbaycanlıların yayılma coğrafiyanın Afrika, Avropa və Asiyanın müxtəlif bölgələri ilə məhdudlaşmamasında qeyd etmək lazımdır. Amerika qitəsi və Okeaniya adaları azərbaycanlılar tərəfindən kəşf olunmuş və burada svilizasiyalı inkişaf da mühüm rol oynayıblar. Bu barədə yenə Tur Heyerdalın tədqiqatlarına müraciət etməli olacağıq. Tur Heyerdala görə Amerika Avropalıların iddiasına görə ilk dəfə 1497-ci ildə Xristafor Kolumb tərəfindən kəşf olunanda artıq burada yerli əhali ovçuluqla məşğul olur, balıq tutur, müəyyən adət-ənənələrə malik idilər.
Bu istiqamətdə Tur Heyerdalın qiymətli tədqiqat işləri var. Uzun müddət Cənubi Amerikada, Polneziyada tədqiqatlar aparan Tur Heyerdalın yazılarını oxuduqca olduqca maraqlı faktlar ortaya çıxır.
Meksika və Peruda astek, maya, ink kimi böyük qüdrətli hindu tayfalarını (Amerika qitəsinin sakinlərinin hindu adlandırılması ilk dəfə Xristafor Kolumbun adı ilə bağlayırlar. Hindistana dəniz yolu ilə yol atxaran kalumb yeni dünyaya ayaq basanda buranın Hindistan olduğun zənn etmiş və yerli sakinləri hindli, hindu adlandırmışdır) adət-ənənələrini yaşam tərzini tədqiq edər Heyerdal buranın sakinlərinin kökünü Avrasiyada yaşayan hun, şumer, assuriya, almenlərlə bağlayırdı. Lakin Azərbaycana gəldikdən sonra ölkəmizin tarixi abidələri milli ənənələrimiz və qədim inanclarımızla yaxından tanış olduqdan sonra Azərbaycanın qədim sakinlərinin bu ərazilərə gedib çıxması fikrinə gəlmişdir. Adları sadalanan tayfaların inancları ənənələri mətbəxi musiqisi ilə azərbaycanın qədim sakinlərinin arasında oxşarlıq tapan Heyerdal bunu elmi faktlarla sübut edib. Heyerdalın fikrinə qüvvət olaraq Peru Meksikanı kəşf edən Pissaro və Kortes kimi şəxsiyyətlərin onlar barədə «buranın yerli əhalisi döyüşkən, günəşə sitayiş edən odpərəst cəsur insanlardır» sözlərini qeyd etmək olar.
Maya tayfaları barəsində Heyerdalın əsərlərində Kukul-Kan adlı şəxsin adın çəkir. Maya tayfalarının allah hesab etdikləri Kukul-Kan qatlanan qayıqlarda bu ərazilərə gəlməsi barədə tarixi məlumatlar var.
Kan, Xan, Kaan, Qan sözləri Azərbaycan sözündəki can, Atropatakan sözündəki kan kanponentinin təkamülü nəticəsində yaranmış və yüksək hörmətli şöhrətli şöhrət sahibi mənasındadır. Bu nəzəriyyədən yanaşsaq Maya tayfalarının allahı hesab olunan Kukul-Kanın yol-yoldaşldarından Nopaliya adı ilə yanaşı tula it cinsinin adı da çəkilir.
Bununla yanaşı Maya, İnk, Astek, Skandinav, Polneziya, Avropa, Asiya və Amerika tarixi sənəd və məlumatlarında Azərbaycan türklərinin antropoloji görkəmi və geyimi barəsində fikirlərə rast gəlinir. Hündürboylu, ağ üzlü, qara saqal, möhkəm ayaqlı, uzun xalatlı təsvir olunan Azərbaycan türkləri barəsində Strobonun "Coğrafiya" kitabında, Romalı Qoy Plini Sekundi böyük Plinin əsərində də məlumat verilir. Onlar Azərbaycan türklərinin ala gözlü, hündür boylu, gözəl üzlü, qara saqalı, sarışın olmasını bildirirlər. Bütün tarixi mənbələrdə eyni fiziki görünüş verilir.
Bu keyfiyyətlərə malik olan Kukul-Kan (xan) Maya tayfalarına ox atmağı, qayıq düzəltməyi, ev tikməyi, yazı yazmağı, şəkil çəkməyi öyrətmişdir. Maya şəhərinin əsası qoyan Kukul-Kan (xan) zamanında mayalar sakit və rahat yaşayır, qanunu pozmur və mədəniyyətlərin inkişaf etdirirdilər. Kukul-Kan (xan) ondan əvvəl okeanın o tayından qatlama qayıqla gələn İsamanu və onun yoldaşları ilə eyni xalqa mənsubdur. İlk dəfə olaraq İsamanu və dostları maya svilizasiyanın inkişaf etməsi və yaranmasının təməlin qoymuşdlur. Maya əlifbasını və mədəniyyətini yaradan İsamanu və onun ardıcılı Kukul Kan (xan) işlərini sona çatdırdıqdan sonra qatlama qayıqlarına oturaraq başqa ərazilərə gediblər.
Meksikanın Tabako və Çiapasa meşələrində yaşayan tayfaların mifologiyası da olduqdca maraqlıdır. Burada Yolum-Uotan -Votan kimi adlandırılan, vətəni Şərq olan peyğəmbər Votan barədə məlumatlar var. Bu ərazidəki əhalinin bərabər həyatına son qoyan Votan oda sitayiş edir, daş və qaya üzərində gözəl rəsm çəkirdi. Votan yerlilərə ov etməyi balıq tutmağı, heroqliflə yazmağı, ov qabağı ovlanacaq heyvanların rəsmlərini çəkməyi, xüsusi rəqs oynamağı öyrətmişdir. Burada tapılan məbəd, daş, qaya üzərindəki ov səhnələri, Qobustan qayaüstü rəsmlərlə oxşardır, desək yanılmarıq.
Qvatamella, Peru, Meksika, Salvador, Braziliya mifologiyasında bu cür faktlarla yanaşı türk sözlərinə də rast gəlmək olar. İlk zamanlar ərəb-semit mədəniyyəti kimi qəbul edilən abidələr, rəsmlər sonradan məşhur alimlər tərəfindən Qafqaz xalqlarına, əsasən də azərbaycanlılara məxsus olmasını bildiriblər. Azərbaycanda tapılan, ox, yay, dəmir silah, saxsı qab, musiqi alətləri daş abidələr, rəsmlərin Meksika və digər Cənubi Amerika ölkələrində tapılan qədim tapıntılarla eyni olduğunu qeyd edən Tur Heyerdal Mərakeş və Polneziyada da oxşar tapıntıların olmasını bildirir. Bu dövlətlərə səfər edən Heyerdal Malaylar və Polneziyaların inkişafında, svilizasiyalarının yaranmasında azərbaycanlıların rolunu xüsusilə vurğulayır.
Polneziya və malay xalqlarının etnik mənsubiyyətini, ənənələrini və antropoloji görünüşünü tədqiq edən Heyerdal bu xalqların əcdadlarının Qafqazdan gəldiyini qeyd edir. Polneziya və malayalılar üzümdən şərab almasını, milli xörəklərini və musiqilərini əsas götürən Heyerdal fikrini bununla əsaslandırır. Polneziyalarının əcdadlarının Azərbaycanın qədim sakinləri olmasını fiziki və antriopoloji görünüşdə olmasıyla əsaslandıran Heyerdal boyu 180-dən uca, saqqalı, ala gözlü azərbaycanlıların Amerikanın Şimal-Qərb, Yeni Zellandiya, Okeaniya və Havayda Menxun və ya Manaxan adlandırıldığını qeyd edir.
"Yeni fikir" qəzetində dərc olunan, Amerikanın yerli sakinləri olan hinduların nümayəndəsi, Nyu-Yorklu Cek Rassinqin Bakıya göndərdiyi məktub maraq doğurur. Öz tayfası mohavaklar barəsində söz açan Con Rassinq məktubda qeyd edir:
"Mənim tayfam olan mohavaklar barədə mövcud rəvayətlərə əsaslanaraq bildirmək isərdim ki, tayfamızın mənşəyi "Yer kürəsinin o biri tərəfindən" gəlmədir. Antropoloji dəlillərə əsaslanaraq ehtimal etmək olar ki, biz bura əlli min əvvəl Azərbaycandan Berinq boğazı yanından köçüb gəlmişik, onlar Xəzər sahillərindən köçə başlayaraq Sibir, Qazaxstan və Özbəkistan ərazilərindən keçərək indiki ərazilərdə məskunlaşıblar. İndi də bizdə Azərbaycan xalqının adətləri və sözləri ilə oxşarlıqlar qalmaqdadır və bizim aramızda müəyyən etnik uyğunluq var". Bu fikrin davamı olaraq Nazım Rizvan tədqiqat əsərində yazır:
«Hindu hüquqşünasının dediklərinə dəstək olaraq Cənubi Amerikada And dağ silsiləsini, Ataqam səhrasını, Oqayo ştatındakı Sevil şəhərin, İlliyanis ştatında, Onarqa (on arxa), Kanada da Manitoba gölü və Alyaskada Qaltaq şəhərini və başqa yer adlarını, hindu tayfalarının adların adət ənənələrin, mifalogiyasını misal göstərmək olar. Məgər Qədim Astek mədəniyyəti Az-tək-dən, xəbər vermirmi?»
Filologiya elmləri doktoru professor Qara Namazovun da bu nəzəriyyə ətrafında tədqiqatları olduqca maraqlıdır. Professorun "Yeni fikir" qəzetində dərc olunan məqaləsində deyilən odlu torpaq adlarında yaşayan bir tayfa 24 qəbildən ibarətdir. Dilləri türk dilinə uyğunluğu onlarla oğuzlar arasında yaxınlıq olması barədə fikir doğurur.
Azərbaycanlıların Amerika qitəsində qədim tarixi barəsində zəngin məlumat, tanınmış ədib, məhşur jurnalist Əlibəy Hüseynzadənin 1905-ci il "Həyat" qəzetinni 129-cu sayında nəşr olunan "Kristof Kolumbu, yoxsa türklərmi?" məqaləsidir:
«Məlumdur ki, Amerikanın kəşfi tərəfi Kristof Kolumba aiddir. Bir neçə millət vardır ki, bu tərəfə iştirak iddiasında bulunuyorlar, İtaliyanlar bilxassə Cenevrə şəhəri xalqı duyorlar ki, Kalumb bizlərdən olduğu üçün, bizim şəhərimizdə təvəllüd etdiyi üçün tərəf bizimkidir, ispaniyalılar duyorlar ki, xayır! Kalumba gəmiləri biz verən olduğumuz üçün o tərəfə kimsənin haqqı olmaz. Osmanlı türkləri diyorlar ki, biz İstanbulu fəth etməsə idik, avropalılar Hindistana ayrı yollar arayıb Amerika kəşfilə müvəffəq olamaz idilər. Skandinovaya xalqı isə diyor ki, Kalumbda çox əvvəl biz İspaniyada vəzifəsindən Amerikanın Şimal cəhətlərinə getmiş idik. Ancaq bu hadisə bixəbərə yaddan çıxdı. Lakin axirən fransızca, "Fiqaro" qəzetinin verdiyi xəbərə baxılır isə türklərin Kalumbdan öncə Amerikaya getmiş olduqları anlaşılıyor.
Bu qəzetdə oxunduğuna görə "Amerika Cümhuriyyətindən olan Meksikanın üləmi-lissaniyyuni Meksikanın vəsatətlərindən bəzi qəbilələri və əşirətlərin türkcə danışılıb söylədiklərini kəşf edib fövqəladə düçari heyrət olmuşlardır. Bunun üzərində üləmayi-münşileyhəm, ticarət qəsdilə Meksika şəhərində iqamət etməkdə olan bir istambullu ruma müraciət edərək məsələyi həll etmək üçün özləri ilə bərabər türkcə danışan qəbilələrin xristian dininə getməsini təklif etmişlər. Rum taciri dəxi təklifi qəbul edib falları üləmanın rəfaqətində ixtiyari qədər etmiş və qəbilə əfradi tərəfindən sözləri söyləmək tamamilə türkcəyə müşabe olduğunu müşahidə eyləmiş və bi az qəbilənin şivəsilə təkallümə başlayıb Kəmalisüh ulətə təatnü-əfkar söyləmişlər". Bu hadisəyə Meksikalar nəhayət məktəbə heyrət ediyorlar.
"Türklər kimdir və kimlərldən ibarətdir" ünvanı məqaləmizdə zikr olunduğu vəchlə, Baykal civarında orxun şəhri kənarlarında tukyu, yaxud türk-oğuz türklərinə dair fövqəladə kəşfiyyat mühümmədə bulunan Peterburq və Helsinq-fars türkoloqlarının heyət elmiyyələrinin Meksikaya dəxi bərayi şəhəriyati-Ciddiyyə adamlar göndərəcəklərii ümid ediyoruz. İstambulda hənuz böylə şeylərin qədrini biləcən dərəcədə hazırlıq yoxdur!...»
Çox böyük əhəmiyyəti olan bu məqalə Amerika qitəsilə azərbaycanlıların qədim bağlılığını sübut edir. Nazim Rizvan Peterburqlu alim Boris Lukinin "Kuba xalq poeziyası mədəniyyətinin qaynaqları" kitabını araşdıraraq qeyd edir ki, orta əsrlər Kuba aşıqlarının antroloji qurluşları, qopuzları, geyimləri, gənc aşığın belindəki xəncər, başlarındakı çalma və papaq onların türk soy-köklü aşkarlayır. Kuba aşıqları orta əsrlərdə "huqlar" adlandırılırdı. Onlar milli ədəbiyyatdan qidalanaraq xalq maarif və informasiyasında görkəmli rol oynamışlar. Xalq şairləri və musiqiçiləri öz biliklərini şagirdə ötürmüşlər. Çili müğənniləri və Braziliyanın el şairləri Azərbaycan aşıqları kimi sənət birliklərinə ehtiyac baxımından öz qurultaylarını çağırırlar. Peşəkar xalq müğənnilərdən bir çox salnaməçi şair və təbliğatçı şair kimi fəaliyyət göstərərək vətənlərinin istiqlalı uğrunda mübarizələrdə iştirak edirlər".
Bundan əlavə Afrika və Asiya, Avropa qitəsində də azərbaycanlı nəfəsi izi görünməkdədir. Bu istiqamətdə isə ilk işlər Azərbaycanın arxeoloji qazıntıları, ərazilərini tədqiq etməklə başlanmalıdır. Xüsusilə Ordubad rayon ərazisindəki Gəmi qaya adlı dağlıq zonada və Qobustan qayalarında aşkarlanan qayaüstü rəsmlər, qədim əşyalar, alətlərini demək olar ki, dünyada tayı-bərabəri yoxdur. Azərbaycan mühacirətinin, mədəniyyətinin qədim köklərini araşdırmaq baxımından misilsiz əhəmiyyət daşıyan Gəmiqaya, Qobustan və digər arxeoloji mərkəzlərimiz Azərbaycanın qədim və zəngin tarixində xəbər verir. Azərbaycan tarixi ciddi tədqiqat işlərinə ehtiyac var. Çünki Avropa, Asiya, Afrika, Amerika və Okeanıya kimi qitələrdə Azərbaycan tarixilə bağlılığı ehtimal olan faktlar bu gün də qalmaqdadır. XIX əsrin əvvəllərində Azərbaycan tarixini tədqiq edən Rəşid bəy İsmayıl oğlu yazırdı:
«Asiyadan Avropaya vaqe olmuş olan mühacirlərin cərəyanları başlıca Qafqazdan, dəxi Azərbaycandan mühür eyləşmiş olması Azərbaycan irqinin Rusiya və Avropa irqi ilə dəxi münasibətlərdədirlər".
Bütün yuxarıda deyilən sözlərini çox hissəsi elmi əsaslarla isbat olunmuşdur. Azərbaycanlıların bütün qitələrə səpələnməsi tarixi proseslərin bir və başlıca qoludur. Azərbaycanlıların mühacirət tarixinin başlanğıcı hələlik tam dürüstləşməyib. Tez-tez bu istiqamətdə aparılan işlərin müsbət nəticəsin mediada nəşr olunan məqalələrdə görmək olar. 1994-cü ildə "Səhər" qəzetində nəşr olunan bir məqalə maraq doğurmaya bilməz. Məqalədə qeyd edilir: «Qədim Azərbaycan ərazisindən Yunanıstana gedən ilk filosof Anaxarsis olub. O eramızdan əvvəl 539-cu ildə Afina şəhərindəki akademiyada dərs deyirmiş. Yunanlar dünyanın 7 məşhur filosofu arasında Anaxarisi birinci hesab ediblər". Bu məşhur filosof Azərbaycan mühacirətinin nümayəndəsi kimi tarixə düşüb».
Bütün deyilənlər, yazılanlar, faktlar Azərbaycan mühacirət tarixinin qədimliyinin bariz nümunəsidir.

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:59099
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1897 san