06:37 05 mart 2013
2510 dəfə oxunub
Çap versiyası
Şahlar Əsgərov
Professor, Əməkdar Elm Xadimi

   Ali təhsil prosessində həm subyekt (müəllim), həm də obyekt (tələbə) insandır. Bu prosessdə obyekt və subyekt arasında intellektual səviyyələrin nisbəti nə qədər çox olarsa, ali məktəb ideala bir o qədər yaxın olar. Bu şərti qorumaq üçün Qərbdə professor vəzifəsinə fövqalədə önəm verilir və mühazirə oxumaq ancaq və ancaq ona etibar edilir. Üstəlik, bir qayda olaraq professor tədqiqatçı və ya elmi məktəbi olan alim olmalıdır ki, bir tərəfdən dərin mühazirə oxusun, digər tərəfdən yuxarı kurs tələbələrini elmə cəlb edə bilsin. Belə olan halda talantlı tələbələr həyatda "itməzlər", əksinə alimin ardınca elmə gedərlər. 

Professorun elmi potensialından maksimum istifadə etmək üçün onun mühazirələrini 100-200 nəfərlik geniş auditoriyada təşkil etmək lazımdır. Bu böyük qüsurdur ki, bəzən bizim professorlar 15-20 nəfərə dərs deyir. Hər halda adlı-sanlı professorun mühazirələrindən 15-20 nəfər tələbə yox, 100-200 nəfər tələbə bəhrələnməlidir. Bu həm iqtisadi cəhətdən, həm də məntiqi baxımdan əhəmiyyətlidir. Universitetlərin reytinqini müəyyən edən mərkəzlər bu parametrə xüsusi diqqət verirlər. Deməli, ali məktəblərin sayı və ya ali təhsillə əhatə əmsalı ölkədəki professorların sayına bağlanmalıdır.
Yeri gəlmişkən qeyd edim ki, ümumiyyətlə ölkəmizdə elmi rütbə və vəzifələrdə bir dolaşıqlıq var. Bunun səbəbi Sovet keçmişimizlə bağlıdır. Sovet dönəmində iki elmi rütbədən istifadə edilirdi: elmlər namizədi və elmlər doktoru. Hesab edirəm ki, dolaşıqlığın səbəbi də budur. Çünki ikinci rütbəyə ehtiyac yoxdur. Alim alimdir. Alimin böyüyü və kiçiyi olmaz. İki pilləlik alim adını hörmətdən salır və ona ictimai-siyasi diqqəti azaldır. Alimlərin bəziləri öz intellektual səviyyəsinə, əməksevərliyinə, elmi məktəb yaratmağına görə fərqlənirlər. Adətən Qərbdə belə alimləri universitet rəhbərliyi professor vəzifəsinə dəvət edir və onlara (ancaq onlara) böyük auditoriyalarda mühazirə oxumaq etibar edilir.
ABŞ-da professorun ictimai statusu Qərb ölkələrindəkindən də yüksəkdir. Bəzən universitet professoru ali dövləti vəzifəyə dəvət edilir və ya əksinə, ölkəni idarə edən şəxs vaxt çatanda universitetlərə professor vəzifəsinə gedir.
Millətin professor korpusu onun düşünən beyni və görən gözüdür. Hər bir professor unikal zəka sahibidir. Professorun biliyi, dünyagörüşü ona imkan verir ki, keyfiyyətli mühazirə oxumaqla bərabər, həm də yeri gələndə milli mənafe ilə bağlı düz qərarların qəbulunda iştirak edə bilsin.
Bu adətin mənasını bilmədiyimizdən həmin nalı çox vaxt biz də tərsinə, üzüaşağı vururuq. Cünki formanı götürürük, amma məzmuna fikir vermirik. Bu fikir çox yerdə, həm də universitet professoru vəzifəsində də görünür.
Ali məktəb müəllimi tələbədən bir neçə dəfə yox, 100 dəfələrlə çox biləndə ona mühazirə deməyi etibar etmək olar. Belə olan halda bilik öyrədəndən öyrənənə tərəf axa bilər, gənclər elmin cətin və sehirli yolları ilə tanış ola bilərlər. Amerikada Nobel mükafatçılarının universitetlərə cəlb edilməsinin hikməti də bundadır. Bu nisbət 30-50 arasında olanda təhsil müəssisəsini texnikum, kollec adlandırmaq olar. Bu nisbət 10 olanda belə təhsil müəssisəsini texniki-peşə məktəbi saymaq olar. Bu şərtlər qorunmazsa, onda istənilən texniki-peşə məktəbini də universitet adlandırmaq olar. Bu şərti qoruya bilmədiyimiz üçün biz dünyanın birinci 5000 unversitetləri sırasında yer ala bilmirik. Bu işdə qüsurumuz böyükdür. Universitetləri formaca yaradırıq, məzmununu düz qura bilmirik.
Haşiyə:

Yaşı 50 ildən çox olan universitetlər üçün Qərb universitetlərinin magistr pilləsini qutaranlara universitetləri¬mizdə mühazirə oxumaq hüququ vermək bağışlanılmaz səhvdir. K.Yaspers bunu nəzərdə tutaraq yuxarıdakı fikri soyləmişdir.
İndiki dövrdə Təhsil Nazirliyinə tabe olan ali məktəblərin sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır, amma bu şərtlə ki, professor vəzifəsi beynəlxalq standartlara cavab versin. Bir neçə dəfə söylədiyim bir fikri təkrarlamaq istəyirəm: "ali məktəblər giriş qapılarını geniş açmalı, çıxış qapılarını isə daraltma-lıdırlar". Əgər gənclərin ali təhsillə əhatə əmsalı 50 % olarsa (Monqolustan səviyyəsi), onda bizim tələbələrin sayı 350 mindən çox olmalıdır. Gələcək illər üçün ali təhsillə əhatə əmsalı ilə bağlı hədəfimizin 50 % olması qaçılmaz arzumdur.
Hər il ölkəmizdə orta məktəbi 130 minə qədər gənc bitirir. Əgər bunların 50% ali məktəblərdə təhsil alsalar, onda tələbələrimizin ildə sayı 65 min nəfər olar. Hər il bu qədər gəncə təhsil verə bilən ali təhsil sistemi qurulmalıdır. Bu işin uğuru istəkdən, puldan asılı deyi, professorların sayından asılıdır. Çünki ali məktəbdə mühazirələri professorlar, məşgələ və seminarları isə sahələr üzrə fəlsəfə doktorları aparmalıdırlar. Bu şərtlər ödənilməyəndə universitet kollec səviyyəsinə enir.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Çağdaş dövrümüzdə çox talantlı ifaçılara (sənətçilərə) professor adı verirlər. Belə insanlara hörmət və ehtiramla yanaşaraq qeyd etmək istəyirəm ki, onlara elmi ad və vəzifə vermək məntiqi baxımdan düzgün deyildir. Misal üçün, "Sona bülbüllər"i rəhmətlik Qədir Rüstəmovdan yaxşı oxuyana professor adı vermək olarmı? -sualına mənim cavabım belədir: Qətiyyən yox! İfaçının bu əməyi elmi müstəvidə yox, mədəniyyət müstəvisi üzərində daha yüksək qiymətləndirilməlidir.
Elmi adlar, vəzifələr tədqiqatın, araşdırmanın nəticələrinə görə verilməlidir. Daha doğrusu elmi ad qazanılmalıdır, verilməməlidir. Təhsildə, elmdə, professor vəzifəsi beynəlxalq etalondur. Professorun "donquli" və ya "çin variantı" olmamalıdır. Onlar hər yerdə (Moskvada, Ankarada, Londonda və s.) eyni hörmətlə qarşılanmalıdır. Professor rüşvət almamalıdır ki, əli təmiz olsun, öpülə bilsin. Cəmiyyətdə professor elm-təhsil sahələrindən başqa, həm də mənəvi sahəni təmsil etdiyi üçün gənc nəsil üşün örnək olmalıdır.


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:77187
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1194 san