12:25 07 aprel 2013
3881 dəfə oxunub
Çap versiyası
Hakim İsakov
Tarix üzrə fəlsəfə doktoru

        Avropa və Asiya qitələri arasında iqtisadi-ticarət və mədəni əlaqələrin təmin olunmasında mühüm rol oynamış  «Qədim İpək yolu»  türk xalqlarının da  iqtisadi, siyasi və mədəni inkişafına böyük təsir göstərmiş və bu gün  də bu əlaqələr TRASEKA proqramı çərçivəsində genişlənməkdədir.

    "Qədim İpək yolu" nun nəinki  fəaliyyətində, hətta onun yaranmasında türklərin mühüm rolu olmuşdur. EA-nın müxbir üzvü, prof.  Y. Mahmudov "Səyyahlar, kəşflər Azərbaycan"adlı əsərində "Böyük ipək yolu"nun yaranması  barədə yazırdı ki , "E.ə. II əsrdə Çin diplomatı və səyyahı Çjan Syan Qanfu adlı hunun köməyi ilə Orta Asiyaya səyahət etmiş, bundan sonra Aralıq  dənizi və Qara dəniz sahilləri ilə Çin arasında "Böyük  ipək yolu" adlı karvan yolu açılmışdır".

    Tarixi tədqiqatlar «Qədim İpək yolu» nun e.ə əvvəl II əsrdə Şərqi Çin dənizi sahillərindən, Sinan şəhərindən başlayıb Lançjoudan Duxan şəhərinə qədər uzandığını göstərir. Burada yol 2 hissəyə ayrılır. Şimal yolu Turfandan keçib Pamir dağları vasitəsilə  Fərqanəyə, oradan Qazaxıstan çöllərinə, Həştərxana, Dərbəndə, Şamaxıya, Gəncəyə, Batuma, İstanbula, Balkan yarımadasına, Avropanın  mərkəzinə gedib çatırdı. Onun bir qolu isə Şimali Qafqazdan, Krım yarımadasından keçib Balkan yarımadasına doğru uzanırdı. Cənub yolu isə Lobior gölünün yanından Təkla-Məkan səhrasının cənub qurtaracağından keçib Yarkəndə, Kaşqara, Fərqanəyə, Səmərqəndə,Buxaraya, Xarəzmə getmişdir. Bu yolun bir qolu  İrana, oradan Hindistana, digər qolu Kopetdağın şimal ətəyi ilə Xəzər dənizinin cənubundan Azərbaycana daxil olmuşdur. İpək yolu» nun Azərbaycandan keçən hissəsi Təbriz, Ərdəbil, Gəncə, Bərdə, Beyləqan, Şamaxı, Naxçıvan, Şəki, Qəbələ şəhərindən keçirdi. Onu da qeyd etmək lazımdır ki, «İpək yolu» nun Gəncədən keçən hissəsi Göyçə-Naxçıvan, Təbriz-Naxçıvan-İstanbul istiqamətində iki qola ayrılırdı. Göründüyü kimi "Qədim İpək yolu" nun  keçdiyi  marşrutlar aydın göstərir ki, Türk xalqlarının "İpək yoluü" nun  fəaliyyətində mühüm rolu olmuşdur.  Türklər müəyyən dövrlərdə  bu yola nəzarət etmişlər.Belə ki, III-XV əsrlərdə yeni imperiyalar arasında "İpək yolu"na yiyələnmək uğrunda müharibələr getmiş, VI əsrin ortalarından Sakit okeandan Qara dənizə qədər ərazi Türk xaqanlığının, XI-XII əsrlərdə isə Səlcuq sultanlığının nəzarətində olmuşdur.Akad.B.Budaqov "Böyük ipək yolu"(Karvan yolu)" əsərində qeyd etmişdir ki," Böyük ipək yolu"nun Çin Türkistanı,Orta Asiya,Qazaxıstan,Qafqaz, Kiçik  Asiya,Şmali İran ərazisində ünsiyyət dili türk dili olmuş,Yakutlardan başqa türk xalqlarının hamısı "Böyük ipək yolu"unda fəal iştirak etmişlər.

        Qədim türk xalqlarının tarixini  tədqiq edən L.Qumilyov isə yazırdı ki "Turkyut eftalitləri Çin  hökmdarlarını darmadağın etdikdən sonra yalnız siyasi deyil, həm də iqtisadi qüdrətə nail oldular.Çünki bununla qərblə şərqi birləşdirən karvan yolu onların əlinə keçdi".

    Orta Asiya türklərinin o dövrkü həyatı haqqında tədqiqat aparmış akademik V.Bartold isə yazdı ki,  "Müsəlman mədəniyyətinin ticarət əlaqələri vasitəsilə dinc yolla yayılması türklərin taleyinə müsəlman silahının uğurlarından daha artıq təsir göstərmişdir".

       Türk dünyasının ayrılmaz hissəsini təşkil edən Azərbaycan da  "Qədim İpək yolu" nun fəaliyyətində  mühüm rol oynamışdı.  Qədim Çini, Mərkəzi Asiya və Hindistanı Aralıq dənizi və Qara dəniz sahillərindəki başlıca ticarət mərkəzləri ilə birləşdirən beynəlxalq karvan yollarının 2 əsas qolunun Azərbaycandan keçməsi və bu yolların  üzərində olan bir çox qədim şəhərlərimizin-Bərdə, Beyləqan, Naxçıvan,Şamaxı, Şəki, Qəbələ,Təbriz, Ərdəbil,Gəncənin iqtisadi  və  mədəni inkişafına müsbət təsir göstərirdi. Erkən orta əsrlərdə Azərbaycanın paytaxt şəhəri olan Bərdə «Böyük İpək yolu»nun üzərində dünyanın ən iri ticarət mərkəzlərindən birinə çevrilmişdir .Təsadüfi deyil ki, akad. V.V.Bartold Bərdəni Qafqazdakı bütün ticarət yollarının və  ərəblərin Azərbaycanda apardıqları ticarət əməliyyatlarının əsas qovşağı, şimalla olan tranzit ticarətinin mərkəzi adlandırırdı. Azərbaycanın Avropa  ölkələri ilə   ticarət əlaqələrinin   həyata       keçirilməsində Təbriz-Bursa-İstanbul karvan yolu da ən işlək yol idi. XIV-XV əsrlərdə Azərbaycanın Şərq-Qərb mədəni- iqtisadi  əlaqələrində çox mühüm imkanlara malik olmuş  karvan yolları Ağqoyunlu dövlətinin ərazisindən keçərək  bu dövlətin iqtisadi həyatında böyük əhəmiyyət kəsb etmişdir. "

"Böyük İpək yolu" Azərbaycanın, ümumiyyətlə bütün Türk dünyasının iqtisadi, siyasi və mədəni inkişaf tarixində silinməz izlər qoymuşdur. Təsadüfi deyil ki, 2002-ci ilin mayın 29-31-də Bakıda keçirilən"Böyük ipək yolu: Avrasiya mədəniyyətlərinin dialoqu" adlı beynəlxalq konfransda çıxış edən akademik Arif Mehdiyev bununla bağlı demişdir: "Böyük İpək yolu", bəşəriyyətin bu nadir hadisəsi Azərbaycanda tarixi prosesin və mədəniyyətin inkişafına böyük təsir göstərmişdir .

     XX əsrin sonlarında Sovetlər ittifaqının süqutu, sovetlər dövründə türk xalqlarının yaxınlaşmasına qoyulan qadağalar aradan götürülmüş, türk xalqlarının iqtisadi, elmi-mədəni və digər sahələrdə əlaqələri genişlənmişdir.Həmin əlaqələrin bir istiqamətini də TRASEKA proqramı çərçivəsində genişlənən nəqliyyat-iqtisadi, elmi-mədəni əlaqələr təşkil edir.

              Heydər Əliyevin Türk xalqlarının birliyini möhkəmləndirmək səyləri 1993-cü ildən başlayaraq keçirilən «Türk dövlətlərinin və toplumlarının dostluq, qardaşlıq qurultayları» ilə yanaşı TRASEKA proqramı çərçivəsində genişlənən inteqrasiya proseslərində də özünü göstərmişdir. "İpək yolu" çərçivəsində əməkdaşlıq türk dövlətlərinin iqtisadi, siyasi və mənəvi birliyinin möhkəmləndirilməsinə səbəb olmuşdur. Bu baxımdan türkdilli ölkələrin dövlət başçılarının sammitləri, xüsusilə 1998-ci il iyul ayının 9-da Qazaxıstanın Astana şəhərində və 2000-ci ilin aprelində Bakıda keçirilmiş Türk respublikaları dövlət başçılarının VI zirvə toplantısı diqqəti cəlb edir. Bu toplantılarda «İpək yolu»nun əhəmiyyəti xüsusi qeyd edilmiş və göstərilmişdir ki, "İpək yolu"  Türk xalqlarının ticarət-iqtisadi, mədəni-humanitar və siyasi-diplomatik baxımdan birləşdirir".Türkdilli ölkələrlə TRASEKA proqramı çərçivəsində genişlənən iqtisadi əlaqələri bu proqrama qoşulmuş türkdilli ölkələrlə aparılan iqtisadi əlaqələrin dinamikası da sübut edir. Belə ki, təkcə 2002-ci ildə Türkiyə ilə 156218,7 min dollarlıq idxal, 83396,5 min dollarlıq ixrac, Qazaxıstanla 1410,2 min dollarlıq idxal, 3830,3 min dollarlıq ixrac, Türkmənistanla 119778,4 min dollarlıq idxal,8667,1 min dollarlıq ixrac, Qırğızıstanla 678,6 min dollarlıq idxal, 1102,2 min dollarlıq ixrac əməliyyatları aparılmışdır. 2007-ci ilin noyabr ayının 17-20-də Bakıda keçirilmiş türk dövlətləri və təşkilatlarının XI dostluq və qardaşlıq qurultayı bu əlaqələrin uğurla davam etdiyini bir daha sübut etmişdir.

       "İpək yolu" üzərində daşımaların və ticarətin asanlaşdırılması istiqamətində işlərin aparılması üçün Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyi 2008-ci ildə  təşəbbüs irəli sürmüş, bununla əlaqədar olaraq, "Tarixi İpək yolu" üzərində yerləşən ölkələrin gömrük xidmətlərinin, eləcə də yerli və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə bir-birinin ardınca  Türkiyədə olmaqla, Azərbaycan, İran və Gürcüstanda forumlar təşkil edilmişdir. Forumların təşkilində əsas məqsəd Avropa və Çin arasında, o cümlədən, bu iki ölkə arasında daxili ticarət və nəqliyyat imkanlarını inkişaf etdirərək "Tarixi İpək yolu"nu bərpa etmək,  bu marşrut üzərində yerləşən ölkələrin gömrük sərhəd-keçid məntəqələrində hərəkətin asanlaşdırılmasıdır.

TRASEKA proqramı çərçivəsində Türk xalqları ilə elmi əlaqələr də genişlənmişdir.2008-ci ildə Bakıda " VIII Dünyası  iqtisadiyyat, elm, mədəniyyət forumunun "İpək yolu XXİ  əsrdə"adlı beynəlxalq konfransın keçirilməsi(12),  2013-cü il aprelin 5-də AMEA-nın Tarix İnstitutu və Atatürk adına Türkiyə Elmi Araşdırma Mərkəzi arasında "Ortaq Türk tarixinin yazılmasına dair" sazişin imzalanmsı bunu bir daha sübut edir.

   Türk xalqları ilə genişlənən əlaqələrdə turizm sahəsində əməkdaşıq da mühüm yer tutur. Bu baximdan BMT-nin «Mədəniyyətin və sənətin dirçəldilməsi» proqramı  diqqəti cəlb edir. Proqramda «İpək yolu» ölkələrində turizm əlaqələrinin genişlənməsi məsələsi  də qarşıya qoyulmuşdur. «İpək yolu» üzərəindəki ölkələrdə  turizmin inkişafı ilə bağlı 1991-ci il Xivə bəyannaməsi, 1994-cü il Səmərqənd bəyannaməsi, 2002-ci il oktyabrın 27-də isə  Buxara bəyannaməsi imzalanmışdır. Bu bəyannamələrdən əsas məqsəd «İpək yolu» boyunca turizmin inkişafına yardım göstərmək olmuşdur(14).Bu istiqamətdə atılan addımlardan biri də Ümumdünya Turizm Təşkilatının 2004-cü ilin əvvəlində Səmərqənddə ofisinin açılması və  onun «İpək yolu üzərində turizim» layihəsini irəli sürməsi olmuşdur.Bu layihəyə 20-dən çox ölkə, o cümlədən Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə kimi türkdilli ölkələr daxil olmuşdur.

               Азярбайъан  вя Юзбякистан республикалары арасындакы игтисади ялагялярин мцщцм бир истигамятини «Бюйцк ипяк йолу»нун бярпасы чярчивясиндяки ямякдашлыг тяшкил едир. Авропа Комиссийасы тяряфиндян щазырланмыш «Тарихи ипяк йолу»нун бярпасыны нязярдя тутан ТРАСЕКА  програмы бу ишдя мцщцм рол ойнады. 

        TRASEKA лайищясинин Юзбякистан цчцн бюйцк игтисади вя сийаси ящямиййяти вардыр. Бu proqramının iştirakçısı olan Özbəkistanın nəqliyyat dəhlizinin  fəaliyyətindəki maraqlarını Prezident İslam Kərimov Beynəlxalq Bakı konfransındakı çıxışında belə şərh etmişdir: «Bizim bu nəhəng layihənin həyata keçirilməsində başlıca marağımız bunlardır: Birincisi, Özbəkistan və Mərkəzi Asiyanın bir sıra digər ölkələrinin dəniz nəqliyyat kommunikasiyasına birbaşa çıxışlarının yoxluğu  ixrac və idxal edilən  məhsulların nəqli üçün xərcləri məhsulun maya dəyərindən artıq edir ki, bu da ixracı iqtisadi cəhətdən sərfəsiz edir, həyati əhəmiyyətli məhsulların idxalını isə çətinləşdirir. Bu layihə  dənizə çıxışı olmayan ölkələrin Transavropa və Transasiya nəqliyyat şəbəkəsinə qoşulmasına imkan verir, ixracı genişləndirmək, qarşılıqlı faydalı ticarət üçün yeni perspektivlər açır. İkincisi, layihənin həyata keçirilməsi təkcə bizim üçün deyil, Avropa ölkələri üçün eyni dərəcədə faydalıdır. Bu ölkələr öz mallarının Cənubi Qafqazın, Mərkəzi Asiyanın geniş bazarlarına çıxarılmasında, bu bölgələrdə öz fəaliyyətini gücləndirməkdə maraqlıdırlar. Üçüncüsü, biz  tərəfdaşlarımızla, ən əvvəl Qırğızıstan və Çin ilə üzərində işlədiyimiz bir sıra layihələrin- Daşkənd- Əndican,-Oş-Qoşqar nəqliyyat marşrutunun həyata  keçirilməsini də TRASEKA layihəsinin  reallaşması  ilə sıx bağlayırıq»  .

     ABŞ hökuməti Türkiyəyə Cənubi Qafqazda və Mərkəzi Asiyada türk xalqlarını birləşdirəcək demokratik, dünyəvi hakimiyyət modelini tətbiq edəcək bir qüvvə kimi baxır. Bu baxımdam TRASEKA proqrami çərçivəsndə əməkdaşlığa önəm verirdi. Vaşinqtondakı  Türk araşdırmaları İnstitutunun direktoru Səbri Sayari 1994-cü ildə nəşr etdirdiyi «Türkiyə Qafqaz və Mərkəzi Asiya» məqaləsində yazmışdı: «İkinci cahan müharibəsi dövründən başlayaraq SSRİ-nin  xarici siyasət addımları Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhlükə kimi  qiymətləndirilmişdir. Ankaranın Mərkəzi Asiyadakı maraqlarını tarixi əlaqələrlə, türk  sahibkarlarının iqtisadi ehtiyacları ilə izah etmək olar. Türkiyənin Şərq siyasətində TRASEKA son dərəcə mühüm vasitəyə çevrilmiş  və Türkiyə hökuməti bu proqramın fəal iştirakçısı olmuşdur».

    Мцасир дцнйада  дяринляшян интеграсийа вя глобаллашма  просеси бяшяриййятя беля бир щягигяти даща дяриндян дярк етмяйя имкан йаратмышдыр ки,  щеч бир юлкя тяърид олунмуш щалда, бейнялхалг ямякдашлыг вя тяърцбя мцбадиляси олмадан, мювъуд тябии вя игтисади потенсиалдан инсанларын рифащы наминя истифадя етмядян, мцнагишяляри арадан галдыра, сабитлийя, игтисади тяряггийя наил ола билмяз.

       Göründüyü    kimi Türk dünyası "Qədim ipək yolu"nun fəaliyyətində olduğu kimi, müasir dövrdə də TRASEKA proqravmı çərçivəsində "İpək yolu"nun bərpası istiqamətində əməkdaşlığı genişləndirmişlər ki, bu da Türk xalqlarını bir araya gəlməsində, onların iqtisadi, siyasi və mənəvi birliyini möhkəmləndirilməsində böyük rol oynamışdır.

 

 

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:88300
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1469 san