06:15 06 may 2013
2371 dəfə oxunub
Çap versiyası
Vaqif Abışov
Tarix üzrə fəlsəfə doktoru

   Rusiya yenə də qonşu dövlətlərin dinc yaşamasına mane olmaqda və onlara qarşı ərazi iddiası irəli sürən separatçıları dəstəkləməkdə davam etməkdədir.

XX əsrin sonlarında, Rusiyanın erməni separatçılarına o cümlədən, Erməninistana yaxından kömək etməklə Azərbaycanın 20 faiz torpağını işğal edib.

Həmin tarixə qısa bir nəzər salaq: Tarixi sənədlərdən məlumdur ki, XX əsrin 80-ci illərində Cənubi Qafqaza millətlərarası münaqişəni salan ermənilər, onlara dəstək verən isə Rusiya dövləti olmuşdur. 

1987-ci ildə Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Fransada, düşünülmüş surətdə və təxribat xarakterli çıxışından sonra İrəvanda və Xankəndində erməni separatizmi başlamışdı. 

Həmin dövrdə Mərkəz nəinki erməni separatizminin qarşısını aldı, əksinə açıq və ya gizli formada onları müdafiə etdi. Nəticə nə oldu? Minlərlə dinc azərbaycanlı öldürüldü, evləri yandırıldı, əmlakları qarət olundu və öz doğma torpaqlarından didərgin düşdülər. Hal-hazırda Azərbaycanın 20 faiz torpağı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və işğal faktı bu gün də qalmaqdadır.

Rusiya bununla kifayətlənməyərək, bu gün də ayrı-ayrı separatçı qüvvələri qızışdırmağa, Moskvada onların antiazərbaycan əməllərini davam etdirmələrinə hər cür köməklik edir.

Xüsusilə, Rusiyanın ayrı-ayrı institutları erməni, talış, ləzgi və s. separatçıları başına toplayaraq, Azərbaycan əleyhinə müxtəlif tədbirlər keçirir, kitablar buraxırlar.

Bu gün Cənubi Qafqazda, Rusiya və Ermənistanın günahı ucbatından, gərginliyin yüksək səviyyədə olduğu bir vaxtda Moskvada "Qaradəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitutu" erməni separatizmini və şovnizmini dəstəkləyir, Qafqazda sülh və əmin-amanlığa ziyan vuran kitablar nəşr etdirir. Bununla bağlı 2011 və 2012-ci illərdə Moskvada, həmin "İnstitut"un direktoru, professor Zaxarovun redaktorluğu ilə buraxılan iki kitabda verilən məqalələri təhlil edərkən gəldiyim nəticələri oxucularla bölüşmək istəyirəm.

Professor Zaxarovun redaktorluğu altında nəşr olunan "Naxçıvan XX  - XXI əsrlərdə: bəzi faktlar" məqalələr toplusu (birinci kitab - Нахиджеван в ХХ -  начале ХХ1 веков: некоторые факты. Москва, Русская панорама, 2011, 176 с.) Azərbaycana qarşı qərəzli mövqedən yazılmış növbəti təxribat xarakterli bir əsərdir.

Kitabçanın anatasiya hissəsində Naxçıvanın "qədim erməni" regionu olduğu və "Qafqaz tarixi ilə maraqlananlar üçün nəzərdə tutulduğu" vurğulanır. Lakin burada verilən məqalələri oxuyandan sonra aydın olur ki, sən demə, çap olunan məqalələr heç də Qafqaza sülh, əmin-amanlıq gətirmək üçün deyil, qədim Azərbaycan torpağı olan Naxçıvanın "ermənilərə məxsus olmasını" təbliğ etmək imiş.

Kitabçada verilən məqalə müəlliflərinin Vladimir İvanov, Arsen Avaqyan, Mixail Ağacanyan, Levon Ovcepyan, Serqey Şakaryans və Sarkis Manukyandan ibarət olması, bir daha onu göstərir ki, bu kitab antiazərbaycan ruhunda yazılıb. Yuxarıda adları qeyd olunan müəlliflərin, eləcədə "İnstitut"un direktoru Zaxarovun məqaləsində Azərbaycanın qədim torpağı olan Naxçıvana qarşı ərazi iddiası irəli sürülür.

Adının "Qaradəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitut" olmasına baxmayaraq, onun buraxdığı kitabçada ermənilərin Azərbaycana qarşı ərazi iddiaları nəinki müdafiə olunur, hətta onların bu təcavüzkar məqsədlərinə haqq qazdırılır. Onda belə çıxır ki, bu "İnstitut" ancaq ermənilərin işğalçılıq məqsədlərini müdafiə etmək üçün yaradılmışdır.

Zaxarovun kiçik həcmli "Redaktordan" adlı baş məqaləsində "Naxçıvanın erməni əhalisi neçə oldu" sualı qoyulur və müəllif yalnız erməni müəlliflərinin yazmış olduğu kitablardan istifadə etməklə "cavab tapmağa" çalışır. Onun bu "çalışmaları" isə tarixi həqiqətləri ermənilərin xeyrinə saxtalaşdırmağa xidmət edir.

Zaxarov məqaləsində özünün ermənipərəstliyini gizlətmir və bilavasitə erməni dəyirmanına su tökməklə regionda gərginliyi daha da artırmış olur.

Müəllif kitabçada verilən və erməni və rus "tarixçiləri" tərəfindən yazılan məqalələrdə "arxiv materiallarına və digər tarixi ədəbiyyatlara istinad olunmaqla ... XX əsrdə regionun ermənisizləşdirməsi və onun əsas mərhələləri işıqlandırılmışdır". Lakin Zaxarovun qeyd etdiyi "arxiv materialları və digər tarixi ədəbiyyatlar" ancaq ermənilərə məxsusdur olduğundan heç vaxt tarixi həqiqətləri əks etdirə bilməz.

Kitabçanın 10-cu səhifəsində müəlliflər kollektivi tərəfindən yazılmış "Müqəddimə əvəzi" adlı hissəsində Azərbaycanda sovet hakimiyyəti dövründə Naxçıvan vilayətindən "ermənilərin sıxışdırılması siyasətinin davam etdirilməsindən" bəhs olunur. Halbuki, Azərbaycan zaman-zaman öz doğma torpaqlarından sıxışdırılmış və bunun nəticəsi olaraq, 1828-1991-ci illərdə aparılan "təmizlənmə əməliyyatı" nəticəsində indiki Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı qalmamış, azərbaycanlılara məxsus bütün yer adları isə erməniləşdirilmişdi. Belə ki, "1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq, 1935-1991-ci illərdə isə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarına əsasən azərbaycanlı yaşayış məntəqələrinin adları dəyişdirilmişdi" (Tarixi adlara qarşı soyqırımı. Bakı: Təhsil, 2006, 92 s).  

Lakin cənab Zaxarov, bu real həqiqətləri görmür və ya görmək istəmir. Çünki,  onun rəhbərlik etdiyi "Qaradəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitutu" Qaradəniz-Xəzər regionunda, ancaq ermənilərin mənafeyini müdafiə etməklə məşğuldur.

Cənab Zaxarov "ürək ağrısı" ilə erməni abidələrinin taleyindən bəhs edir, lakin Ermənistanda 1918-dən bu günə kimi dağıdılan Azərbaycan abidələrindən, eləcədə 1988-1994-ci illərdə rus silahının köməkliyi ilə işğal olunmuş Qarabağ torpağındakı Azərbaycanın mədəni abidələrinə qarşı erməni vandalizmindən bir kəlmə belə yazmır.

Müəllif heç vaxt olmayan "pantürkizm" siyasətindən yazır, lakin vaxtilə indiki Ermənistan əhalisinin 70-80 faizini təşkil edən azərbaycan türklərinin panermənizm siyasəti nəticəsində qovulmasından bəhs etmir.

Professor Zaxarovun məqaləsindən belə nəticə çıxır ki, "Qarabağ məsələsi artıq öz həllinə (ermənilərin xeyrinə - A.V.) yol tapıb", qalır Naxçıvanla bağlı məsələ. Müəllif yazır ki, "bu məsələ indi başlanır".

Cənab Zaxarov XXI əsrdə yaşamasına baxmayaraq, yenə də işğalçı I Pyotrun "vəsiyyətnamə"sindən uzağa gedə bilmir.

Kitabçada "XX əsrdə Naxçıvanın erməni əhalisinin türklərin nizami ordusu və müsavatçılar tərəfindən qırılmasından" bəhs olunur. Halbuki, ermənilərin hansı məkrli xislətə malik olması ilə, eləcədə 1918-1920-ci illərdə Naxçıvan ərazisində Andranikin quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınların törədilməsilə bağlı kifayət qədər sənədlər mövcuddur. Həmin sənədlərin bir neçəsinə müraciət edək: Türkiyədəki Rusiyanın baş konsulu Mayevski öz xatirələrində yazırdı ki, "mən belə bir əqidəyə gəlmişəm ki, vəhşiliyə türklər əsla qadir və qabil deyillər, daha çox Şərqin məhz həmin xristianları (o xristian dedikdə erməniləri nəzərdə tuturdu - A.V.) qadirdilər. Onlar bu vəhşilikləri uydurmaqla törədir, ustalaşır, kəskinləşdirir və sonradan isə bunları türklərin boynuna atırlar" (Rusiyanın Van və Ərzurumdakı Baş Konsulu Mayevskinin xatirələri. Bakı: Şərq - Qərb, 1994, 38 s. S. 31).

1918-ci ildə erməni qəzeti "Mşak" yazırdı ki, "indiyədək bizim ictimai əxlaqi yönümümüz elə olmuşdu ki, həmişə müsəlman qonşularımızla qapalı davranmışıq, ayrı yaşamışıq, onlarla xeyirxah dostluq münasibətləri yaratmağa çalışmamışıq. Ziyalılarımız, xüsusən də, milli siyasətimizin başında duranlar dəridən-qabığdan çıxıblar ki, xalqımızda, demokratiyamızda türklərə, müsəlman millətlərinə qarşı düşmənçilik münasibəti aşılasınlar, onlara qarşı mürtəce siyasət yeritsinlər" (Газ. «Азербайджан», № 4, 1918).

"1918-ci il 22 dekabrda Ordubad şəhərinin sakinləri Salman bəy Əsgərxanov, Məşədi Hüseyn İsmayılov və Mirzə Cabbar Həsənəliyevin Gəncə Qubernatoruna Andranikin başçılıq etdiyi erməni ordusunun əhalini qarət etməsi, öldürməsi və özbaşınalıqları haqqında şikayət etmişdilər" (АRDА, f. 894, siy. 4, iş. 65, v. 129-134).

Başqa bir sənəddə isə qeyd olunur ki, "Andranikin silahlı dəstələri Naxçıvanda Azərbaycan türklərinin yaşadığı Şıxmahmud, Didivar, Uzunoba, Cəhri, Tumbul, Çeşməbasar, Qahab, Sirab, Nəhəcir, Ərəzin, Camaldın, Qızılca, Bənəniyar, Soltah, Kırna və onlarca digər kəndləri dağıtmış, 100-lərlə dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməklə, soyqırımı və kütləvi ölüm cinayətləri törətmiş, onların əmlaklarını, mal-heyvanlarını talan etməklə quldurluq etmişlər"(Газ. «Азербайджан», № 37, 1918).

Kitabçada Vladimir İvanovun "XX əsrdə Naxçıvanın ermənisizləşdirilməsi (xüsusi icmal)" adlı məqaləsində Naxçıvanın etnik xəritəsini ermənilərin xeyrinə dəyişdirməyə çalışılır.

İvanov da, Zaxarov kimi, Azərbaycanı "pantürkist" olmaqda günahlandırır, lakin panermənizm, Ermənistan ərazisində yaşayan yerli azərbaycanlı əhalisinin deportasiya və soyqırıma məruz qalması, rus hərbi qüvvələrinin köməyi ilə Qarabağın işğal olunması faktının üstündən sükutla keçir.

Bəs görəsən həmin ərazilərdə yaşayan yüz minlərlə azərbaycanlı hara yox oldu? Orada olan Azərbaycan yer adlarını kim erməniləşdirdi. Şübhəsiz, bütün bu sual doğuran məsələlərin cavabı cənab İvanova da məlumdur. Lakin bu tarixi həqiqətlərə "İnstitutu"nun direktoru Zaxarov kimi, "tədqiqatçı" Ivanov da göz yumur. Çünki ermənipərəst İvanova və Zaxarova bu cür sərf edir.

Kitabda Arsen Avaqyanın "Moskva konfransı ərəfəsində və dövründə Naxçıvan məsələsində Türkiyənin müsəlmanları müdafiə etməsi: bəzi faktlar" adlı məqaləsi verilib. Həmin məqalədə Türkiyə tərəfindən Naxçıvan məsələsində Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi "tənqid" olunur.

Müəllif Türkiyə dövlətinin Naxçıvanı müdafiə etməsindən qəzəblə yazdığı halda, Rusiyanın köməyi ilə Zəngəzur, Şərur-Dərələyəz, Göyçə mahalı  və Azərbaycanın başqa torpaqlarının ermənilərə "hədiyyə" edilməsini, Qarabağ torpağında ermənilərin xeyrinə Dağlıq Qarabağ Muxtar Vilayətin yaradılmasını yada salmır.

"Naxçıvan XX  - XXI əsrlərdə: bəzi faktlar" adlı kitabçada verilən məqalələrlə bağlı tənqidi fikirləri, tutarlı fakrlarla daha da artırmaq olardı, lakin yuxarıda gətirdiyimiz faktları kifayət olması qənayətində olmasaq da, hər halda məqalə həcmini gözləməklə. keçək "İnstitut"un elmi şurasının qərarı ilə 2012-ci ildə Azərbaycanın tarixinə, xalqına qarşı növbəti böhtan dolu kitabın - Tamara Vardanyanın "Azərbaycanlılar - başa çatmamış bir etnolayihənin tarixi (Тамара Варданян. Азербайджанцы - история одного незавершенного этнопроекта. Историко- этнологический очерк. Москва, Русская панорама, 2012, 86 с.) adlı kitabın qısa təhlilinə.

Bu kitabda da "İnstitut"un direktoru cənab Zaxarov erməni "tədqiqatçıları" kimi erməniləri Qafqazın "yerli əhalisi" hesab etdiyi halda, Azərbaycan türklərini buraya gəlmə kimi qələmə verir.

Sizə məlumdur ki, 1828-ci il "Türkmənçay" müqaviləsindən sonra Rusiya dövləti tərəfindən Cənubi Qafqaza gətirilən ermənilər düz 200 ildən şoxdur Azərbaycan xalqının adət-ənənəsini, torpağını, mədəniyyətini mənimsəməklə məşğuldur.

Tarixi sənədlərdən, o cümlədən rus tədqiqatçılarının yazdıqları əsərlərin də təadiqlədigi faktlara görə 1828-ci ildə İran ilə Rusiya arasında bağlanmış  "Türkmənçay" müqaviləsindən sonra İran ərazisindən - Xoy, Salmas, Marağa, Təbriz və s. ərazilərdən ermənilər Şimali Azərbaycanın Naxçıvan, İrəvan, Qarabağ və başqa yaşayış yerlərinə köçürülmüşdülər.

Bəzi faktlara diqqət edək: 1833-cü ildə V.Q.Qriqoryev tərəfindən tərtib edilən "Naxçıvan əyalətinin statistik təsviri" adlı kitabda (Статистическое описание Нахичеванской провинции. Составленное В.Г.Григоревом. Санктпетербург, 1833, 263 с.) 1828-ci il "Türkmənçay" müqaviləsindən sonra ermənilərin Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Naxçıvana köçürülməsi məsələsi yer alıb. Burada verilən faktlara görə, ümumilikdə, Naxçıvan əyaləti üzrə İran ermənilərindən 2551 ailə köçürülmüşdü, onlardan 416 ailə şəhərə, 1869-u Naxçıvan Dairəsinin kəndlərinə, Ordubad Dairəsinə isə 266 və s. ərazilərə erməni ailələri köçürülmüşdür.

Erməni tədqiqatçısı Z.T.Qriqoryan "Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi" adlı əsərində yazırdı: "1828-ci il ərzində İrandan Azərbaycan xanlıqlarına 35566 nəfər erməni köçürülmüşdür. Əgər köçürülməyə qədər İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 25151  nəfər erməni  yaşayırdısa, köçürülmənin ikinci ilində bu rəqəm 82377-yə qədər  yüksəlmişdi. 1830-cu ildə isə artıq 100000 nəfər erməni Türkiyənin, Van, Bitlis, Muş, Ərdahan, Qars, Ərzurum Bəyazit vilayətlərindən  Gəncə, İrəvan  və  Qarabağ xanlıqlarının ərazilərinə köçürülmüşdü. 1831-ci ildə Qafqazda yaşayan 161 min ermənidən 125 mini 1828-31-ci illər İrandan və Türkiyədən köçürülənlər idi. İrandan və Türkiyədən ermənilərin axını XIX əsrin sonuna qədər davam etmişdi, bu axın 1853-1856, 1877-1878-ci illərdə və 1894-1896-cı illərdə daha da güclənmişdi. Əgər 1831-ci ildə Qafqazda cəmi 161 min erməni var idisə, 1897-ci ildə artıq Qafqazda 1148673 nəfər erməni yaşayırdı (Григорян З.Т.  Присоединение восточной Армении к России. Москва, 1959, c.160.).

Rus tədqiqatçısı N.İ.Şavrov 1911-ci ildə nəşr etdirdiyi "Zaqafqaziyada rus

işinə yeni təhlükə" adlı kitabında yazırdı: "1826-1828-ci illər müharibəsindən  sonrakı iki ildə, 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran ermənisi,

84600 Türkiyə ermənisi köçürülmüşdür və onlar erməni millətinin cüzi olduğu  Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir.

İndi Qafqazda yaşayan 1.300 min ermənidən bir milyonu yerli deyildir, bizim tərəfimizdən bu yerlərə gətirilmişdi" (Шавров Н. Новая угроза русскому делу в Закавказье. СПб, 1911, c.59).

Erməni tarixçilərinin xalqımıza qarşı dərin nifrət bəslədikləri məlumdur. Lakin mənim iradım cənab Zaxarova və onun rəhbərlik etdiyi "İnstitut"adır, .                                                                                        

Cənab Zaxarova məlumdur ki, əgər Cənubi Qafqaza separatizmi gətirən ermənilər olubsa, bu separatizmi dəstəkləyən, ona siyasi və hərbi yardım edən Rusiya olmuşdur.

Sizin İnstitut XX əsrin 80-ci illərin acı nəticələrini yaddan çıxararaq, yenə də erməni təcavüzkarlığına haqq qazandırmaqda davam edir və Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edən və Azərbaycan xalqının tarixinə böhtan atan erməniləri müdafiə edir.

Sonda mən "Qaradəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitutu"nun belə antiazərbaycan xarakterli kitabların çap olunmasına şərait yaratmasını pisləyir və professor Zaxarovun nəzərinə çatdırmağı özümə borc bilirəm ki, əgər onun direktor olduğu "İnstitut" bundan sonra da Qafqaz xalqlarının tarixini ermənipərəst yanaşma ilə araşdıracaqsa, onda regionda millətlərarası münaqişələrə heç vaxt son qoyulmayacaqdır.

Beləliklə, qısaca olaraq "Naxçıvan XX  - XXI əsrlərdə: bəzi faktlar" və Tamara Vardanyanın "Azərbaycanlılar - başa çatmamış bir etnolayihənin tarixi ..." adlı kitablarını təhlil edərkən hansı nəticəyə gəlmək olar: Bu kitablar antiazərbaycan mövqeyindən yazılıb və Azərbaycana qarşı rus-erməni "tədqiqatçıları"nın növbəti böhtan dolu kompaniyası kimi qiymətləndirilməlidir.

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:58893
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1653 san