11:50 21 iyun 2013
2009 dəfə oxunub
Çap versiyası
İnqilab Şirinbəyli

Siyasi şərhçi, EL tv-nin əməkdaşı

   Qədim Qəbələ şəhəri xarabalıqları hal-hazırda üç sahədə yerləşir. Bu ilin mart ayından həmin ərazidə yenidən qazıntılara başlanılıb

  Eramızdan əvvəl 4-cü əsrdə şəhər kimi formalaşdığı dövrdən bizim eranın birici əsrlərinin axırlarına qədər şəhər bir sahəyə, sonra isə starteji cəhətdən əlverişli olan yeni sahəyə köçürülüb. Qədim məkanın yerindəki 50 hektarlıq böyük sahədə şəhərin böyük ictimai binanların qalıqları yerləşib. Həmin yerdə şəhərin cənub müdafiyə istehkamlarınının qalıqları 1050 metr uzunluğunda olub. Bu divarların aşağı hissədə eni 8, yuxarıda isə 6 metr qalınlığındadır. Bəzi yerdə qalıqlarının hündürlüyü 3 metrdən çoxdur. Həmin sahədə böyük ictimai binaların, yaşayış evləri və istehsalat emalataxanalarının qalıqları öyrənilib. Bəzi binaların üstü hələ eramızdan əvvəl 3-cü əsrdən başlayaraq yüksək keyfiyyətli kramitlərlə örtülüb. Yastı kirəmitlərin çəkisi 15 kq, onların arasını tutan yastı kiramitlərin ağırlığı isə 13 kq-dır. Oradakı kramitlərin yaşı 2300 ildən başlayır. Bəzi binalar isə başqa üsullarla örtülüb. Tikinti materialı kimi çay və yonulmuş əhəng daşlarından, həmçinin uzunsov kvadrat formalı çiy kərpiclərdən isdifadə olunub.  AMEA-nın müxbir üzvü İlyas Babayevin sözlərinə görə,Qəbələdə tapılan ən qədim gəlmə pullar Makedoniyalı İsgəndərin vaxtında istifadə olunan gümüş pullardır. İlk yerli pullar da Makedoniyalı İsgəndərin puluna bənzədilib. Ən maraqlı binalardan birinin otaqlarının ümumi ölçüsü 590 kv. metrdir. Onun üç böyük zalının hərəsində 2 monalit daşdan yonulan sütun altlıqları tapılıb. 2000 ilən çox dövr ərzində mövcud olan Qəbələ şəhər xarabalıqları hələ bir çox tarixi özündə sirr saxlayır. Son illərdə Qəbələ qazıntılarında Cənubi Koreyanın universitet və digər elmi müəssisələrinin nümayəndələri iştrak ediblər. Azərbaycan-Koreya Mədəniyyət Asosiasiyasının maliyə yardımı sayəsində Qəbələdə arxeoloji qazıntılar dahada genişlənib və aşgar edilən materilların nəşri mümkün olub. Qədim Qəbələ şəhərinin xarabalıqlarında qazıntılar davam edir və bu qazıntılar gələcəkdə də davam etdiriləcək.

 

 

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:19707
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1889 san