04:32 12 sentyabr 2013
1701 dəfə oxunub
Çap versiyası
Ariz Abduləliyev

91-lər hərəkatının üzvü

   SİRUS TƏBRİZLİ! Varlığı və düşüncəsi ilə, amalı və əməli ilə, peşəkar jurnalist fəaliyyəti ilə Azadlıq uğrunda, Azadlıq yolunda sona qədər fədakarlıqla, sədaqətlə, cəsarətlə döyüşən millət əsgəri!

SİRUS TƏBRİZLİ! Azad söz, azad düşüncə, demokratiya, həqiqət, ədalət, yüksəliş uğrunda milli mücadilənin önündə gedən ziyalı-döyüşçü!

SİRUS TƏBRİZLİ! Müstəqillik uğrunda milli-azadlıq hərəkatının öndərlərindən biri!

SİRUS TƏBRİZLİ!Millət ziyalısı! Ziyalılıq nümunəsi!

 SİRUS TƏBRİZLİ! Humanist, humanist olduğu qədər də sadə bir insan!

SİRUS TƏBRİZLİ! Kürəyini namərd gülləsinə verməyən mərd Azərbaycan kişisi!

SİRUS TƏBRİZLİ! Əqidəsinə sadiq vətəndaş! Dönməzlik və əyilməzlik nümunəsi!

SİRUS TƏBRİZLİ! Millətinə, cəmiyyətinə təmənnasız, səmimi xidmət edən, sadiq olan böyük şəxsiyyət!

SİRUS TƏBRİZLİ! Satqınlığı, xəyanəti, ikiüzlülüyü, hər gələn hakimiyyətə yaltaqlığı, saxtakarlığı, mənəvi aşınmanı rədd edən mənəviyyatlı insan!    

SİRUS TƏBRİZLİ! Hər kəsin həyatda, fəaliyyətdə, xalqa xidmətdə öz yerində olmasını və məhz öz yerində cəmiyyətə fayda verməsini istəyən dəyərli şəxsiyyət!

SİRUS TƏBRİZLİ! Kimin üçün "qaranlıq", kimin üçün "ziddiyyətli", kimin üçün "yarımçıq" olan, əsl həqiqətdə şəxsiyyət bütövlüyünə malik, kin-küdurətsiz, birmənalı baxış və mövqeyindən dönməyən işıqlı, ziddiyyətsiz, açıq və xeyirxah bir  insan!

SİRUS TƏBRİZLİ! HEYDƏR ƏLİYEVİN yüksək dəyər verdiyi insanların son təmsilçilərindən biri!  

SİRUS TƏBRİZLİ! HEYDƏR ƏLİYEVİN sağlığında YAP-da adı HEYDƏR ƏLİYEVDƏN sonra şəkilən və sevilən görkəmli ictimai-siyasi xadim! Sədaqətli və saf  YAP-çıların sevimlisi! 

SİRUS TƏBRİZLİ! HEYDƏR ƏLİYEVİN ƏN YAXIN DOSTLARINDAN BİRİ!   

SİRUS TƏBRİZLİ! 91-lər ziyalı ordusunun son magikanı!

SİRUS TƏBRİZLİ! Bir bölük "yeni azərbaycanlı"nın, siyasi rəqiblərin, onun özündə və sözündə "düşmən" axtaranların, onu YAP-a qarşı qoyan saxtakarların heç zaman sındıra bilmədiyi Heydər Əliyev məktəbi!

SİRUS TƏBRİZLİ! Azərbaycan ictimaiyyətində "YAP-ın qurucusu" kimi yüksək ictimai-siyasi  status qazanan, həyatında bu ada və statusa sona qədər sədaqətli qalan nüfuzlu ictimai-siyasi xadim!    

SİRUS TƏBRİZLİ!  HEYDƏR ƏLİYEVLƏ birlikdə yaratdığı partiyaya "Yeni Azərbaycan partiyası" adını qoyan, partiyanın ilk proqram və nizamnaməsinin yazılmasında yaxından iştirak edən siyasətçi! Yazdığı proqram və nizamnaməyə, qurduğu partiyanın ideyalarına və məqsədlərinə həmişə əməl edən və sadiq qalan partiyadaş, mütərəqqi azərbaycanlı!

SİRUS TƏBRİZLİ!  Dövləti vəzifəsi, kapitalı, səlahiyyətli məmur hökmü, varlı və vəzifəli özvladları olmadığı üçün malik olduğu insanlığı, sadəliyi və humanistliyi ölümündən sonra belə sui-istifadələrə səbəb olan, ölümündən sonra da barəsində haqsız dedi-qodular, qarayaxmalar, gözdənsalmalar düzənlənən qeyrətli azərbaycanlımız!  

SİRUS TƏBRİZLİ! Azərbaycanda düz sözünə, həqiqəti dediyinə, ağıllı danışdığına, səhvləri göstərdiyinə görə sevilməyən yaxşı insanlardan biri!

SİRUS TƏBRİZLİ! Vətən Təbrizimizin adını öz adında yaşadan və vətən adını özü ilə haqq dünyasına qovuşduran "vətənində qərib"!

SİRUS TƏBRİZLİ! "Milləti, dövləti bu ağır faciələrdən xilas edə bilən yeganə bir siyasətçi var. O da Heydər Əliyevdir!" "Azərbaycanı Heydər Əliyev idarə etməlidi. Bunu xalq tələb. edir, zaman tələb edir, tarix tələb edir!" "Mən Sirusam, mən susa bilmərəm!" "Sonra da deyirlər Sirus sərt danışır, bizi tənqid edir, filan. İstər iqtidar olsun, istər müxalifət, mən səhvləri həmişə üzlərinə demişəm, deyəcəm də. Sən danışma, mən danışmayım, bəs bu millətin sözünü kim deməlidi?" "İndi Heydər Əliyevə əl çalanlar, tərif deyənlər, ev, maşın alanlar ölkənin, millətin o ağır günlərində niyə Heydər Əliyevin yanında deyiildilər, onu dəstəkləmirdilər, yada salmırdılar!" "Başa düşürsən? Bizim bu xalq qarşısında öhdəliyimiz var, vəzifəmiz var, onlara mütləq əməl etməliyik. Sabah yaxamdan yapışıb deyəcəklər, Sirus, bəs hanı vəd elədiklərin!" "Mən bunlara çoxdan bələdəm, hakimiyyətin sükanını bunlara etibar eləmək olmaz. Xalq bir dəfə səhv elədi, hələ də səhvini özünə bağışlamır!" "Mənim İlham Əliyev haqqında mövqeyim hamıya məlumdur. Mən İlham Əliyevi dəstəkləyirəm, onun prezidentliyinə səs verənlərdən biri də mənəm. Azərbaycanda bu qədər yenilikləri, inkişafı, abadlığı görməmək insafsızlıq olar. O, bunlardan da çox iş görə bilər. Gəncdir, enerjilidir, təcrübəlidir, ağıllı siyasətçidir. Millətini sevəndir. Hamımız ona kömək etməliyik. Başqa yolumuz yoxdu! Mən xalqımı sevirəmsə İlham Əliyevdən başqa kimə səs verməliyəm, kimi dəstəkləməliyəm. Var onu əvəz eləyən, dövləti idarə edə bilən siyasətçin?  Yox!"       

SİRUS TƏBRİZLİ! İnqilabçı! İslahatçı! Yenilikçi! Tribun!

SİRUS TƏBRİZLİ! Ölümü ilə də iqtidarı və müxalifəti bir araya gətirə bilən böyük millətsevər, böyük vətəncevər! 

SİRUS TƏBRİZLİ! Vətənində peyğəmbər ola bilməyən millət şəhidi!

SİRUS TƏBRİZLİ! İllərlə içində gəzdirdiyi haqsızlıqlardan ürəyi partlayan tənha haqq yolçusu!

SİRUS TƏBRİZLİ! Deməyə, yazmağa hələ nə qədər sözü olan dostumuz!

SİRUS TƏBRİZLİ! Allah rəhmət eləsin! 

 

P.S. Bağışlayın. Yazmaya bilmədim.

Onunla hələ "Ədəbiyyat və incəsənət" qəzetində işlədiyi vaxtlarda, 1992-1993 illərdə, ondan sonralar da görüşmüşəm, danışmışam, dinləmişəm. Sağlığında barəsində yazmışam, 60 illiyində yubiley məqaləsi yazmışam, olub ki tənqidi fikrimi də demişəm. Xatirə deməyə, yazmağa mənim də sözüm var.

Amma...

Ölümündən sonra...

Yazmaya bilmədim.

İstədim "Sirus olduğu kimi" yazım.

Bacardımmı...

Müqəddəs Quran: "Hamınızın son dönüşü Allahadır".

Ruhu şad olsun. 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:89604
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2162 san