08:08 16 sentyabr 2013
1774 dəfə oxunub
Çap versiyası

  "Ya görsəndiyin kimi ol, ya olduğun kimi görsən" -Mövlanəyə məxsus olan bu məhşur fikirlər islam ehkamları və  bəşəri əxlaqi dəyərlərlə  səsləşir

İslamın ilk şərti Allahın təkliyini və Məhəmməd (s.a.s) Peyğəmbərin  Allahın  rəsulu olmasını  felən  söyləmək ürəkdə  isə təsdiq etməkdir. Bəzən insanlar ancaq islamın zahiri əlamətlərinə əməl etməklə şəriət ehkamlarını (bu heç də hər bir müsəlmana aid deyil) gözdən salırlar. Yəni belə ifadələrə cəmiyyətdə tez-tez rast gəlirik ibadət əhlidir amma elədiyi hərəkətə  bax. Bu məsələdə şübhəsiz ki, zahirən müsəlman olan müsəlmanlığın şərtlərinə əməl edən daxilən isə islamdan uzaq olan insanların "əməyi"  danılmazdır. Ancaq burada bir incəliyi də unutmaq olmaz hər bir mömin müsəlmandır hər bir müsəlman mömin deyildir.     

 "Adam var ki, onun namaz qılmağı əyilib qalxmaqdan başqa bir şey deyil, adam var ki onun oruc tutması ac qalmaqdan başqa bir şey deyil". Peyğəmbərimizdən nəql olunan bu hədisin əsas qayəsi  müsəlmanlığı zahiri əlamətlərinə görə deyil əsl mahiyyətinə görə qiymət verməsindədir.    

İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"- demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? (Ənkəbut surəsi, 2)

     Sitat verdiyimiz hədis və Quran ayəsi demək olar ki mahiyyətcə bir-birini tamamlayır. İslam məvhumunu sözdə qəbul edib özünə islam əxalqını aşılamayan  insanlar  şəriət hökmlərini hörmətdən salır və islamın gözəlliyinə xələl gətirilər. Düzdür bu tip insanların kəmiyyətindən aslı olmayaraq onlar islam əxlaqının gözəlliyinə və əzəmətinə kölgə salmaq iqtidarında deyillər. Amma istənilən halda bu cür zahiri müsəlmanlıq qəbul edilməzdir. Bu tipli insanlar cəmiyyətdə çaşqınlıq yaradırlar. İslam əxlaqının gözəlliyi hər bir mömin müsəlmanın davranışında əks olunmalıdır. Əks təqdirdə insan zahirən özünü nə qədər mömin görsətməyə çalışsada onun həqiqi batinini Uca Allah bilir. 

   İslam ehkamına görə hər bir şəxs öz əməllərinin aqibətini bu dünyada və axirətdə görür. Sadəcə bu dünyada bağışlanma və tövbə etmək imkanı olduğu halda artıq axirətdə bunun mümkün olmayacağı bəllidir.

        Qurani Kərimdə ayrı-ayrı ayələrdə bir neçə dəfə vurğulanır ki, dində zor yoxdur.  Odur ki,  insanlar əqidə seçməkdə sərbəstdirlər. Heç kim onları zorla islamda olmağa dəvət etməməli və onlarında  zahirən özlərini müsəlman kimi göstərmək kimi  öhdəlikləri olmadığını anlamalıdırlar.  

   Bir sözlə şəriətə görə münafiqlik  əxlaqi  dəyərləyə görə isə riyakarlıq insanları olduğu kimi görsənməyinə mane olur.


Müəllifin digər yazıları







Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1339 san