04:45 17 sentyabr 2013
3234 dəfə oxunub
Çap versiyası
Günay İbrahimova

Neftçala rayonu Xıllı qəsəbə 1 saylı orta məktəbin müəllimi

   Fizika dünyəvi elmdir - bu hamıya məlumdur. Lakin bu dünyəvilik, ümumubəşərilik, bəzən arxa plana keçir. Fizika olduqca çətin, təbiət və texniki bir elm kimi qavranılır. Əslində çox qədim tarixə malik olan bu elm dərinliyi, çox şaxəliliyi, harmoniyası ilə bütün dövrlərdə insanları maraqlandırmışdır.

Hələ ibtidai icma dövründən insanlara gərək olan bu elm, daha doğrusu istifadəsi həmin dövrlərə gedib çıxan fizika elmi b.e.ə IV əsrdə formalaşıb.

Çox maraqlıdır ki, bu elmi görkəmli mütəfəkkirlər - Platon, Aristotel, Nyuton, Paskal, İbn Sina, Bəhmənyarla yanaşı əksər insanın şair qəbul etdiyi Nizami Gəncəvi də dərindən bilmiş öz əsərlərində fizika qanunların nəzmə çəkmişdir. Kəşfi hansısa alimlərin, fiziklərin adı ilə bağlı olan bir sıra fiziki qanunuları Nizami Gəncəvi onlardan çox-çox əvvəl olduğu kimi təsəvvür və tərənnüm etmişdir. Müasir dövrümüzdə sevindirici haldır ki, fizikadan xəbərdar olan bir çox insanlar bu mövzuya müraciət ediblər. Gec də olsa Nizami şeriləri elmi cəhətdən öz təhlilinə başlayıb. Çünki Nizami dünyası insanı onu öyrənməyə, başqalarına da olduğu kimi çatdırmağa sövq edir.

Nizaminin "Xosrov və Şirin "əsərindən bir parçaya diqqət edək:

Maqnit olmasaydı eşqin əsiri,

Çəkməzdi özünə dəmir zənçiri.

Kəhrəbanın eşqə düşməsə canı,

Belə cəzb etməzdi quru samanı.

Dünyada göhvər var, daş var nə qədər,

Onlar nə bir saman, nə dəmir çəkər.

Bu saysız hesabsız maddələr yenə,

Bax gör meyl edirlər mərkəzlərinə.

Göyə doğru çox qalxarsa su

Yenə torpaq olar ən son arzusu

Kainatda hər şey cəzbə bağlıdır.

Bu misralarla şair öz dövründə elmə o qədər məlum olmayan elektromaqnit anlayışından bəhs edir və eyni zamanda indi "ümumdünya cazibə qanunu" kimi mühüm əhəmiyyətli qanunun varlığını sübut edir. Həmçinin dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasının elektromaqnit dalğaları olduğunu göstərmişdir. Bu sübut olduqca dəqiq, real faktlarla nəzmə düzülərək insanı mat qoyur. Xatırladaq ki bu qanun Nizami dövründən çox-çox sonralar - 1667-ci ildə Nyuton tərəfindən fizikada qanuniləşdirilmişdi.

Leyli və Məcnun əsərində belə bir misralara rast gəlirik.

Yerin hüdudundan o tərəfdə də

...buludlar fələklər qarışır yenə,

Onlar bir-birinə sarılmış bərk-bərk,

Hamısı tor kimidir gəzir kürətək

Bu kürə şəklində yalnız yer deyil,

Hər xətt hərlənir yuvarlaqdır bil...

Burda heyran ediləcək məqam odur ki, kainatın fırlanmasını 1927-ci ildə Holland astronomu Oort sübut etmişdir. Şair Nizami isə XII əsrdə elmə meydan oxuyaraq, şerin dili ilə səsləndirirdi Yerin fırlandığını. Və hətta tək Yerin yox kainatdakı bütün göy cisimlərinin fırlandığını söyləyirdi. Təbii ki, dahi şair, filosof haqlı idi söylədiklərində. Həmən əsərdən daha bir neçə misra:

...Tüstü bu dərədən qalxar yuxarı

Iki üç cidalıq gəzər rüzgarı,

Sonra əyilərək geriyə dönər,

Bu yer kürəsini başına enər.

deməklə şair bizi əhatə edən atmosfer qatını bir tüstüyə bənzədir, onun da varlığından xəbərdar olduğunu şerin dili ilə deyirdi.

Pərgar xətt kimi dolanan fələk

Yalnız bu qaydada dövr edir gerçək

misraları müəyyən kənara çıxmaları nəzərə almasaq, yerin öz oxu ətrafında bərabərsürətlə hərəkətinə birbaşa işarə idi.

Daha sonra "İsgəndərnamə"yə müraciət edək. Burada da heyranedici məqamlar çoxdur.

Əvvəl mövcud oldu tək hərəkət,

Onu iki yerə ayırdı sürət.

Hər iki hərəkət gəlib bir yerə,

Əvvəlki hərəkət ayrıldı yenə.

Bu üçü qoşulub bir-birinə,

Üç xətt zahir olu üç hərəkətdən,

Üç dövrə yarandı ondakı xətdən.

Burada hərəkətin mövçudluğunu söyləyən şair, ondan yaranan bərabər sürətli və dəyişənsürətli hərəkəti də görə bilmişdi. Eyni zamanda fəza və zaman anlayışına toxunaraq üç oxlu kooridinat sisteminin mövcudluğunu aydın şəkildə göstərmişdir.

Zərrə qədər boyası rəngi varmı havanın?

Tutqunluğu könüllər oxşayırmı havanın?

Hər kim ki, əyninə göy paltar geyər,

Günəşi özünə çörək eyləyər...

deməklə, şair işığın dispersiyası mövzusuna toxunub. Biliyimiz kimi Günəş işığı yerə çatana qədər fəzada səpilir və spektral qaydada müxtəlif şəkilə düşür. Göyün üzü mavi rəng alır.

Böyük filosof bir şerində Yer üzündə yalnız ağ rəngin mövcudluğunu qalan bütün rənglərin ondan alınmasını xüsusi ustalıqla qələmə alır.

Səma saflığında gümüş qədər ağ,

Günəş kimi təmiz gün kimi parlaq.

Gündüzün işığı ağlığındadır,

Ayın yaraşığı ağlığındadır.

Rənglər sünidir dünyada bir ağ,

Bilməyir sünilik bilməyir boyaq.

Nizaminin əsərlərində belə elmi mövzular o qədər çoxdur ki onun tədqiqatına aylarla, illərlə vaxt lazımdır. Ümumiyyətlə Nizami irsində dünyəvi, fiziki qanunauyğunluqlar tükənməzdir. Onu da qeyd edək ki, Nizami dünyaya başqa cür baxa bilməzdi. Çünki dünyanın hər iki üzü - görünəni və görünməyəni bilavsitə fizika ilə bağlıdır. Məhz fizikanı bilməklə böyük Tanrını olduğu kimi qavramaq mümükündür. Məhz fizikanı bilməklə dünyanın ən böyük dühası, Nizami kimi şairi olmaq mümükündür.


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:44359
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1439 san