08:53 04 oktyabr 2013
3285 dəfə oxunub
Çap versiyası

  Gözəl,baxımlı,dəbli geyinən xanımlar, həmişə diqqət mərkəzində olmağa sevirlər, cəlb edib könnuləri fəth etmək bax budu onların məqsədi

Qadın həmişə fərqli olmağa çalışır, baxımlı xanım hər zaman hər dəqiqə kompliment alanda çox sevinir. Baxımlı xanım gərək mütləq özünə baxıb qulluq etsin,qadın hər yaşda gözəldi sadəcə öz üzərində daima çalışmalıdı, necə deyirlər eybəcər qadın yoxdu, ozünə baxmayan  qadın var. Qadının həmişə geyimi, makiyajı, saç düzümü yerində olmalıdı, daima buna fikir verməlidi, həmişə səliqəli, gözəl, cazibədar ve təravətli olmalıdı. Əks cins isə belə qadınları görəndə özlərini itirir və uzun müddət özlərinə gələ bilmir. Cazibədar,gözəl,şarmlı qadın həmişə əsl kişinin fəxridi,başının tacıdı,kişilər həmişə belə qadınları sevir və göz bəbəyi kimi qoruyur,Doğurdanda qadın böyük güvvədi. Hələ daha gədim zamanlarda qadın gözəlliklər dolu bir bəşər kimi tanınıb. Gözəl qadın gözəlliyi həmişə hər kişinin ağlını başından alır.Deyirəm yaxşıki biz qadınlar varıq. Heç olmasa bizə baxanda güclü cinsin, yanı kişilərin ürəyi açılır. Şəxsən mən dəbi çox sevirəm. Dəbli geyinmək dəblə ayaqlaşmaq necədə mənim könlümcədi. Dəb aşıqiyəm. Gözəl və dəblə geyinmək mənim üçün çox böyük sevincdi. Dəbin həvəskarıyam. Bacardığım gədər dəbi hiss edirəm, dəb tendensiyalarını hər zaman izləyirəm, və əməl edirəm. O mənim həyatımda böyük bir rol oynayır. Bu dəb olmasa lap ruhdan düşərəm. Hərdən kefim olmayanda şoppinq etməyə gedirəm. Paltarları ayaqqabıya, ayyaqabını çantaya,çantanı aksessuarlara tutuşdurmaq, düzgün rəng seçimi etmək çox böyük bir bacarıq tələb edir. Zövqlə geyinməyə bacaran xanımlar, yəni buna meyili olan xanımlar bunu gözəl anlayır və bu da onlarda çox asan alınır. Həmişə özünə diqqət yetirən, baxımlı xanımlar çox gözəl görsənirlər. Mütləq deyil brend geyinmək sadəcə ən əsası səliqəli və yaraşanı geyinmək lazımdı. Təravətli gözəl makiyaj, yaraşıqlı saç düzümü və özünə daima əminlik olmalıdı. Həmişə baxımlı, gözəl və qüsürsuz görünmək gərəkdi. Bu hər qadında alınmasada onlar can atırlar ki nəsə etsinlər nəyəsə görə qəşəng görsənməyə cəhd edirlər. Hərdəndə bəzi xanımlar brend dalınca qaçırlar istəyirlər başdan ayağa brend geyinsinlər,amma əmin edirəmki onların yarısının bu brend sözünün mənasından heç xəbərləri belə yoxdu. Onlar bunu caamat,cəmiyyət üçün edirlər ki heç kimdən geri qalmasınlar. Hətta bir dəfə elə bir hadisənin şahidi oldum çox məhşur bir dükanda alıcı xanım paltar seçərkən satıcıdan məhşur İtaliya brendi olan Versacenin yerinə Versase markasını soruşdu,o dedi: "Xanım bağışlayın sizdə Versaseden nəsə tapa bilərəm?". Bunu demişkən azdı hələ başladı öz düzgünlüyünü sübut etməyə. Satıcı ilə konfliktə girdi və heç nə bəyənmədən narazı şəkildə dükanı tərk etdi. Onu demək istəyirəm ki şopoqoliklər necə onları adlandırırlar brend əşyaların dalınca qaçırlar, brend əşya üçün dəlidilər, bəzən də bilmirlər bu brendlərin mənasını  düzgün deyil vallah elə xanımlar hərdən görürsən şəhərdə ki lap məətəl qalırsan,yaraşdı yaraşmadı yenədə geyinirlər bu da bir tərəfdən həm gülünc görsənir, həmdə çox təəsüf hissi yaradır insanda ki niyə bizim xanımlarımız indiyə kimi özlərinə bir üslub tapmayıblar, belə demək olarkı özlərini tapmayıblar. Baxımsız xanımları görəndə isə adam lap təəsüf hissi keçirir ki budurmu özunə xanım deyən qadın,budurmuzəif cinsin bir nümayəndəsi. Mən demirəm ki qadın mütləq özünə vurğun olsun,ancaq özünün qədrini bilməlidi. Qadın ancaq evdar xanım,qabyuyan,dayə olmamalıdı,hər mühittə, hər vəziyyətdə o baxımlı olmalıdı,maniküru,pedikürü,saç düzümü və səliqəli görünüş daima onunla olmalıdı. Daha pis vəziyyətdə caamatın içinə çıxmamalıdı.Təsəvvür edin ki mən bir neçə xanım tanıyıram hər zaman baxımsız, dəhşət qoxu ilə və səliqəsiz gəzirlər və belə haldada gəlirlər işə, saç kirli, pis iy verə verə, halbuki onların tam imkanları da var özlərinə qulluq etsinlər hətta ev şəraitində olsa belə, ancaq onlar üçün bu yaddı, onların içindən bu gəlmir, və indən sonrada çox çətin olar ki gəlsin. Hər dəfə onlara baxanda özümə yer tapa bilmirəm ki bilmirəm, artıq məsləhət verməkdəndə keçib, daha nə deyəsən belə pintilərə,onlar artıq belədilər və belədə qalacaqlar. Sadəcə çox heyifslənirəm ki belə bir iş xanımları bu gündə işə gəlirlər, yaginki onlar üçün bu xoşdu,ya da onlar artıq alışıblar, və ya səliqəli görünüşdən onların heç xəbərləri belə yoxdu. Amma əslində qadın hər mühittə hər yerdə hər vəziyyətdə əsl qadın kimi görsənməlidi,gözəl, baxımlı, səliqəli. Elə də olurki hərdən xanımlar ancaq öz həyat yoldaşlarına görə və ya cəmiyyət üçün bəzənirlər oda məclisdən məclisə adi gündə isə baxımsız gəzirlər. Hərdən ondan birini tapırsan ki özləri üçün bəzənirlər. Belə bir hallar olmaması üçün gərək xanımlarda özünə əminlik və sevgi olsun. Qadınlara necədə xanım xatınlıq yaraşır. Mənim ən sevimli aktrisam,italyan aktrisası Monica Belluccidi, o mənim kumirimdi, çox gözəl,füsünkar, eyni zamandada çox cazibədar və çəkicidi. Artıq onun 48 yaşı var amma o gözəlliyini, kübarlığını qoruyub saxlamaqdadı. Həddindən artıq mükəmməl və ecazkar zövgü var. O hər zaman adamı məftun edir, ürəkləri fəth edən unikal bir xanımdi. Mən həmişə ona bənzəməyə və onun kimi kübar, ecazkar və dəbli olmağa çalışacam. O isə əsl qadındı,böyuk hərflərlə yazılan Qadın. Mən ona valeh oluram sözün əsl mənasında çox çəkiçi gözəlliyi var o xanımın. Özünə baxır və həmişə formada olmağı bacarır. 2 uşaq anası olduğuna baxmayaraq ela görünür. Həsəd aparılası bir qadındı. Əsas deyilki kimsə kimi olasan sadəcə o nümünə götürüləsi xanımlara baxmaq yetər ki onlardan nəsə öyrənməyə bacaraq. Necədə könül açılır ürək sevinir baxımlı və gözəl xanım görəndə. Onlara baxanda sevinirsən ki hələdə belə zəif cins nümayəndələri qalıb. Gözəl ətir, təmiz və orijinal saç düzümü, sadə makiyaj, səliqəli manikür və pedikür, zövglə seçilmiş bir libas, bu qadında necədə vacibdi, bu cür o necədə əsrarəngiz görsənir. Bax buna deyərəm əsl baxımlı və özünə əmin xanım.Deyirlər ki dünyanı gözəllik xilas edəcək, bizdə öz növbəmizdə o gözəlliyi dahada inkişaf etməliyik dahada ona əhəmiyyət verməliyik. Gözəllik ondu doqquzu dondu. İnsana ancaq gözəl həyat və daima gözəl yaşama tərzi qalacaq. Daima gözəlliyimizi qoruyaq və gözəl qalmağa çalışaq.


Müəllifin digər yazıları







Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1394 san