12:26 29 oktyabr 2013
5180 dəfə oxunub
Çap versiyası
Elnur Səfərov

Geoloq magistr

ARDNŞ,GGİ-Mühəndis

   Dəniz və okeanların faydalı qazıntıları müasir dib çöküntülərindən və özül süxurlardan ibarətdir. Müasir çöküntülərdə bir sıra filiz və qeyri-filiz (səpinti) mineralların sənaye əhəmiyyətli konsentrasiyaları, fosforit, qlaukonit, dəmir-manqan konkresiyaları rast gəlinir. Akvatoriyaların özül süxurlarında neft və qaz, qazıntı kömürlərin, dəmir və digər metalların yataqları vardır.

Dəniz və okeanların sahillərində sahilyanı dayaz ərazilərdə maqnetit, ilmenit, rutil, sirkon, monasit, ksenotim, kassiterit, tərkibində nadir və radioaktiv elementlər olan minerallar, qiymətli daşlar, qızıl və s. səpintiləri geniş yayılmışdır. Ağır minerallarla yanaşı yüngül mineralların  (məsələn, kəhrəba) səpintiləri də rast gəlinir. Səpintilər müasir çimərliklərdə, sualtı sahil yamaclarında, suya batmış və bir az qalxmış dəniz terraslarında yerləşir. Bunlar geniş yayılmışdır və dünyanın bütün qitələrində, Hindistan, Şri Lanka adası, Banqladeş sahillərində, Avstraliyada, Yeni Zenlandiyada, Braziliyada, Florida yarımadasında, Hudzon körfəzi sahillərində, Yapon və Oxot dənizlərinin sahillərində, Şimal Buzlu okeanında, bir sıra daxili dənizlərində məlumdur.

 Sualtı sahil yamacı səpintiləri

Sualtı sahil yamacı səpintiləri çimərlik səpintilərinə nisbətən çox az rast gəlir. Burada ağır mineralların konsentrasiyaları nazik alevrolitin (0,05-0,01 mm) daha kiçik fraksiyalarında müşahidə olunur. Bu onunla bağlıdır ki, qırıntı materialı cərəyanların təsiri altında əsasən yerdəyişmə edir, bu dərinliklərdə dalğalar isə daha az intensivliklə təsir edir.

Sualtı sahil yamacı səpintiləri Şərqi Baltikanın sahillərində müəyyən edilmişdir, burada ağır minerallar çökərək yığılır. Çox ehtimal ki, sualtı sahil yamacı səpintilərinə Cənub-Qərbi Afrikanın sahilləri boyu Oranj və Konqo çaylarının mənsəbinin yaxınlarındakı almazlı çöküntüləri də aid etmək lazımdır.

Kəhrəba yüngül mineral olduğundan onun səpintiləri çimərliyin yuxarı hissələrində üzgəclərlə (budaq, qamış gövdəsi, yosun, bitki detriti və s.) birlikdə müşahidə olunur. Kəhrəba Şərqi Baltikanın çimərlik qumlarında rast gəlir. Fosforitlər

Fosforitlər konkresiyalar, yumaq və bəzən də iri lövhələr şəklində şelfdə və kontinental yamacın yuxarı hissəsində rast gəlir. Fosforitlər Yeni Zenlandiya sahillərində Çatam qalxımında, Çili və Perunun şelfində, Kaliforniya və Kaliforniya yarımadası sahillərində, Afrikanın cənub qurtaracağında Anqulyas bankasında, Cənub-Qərbi Afrikanın şelfində, Şimali Amerikanın Atlantik sahillərində və bir çox digər yerlərdə məlumdur. Daha az fosforitlər materik yamacında və okeanın dərin hissələrində rast gəlir.

Fosforitlərin əksəriyyəti qədim (neogen və pliosen-pleystosen) əmələ gəlmələridir və yalnız Cənub-Qərbi Afrikanın şelfində və Peru və Çili sahillərində terrigen-diatom lildə müasir fosforitlər rast gəlir.

Fosforitlər tez-tez kaliforniya adasının şelfində 100 m-ə qədər dərinliklərdə rast gəlir. Tərkibində fosforit dənələri olan çöküntülərin qalınlığı burada 1,5 m-ə çatır. Fosforit qum dənələri boyda (0,12-0,25 mm) olan dənələrlə və daha iri fosfatlaşmış braxiopod çanaqları ilə təmsil olunmuşdur.

C. Mero hesablamışdır ki, yer kürəsinin bütün şelflərində cəmi 3.1011 t fosforit var.

Müasir autigen fosforitlər alevrolit və pelit diatom lillərdə rast gəlir. Diatom lillərdə 15-20% Corq var, hidrogen sulfid və dəmir sulfidləri yaranır.

Müasir autigen fosforitlərin əmələ gəlməsi prosesi Cənub-Qərbi Afrika rayonunda və eləcə də digər apvellinq müşahidə olunan rayonlarda baş verir.

Qlaukonit

Qlaukonit qum və alevritləri şelfdə və dəniz və okeanların kontinental yamaclarında geniş yayılmışdır. Okeanların müasir çöküntülərində qırıntı qlaukonit üstünlük təşkil edir. Görünür ki, bu elə dənizlər üçün də belədir. Qırıntı qlaukonitin yayılması iqlim zonaları və dərinlikdə deyil, əsasən tərkibində qlaukonit olan qədim süxur və çöküntülərin, yəni qidalanma mənbələrinin mövcudluğu ilə müəyyən edilir. Autigen qlaukonitin yayılma arealları başqadır və bunları hələ müəyyən etmək lazımdır.

Qlaukonitin tərkibində bir neçə faiz kalium oksid var və kalium gübrəsi kimi və eləcədə xaki(yaşıl) rəngli boyaların alınması üçün istifadə oluna bilər. Qlaukonit eləcə də müəyyən qədər udma bacarığı var və bu səbəbdən suyun yumşaldılması üçün süzgəclərdə istifadə olunur. Qlaukonit çöküntüləri az dərinliklərdə yatdığı yerlərdə onu praktik ehtiyaclar üçün çıxarmaq lazımdır.

Qum və çınqıl

Tikinti sənayesində və yol işində istifadə olunur. Quruda yerləşən yataqlardan başqa, çimərlik və akvatoriyalar (dayaz şelf) qum və çınqılın mənbəyidir. Çimərlikdəki qum və çınqılın işlənməsi bir çox ölkələrdə aparılır, lakin bu heç də həmişə məqsədə uyğun deyil, çünki bu işlər təbiətdə tarazlığın pozulmasına və sahillərin yuyulmasına gətirə bilər. Bu səbəbdən artıq indidən qum və çınqılı bir çox ölkələrdə dəniz və okeanların dibində çıxarırlar.

 Dəmir-manqan konkresiyaları

Bu konkresiyalar dayaz dəniz və körfəzlərdə rast gəlir (Baltik dənizi, Riqa körfəzi və s.), lakin onların əsas yayılma sahələri okeanın dərin dibinə aiddir. Bunlar müxtəlif dərinliklərdə və müxtəlif növ çöküntülərdə məlumdurlar.

C.Meronun məlumatlarına görə dəmir-manqan konkresiyaların Sakit okeanın dibində ehtiyatları 1656 mlrd. ton kimi qiymətləndirilir, bundan 358 mlrd.ton manqan, 207 mlrd.ton dəmir, 14 mlrd.ton nikel, 5,2 mlrd.ton kobalt və 7,9 mlrd.ton misdir. Okean dibində manqanın ehtiyyatları bütün quruda yerləşən ehtiyatların cəmindən çoxdur. Hal-hazırda dəmir-manqan konkresiyalarının okean dibindən çıxarılmasının iqtisadi cəhətdən əsaslandırılmış layihələri var. Yaponiya və ABŞ-da artıq bu işlər həyata keçirilməkdədir.

Müasir dövrdə dəniz və okeanlarda rift zonalarının filizli hidrotermal-çöküntü əmələgəlmələri ayrıca əhəmiyyətə malik olur. Filizli çöküntülərində dəmir, manqan, sink, mis, gümüş və digər elementlərin yüksək konsentrasiyaları var. Qırmızı dənizin dibinin ümumi filiz ehtiyyatları 50 mln. ton kimi qiymətləndirilir. Filizli çöküntülər okeanların orta-okean silsilələrinin rift dərələrində və iri transokean sınmaları zonalarında müşahidə olunurlar. Belə filizli çöküntülərin pratik əhəmiyyəti hələ tam qiymətləndirilməmişdir.

     Ümumilikdə qeyd edək ki, dünya okeanının abissal çökəklilərini dəmir-manqan konkresiyaları örtmüşdür. Hal-hazırda bu konkresiyalarda yerləşən materialların çıxardılması rentabelli deyildir. Bu metallardan başqa dünya okeanında mis, nikel və kobaltın olmasıda böyük maraq doğurur. Həmçinin hidroterminal sistemlərlə əlaqədar olan metaldaşıyıcı çöküntülər də dəmir, mis, nikel üçün potensial yataqlardır.

     Dünya okeanında ağır metallardan Titan, qızıl, platin, qalay və həmçinin almazın səpintilərinin çimərliklərdə, şelfin sahil hissələrində toplanması da məlumdur. Məsələn , 70%-dən çox sink Avstraliyanın şərq sahillərində çıxarılır.

Qeyd edək ki, okean dibinin minerageniyası müxtəlif olduğu kimi,okean suyunun da tərkibi fərqli kimyəvi elementlərdən ibarətdir. Okean suyunda demək olar ki, bütün məlum olan kimyəvi elementlər vardır. Vinaqradova görə,onlarda ən geniş yayılanları Na,Mg,Ca,K,Cl,SO4,HCO3,CO3-dir. Suyun tərkibində əsasən bioloji tələbata görə Ca-un miqdarı dəyişir. Bundan başqa suyun tərkibində təxminən 78%-ə yaxın NaCl, xeyli miqdarda isə sulfatlar olur.

 

Qeydlər:

1.     Quliyev. Y - Okeanlar səsləyir bizi.

2.     Korinskaya, Valentina Aleksandrovna - Materiklər və okeanlar coğrafiyası.

3.     http://strategiya.az/?m=xeber&id=13871

4.     http://crh.wikipedia.org/wiki/Kategoriya:Okeanlar

 

 

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:76712
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1527 san