06:21 16 dekabr 2013
1113 dəfə oxunub
Çap versiyası

Ən böyük sevgimə...

...və bu sevgidən doğan mələklərə

Həsrət adlı bir nəğməyə kökləndim
Ürəyimdə arzularla təkləndim
Ümid dolu sabahıma səsləndim
Ətir saçan könül bağım çiçəklər,
Bəzən sakit, bəzən dəcəl mələklər...

Ayrılandan gün keçdikcə, gün saydım
Bu sevgini ayna kimi təmiz su saydım
Məhəbbəti gizlədəydim kaş ki, susaydım
Çırpınaydı ürəyimdə dəli küləklər,
Bəzən sakit, bəzən dəcəl mələklər...

Dünya şirin, dünya gözəl dünyadı
Gözlərimdə gün parladı, gün yandı
Dayanmazdı, bəlkə zaman dayandı
Çağlayanda qəlbimdəki arzu diləklər
Bəzən sakit, bəzən dəcəl mələklər...

Bu gedişlə hər günüm də il olur
Qoca dünya sevgilərlə hey dolur.
Saçlarıma düşən dəni hey yolur
Nələr deyir, nələr sorur fələklər
Bəzən sakit, bəzən dəcəl mələklər...

Əriyirəm bu sevginin yolunda
Tükənmirəm yüksəlirəm sonunda
Gözləyirəm, xəbəri var onun da
Sığınacaq yerim yurdum ürəklər
Bəzən sakit, bəzən dəcəl mələklər...

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:91292
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1419 san