09:55 17 dekabr 2013
1430 dəfə oxunub
Çap versiyası


Mən ağac altında yetim bir kölgə.
Amandı, yarpaqlar, dinləyin məni.
Səsimə səs verən tapıldı bəlkə,
Bircə bu tufandan gözləyin məni.

*****

Mən ağac altında yetim bir kölgə,
Əsdirir, titrədir küləklər məni.
İçimdə ürəyim azad bir ölkə
Atdı dalğalara fələklər məni.

*****
Çırpındım, çırpındım arzuya çatım,
Gərəkli, gərəksiz bir addım atdım.
Ah çəkib qəlbimdə bir hiss oyatdım
Uşaqtək aldatdı kələklər məni.

*****

Mən çəmən olardım yazı, qışı da,
Günlər bəzəyərdi ömrü, yaşı da.
Lap çox təriflədim gözü, qaşı da
Bax belə öyrətdi çiçəklər məni.
Nəğmələri şərbət bilib içmişəm
Yollar olub çox-çox yerlər keçmişəm.
Gözəllər içindən gözəl seçmişəm,
Xəyala çevirib diləklər məni.

*****
Mən ağac altında yetim bir kölgə,
Yanmışam, yanmışam bir alov kimi.
Mən ağac altında yetim bir kölgə,
Donmuşam, donmuşam bir qırov kimi
Qonmuşam, qonmuşam sənin qəlbinə
Mən ağac altında yetim bir kölgə.

Oktyabr-noyabr. 1991-ci il.

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:63253
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.12 san