08:15 18 dekabr 2013
1281 dəfə oxunub
Çap versiyası

Dünyanın dərdini içimdə çəkdim,
Həsrətin acısı çökdü gözümə.
Bu qədər oxşadın, nəynə gərəkdim?
Elə hey soruşdum özüm-özümə...

Sən nə vaxt qəlbimə həmdəm kəsildin
Nə vaxt bahar oldu, nə vaxt bilmədim.
Xəbərsiz gəlmişdin, xəbərsiz getdin
Sınıq ürəyimdən səni silmədim.

Bir mənə xoş kəlmə, bir mənə acı,
Baxıb gözlərimə, "nədir?" desənə...
Qayıt getdiyin tək, başımın tacı,
Elə yavaş-yavaş sarılım sənə...

Bu dünya əzəldən fırlanır elə,
Bəlkə ayrılığın sonu vüsaldı.
Hər gedən qayıdır nə vaxtsa yenə
Bəlkə bu həsrətdən ömür qısaldı.

Yenə payız oldu, yenə də kədər,
Sevgi çiçəklərim əlimdə soldu.
Sənə söylədiyim, yazdığım qədər -
Əllərim boşaldı, ürəyim doldu.

Bir mənə xoş kəlmə, bir mənə acı,
Baxıb gözlərimə, "nədir?" desənə...
Qayıt getdiyin tək, başımın tacı,
Elə yavaş-yavaş sarılım sənə...

26.12.2010.

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:43856
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2609 san