06:06 20 dekabr 2013
1512 dəfə oxunub
Çap versiyası


Boynunu burmusan yenə qarşımda
Duruşun, baxışın özü bir sual
Nə sən günahkarsan, nə mən günahkar -
Qəlbimi bu qədər dağlama, nigar...

Qəribə sevdaya düşmüşəm yaman
Elə bil geriyə qayıdır zaman.
Bu payız ömrümə gəlibdi bahar
Qarşımda suçlutək dayanma, nigar...

Axı mən gecikdim gedən qatara
Bu sevgi yoludur, çətin qutara
Məhəbbət bağında yetişmiş nübar -
Gəl məni günaha batırma, nigar...

Gəl məni yolumdan azdırma belə
Əllərim həsrətdir toxunum telə
Ürəyim dayanar, qəlbim də sınar -
Bu dəli aşiqin küsdürmə, nigar...

Yox daha bu yoldan dönən deyiləm
Ürəyin hökmünə çətin əyiləm.
Qəlbimdən silinməz, itməz yadigar -
Ən təmiz, ən gözəl, şıltaq bir nigar...

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:81956
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1287 san