06:40 20 dekabr 2013
2325 dəfə oxunub
Çap versiyası
Seymur Tağıyev

 Zərdab rayon R.Rza adına Əlibəyli kənd tam orta məktəbin Azərbaycan dili və  ədəbiyyatı müəllimi      

Allah tərəfindən, peyğəmbərlər vasitəsilə insanlıq aləminə göndərilən, vəhiy məhsulu olan dinlərə "İlahi din"deyilməkdədir. Alah tərəfindən göndərilən bütün peyğəmbərlərin təbliğ etdiyi din, ilahi din olaraq qəbul edilmişdir. Bu xüsusiyyətlərinə görə ilahi dinlər vəhiy məhsulu hesab edilmiş və vəhiylə əlaqələndirilmişdir. Bu vəhiy də, Allahın insanlar arasından seçdiyi şəxslərə xüsusi tərzdə məlumat verməsi olaraq qəbul edilməkdədir. Vəhiy gələn şəxslər, yəni peyğəmbərlər, onu insanlara çatdırır və ona inanmalarını istəyir. Zamanla, bir peyğəmbərin gətirdiyi hökmlərə insanların inanmaqda laqeydlik göstərməsi, doğru yoldan ayrılması vəziyyətində yeni elçilərlə əmrlər yenilənməkdə və gücləndirilməkdə davam edir. İslami anlayışda bu inkişaf, din olaraq İslam, kitab olaraq Quran, peyğəmbər olaraq Məhəmməd ilə sona çatmışdır.

Tez-tez "İlahi din" yerinə "səmavi din" ifadəsi işlədildiyi,bəzən bu ifadənin başlıq kimi istifadə edildiyinin şahidi oluruq."Səmavi" sözü göyə aid ,göylə bağlı bir məna da daışyır.Bu mənasıyla səmavi sözü,"ilahi" sözünün tam qarşılığı olmadığı kimi, bir məkan anlayışı da ifadə etməkdədir. İslami anlayışa görə Allah məkandan münəzzəhdir.Bir sözlə din bir məkana deyil,birbaşa müqəddəsliyə aid edilməlidir.Bu sözün ancaq göyü Allahın məkanı olaraq qəbul edən dinlər üçün doğru bir yanaşma olduğu ifadə edilməlidir. Çünki bəzi dinlərdə göy tanrıları(sky gods) anlayışı var.Uca Tanrı (high god)anlayışı termin və anlayış olaraq fərqli anlayışdır.İlahi dinlərdə Uca Tanrı inancı olduğu üçün , " səmavi " sözü yenə uyğun gəlmir.
Qurani-Kərim,həzrəti Adəmdən Məhəmməd peyğəmbərə qədər gələn vəhyə və peyğəmbərlərə söykənən dini ənənəyə "İslam" adını vermişdir.Yəhudilik və Xristianlıq,hətta Quranda adı keçən dinlər də ilahi din olaraq xarakterizə edilməkdədir.
İslam ,müqəddəs kitabı Quranın gəldiyi kimi yazılması,əzbərlənməsi xüsusiyyəti ilə dinlər arasında ayrı bir yerə sahibdir və "Haq din " deyimi,Qurani-Kərimdə dörd yerdə keçmişdir.Qurani -Kərimin bəzi surələrində yer alan və eyni şəkildə başlayan üç ayət ,mövzuya aydınlıq gətirir.Bu ayələrdən ikisinə aid ortaq ibarənin məalı belədir; "Müşriklər itəməsə də, O, peyğəmbərini, bütün dinlərin üzərinə üstün qılmaq üzrə, hidayət və haqq din ilə göndərdi".
"İlahi dinlər" başlığı altında bu yazımızda ,Yəhudilik,Xristiyanlıq və İslam haqqında məlumat verəcəyik.Əslində "İlahi dinlər " başlığı altında bu üç dinin işlənməsi ,mövzunu oxuyanların əksəriyyətinin müsəlman olması və yaşadığımız ərazidə "İlahi din" dedikdə onların başa düşülməsi ilə əlaqədardır.Biz də yanlış da olsa bu qaydadan kənara çıxmadıq.
Yəhudilik
Yəhudilik,yaşayan ilahi qaynaqlı dinlərin ən qədimi,ancaq mənsubu ən az olanıdır.Bu gün dünyada Yəhudiliyi din olaraq qəbul edənlərin sayı təqribən 18-20 milyon nəfərdir.Bunların 4,4 milyonu İsraildə,6 milyonu ABŞ-da,yerdə qalanı isə Avropada və dünyanın digər ölkələrində yaşayırlar.Keçmişi bir neçə min il geriyə gedən bu dinin ən əsas xüsusiyyətlərindən biri,İsrail oğulları ilə Tanrı arasındakı "əhd"ə müqəddəs kitablarında geniş yer ayırmasıdır.Bunun üçün bu din ,bir "əhd" dini olaraq qəbul edilmişdir.İsrail oğullarının başına gələn bütün fəlakətlərin onların bu "əhdə" riayət etməməsindən,verdikləri sözü yerinə yetirməməsindən qaynaqlandığı,həm öz müqəddəs kitablarında həm də Qurani-Kərimdə göstərilmişdir.
(Ardı var)

 


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:70017
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.22 san