05:16 25 dekabr 2013
3122 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

(BU YAZIMI BU İL YÜZ YAŞI TAMAM OLAN ATAMIN RUHUNA HƏSR EDİRƏM)

Pedaqoji və uşaq mətbuatın tarixinə aid silsilə yazılar hazırlayarkən "Maarif" jurnalının 1921-ci ilə aid birinci nömrəsində Quran mövzusunda olan maraqlı bir yazıya rast gəldim. Müəllifi Kərim İsmayılzadə idi.
Kərim İsmayılzadə Zaqafqaziya Müəllimlər Seminariyasının 1890-cı il məzunlarındandır. (Nəriman Nərimanov da Qori seminariyasını 1890-cı ildə qurtarmışdır).
"Kəşkül" qəzetinin 29.08.1890-cı il tarixli 109 -cu nömrəsində verilən xəbərə görə həmin il seminariyanı qurtaranların cərgəsində Nəsənzadə, Qiyasbəyzadə, Qaibzadə,salyanlı Axundov da olmuşdur.Seminariyada onların ana dili və şəriət müəllimi Salyanlı Axund Əbdüssəlam Axundzadə (1843-1907) olmuşdur. Bu, o Ədüssəlam Axundzadədir ki, 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi.Ə.Axundzadə 1894-cü ildən ömrünün sonunadək Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri, Zaqafqaziya şeyxülislamı olmuşdur. N.Nərimanov sonralar yazırdı ki."Qori Seminariyasında elmini tamam edib, indi qələm tutan 5-3 nəfər varsa , axund Əbdüssəlamın tərbiyəsinə bağlıdır.

Kərim İsmayılzadə haqqında məlumatlar olduqca azdır. Sovetlər dağılandan sonra biz XIX əsrin maarifçilik tarixinin əsas mənbələrindən uzaq düşmüş, adda-budda mənbələrdən faydalanaraq bəzi tarixləri ictimai-siyasi həyatımızın əks olunduğu, ilişib qaldığı təsadüfi məxəzlərdən öyrənməli olmuşuq.
Kərim İsmayılzadə seminariyanı bitirəndən sonra bir müddət Vedidə müəllim işləmişdir.Qafqaz Təhsil Dairə rəhbərliyinin əmri ilə o, 15 sentyabr 1892-ci ildə Hehrəm kənd məktəbinə müəllim təyin olunmuşdur. Kərim müəllim burada cəmi 2 il müəllim işləyir. Kərim müəəllim Hehrəmdə işləyərkən bu kəndin tarixi keşmişi, etnoqrafiyası haqqında iri həcmlı əsər yazır. K.İsmayılzadənin "Maarif" jurnalında çıxan "Ölən şəhər" yazısı da bu əsərdəndir. Bu əsər çap olunanda K.İsmayılzadə Bakı məktəblərində çalışırdı.O, pedaqoji və uşaq mətbuatında hesab fənninə , o vaxtlar dəbdə olan elm və təbiət tarixinə aid aid maraqlı yazıları ilə gənc oxucuların və müəllimlərin bədii, elmi və riyazi təfəkkürünü zənginləşdirirdi.
Yeri gəlmişkən onu da qeyd edək ki, XIX əsrin əvvəllərində Azərbaycanın maarifçilik həyatında məktəb müəllimləri əhəmiyyətli yer tuturdular. Mustafa Mahmudov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyob,Ağa bəy İsrafilbəyli, Cəmo bəy Cəbrayılbəyli, Abdulla Şaiq, Fərhad Ağazadə, Nəriman Nərimanov, Əliisgəndər Cəfərzadə , Mahmud bəy Mahmudbəyov və başqaları zəngin və rəngarəng ziyalılıq mədəniyyəti ilə nümunəvi vətəndaş kimi tanınırdılar.Təsadüfi deyil ki, onların çoxu sonralar Xalq Maarif Komissarlığına dərslik və nəşriyyat şöbəsinə işləməyə dəvət olunmuşdular. Mətbuat tariximizdə özünə şərəfli yer tutan "Maarif" , Qırmızı günıəş, "Rəhbər", Məktəb məcmuəsi " kimi uşaq və pedaqoji mətbuat nümunələri sinifdənxaric oxu kitabları kimi nəzərdə tutulmuşdu. Bu məcmuə və jurnalların əsas məqsədlərindən biri sözü simvol və rəmzlərlə söyləməyə xidmət edirdi. Mənə elə gəlir ki, "Ölən şəhər"də də diqqət bu məqsədə yönəldilmişdir.

...Bu mövzunu çoxdan işləmək istəyirdim: ölçürdüm, biçirdim, forma axtarışlarına çıxırdım. Dillərini bilsəm də, bilməsəm də dünya "GOOGLE"lərinə üz tuturdum. Yaxşı mənada bir ilişiklik axtarırdım.
Nə isə... Sirlərlə, rəmzlərlə, söz içində söz deməyin yüz yolunu göstərən bu yazını oxucuların diqqətinə çatdırıram.
***

Kərim İsmayılzadənin 1921-ci ildə "Maarif" jurnalında çap olunan "Ölən şəhər" adlı əsəri dünyanın bir sıra ölkələrində gəzib dolaşan "Əshabi-kəhf" (buna "hekayə" də, rəvayət də deyirlər) adı ilə tanınan əsərin nəzirəsidir. Əsərdə zalım və allahlıq iddiasımda olan ölkə başçısının əlindən dağlardakı mağarada özlərinə sığınacaq tapmış yeddi nəfərin taleyindən söz açılır.
"Ölən şəhər" əsərinin ərəb yazıçısı İmat əl-Şafenin "Əshabi-Kəhf" hekayəsi əsasında yazıldığı güman edilir.
"Əshabi-Kəhf"in müxtəlif variantları var.
****

Ölən şəhər ( Naxçıvanın "Əshabi-Kəhf"İ -N.N. )

Naxçıvan şəhərinin 12 verstliyində Hehrəm kəndinin yanında bir böyük düzən vaqedir. Bu düzəndə keçmişdə böyük və məmur (tikintili-N.N.)şəhər olmağı ənqazindən (xaraba,tör-töküntü-N.N.) aşkardır: xaraba divarların altından dəfaətlə gümüş və mis pul, mis qab tapılır. Xərabələr qazıldıqda yer altından parçaçı dükanları çıqıyur. Hehrəmlilər xarabaları qazub bişmiş kərpiçləri öz tikintilərinə işlədirlər Bu kərpiç öylə əla kərpiçdir ki, əsrimizdə misli yoqdur. Topraq altından çıqan parçaçı dükanlarında ğəribə ipək və yun və qumaş görünyor. Lakin bu qumaşlara əl vurduqda çürüyüb topraq olmağı aşkar oluyor. Ətraf əhali bu xərabələrə "Ölən şəhər" deyirlər və böylə bir əsatir nəql edərlər.
Həzrət İsanın təvəllüdündən neçə qərinə qabaq burada böyük və gözəl bir şəhər var imiş. Bu şəhərin padşahının adı DAĞYANUS imiş. Dağyanus zalım və məğrur və təkəbbürlü bir padşah imiş. Özü üçün kərpiçin biri qızıldan, biri gümüşdən bir saray yapdırmış və adını da behişt ( cənnət-N.N.) qoymuş. Kibr (lovğalıq-N.N.) və ğüruru bir payəyə (burada: mərtəbəyə-N.N.) yetmiş ki, özünü məbud (Allah-N.N.) sanub təəbəsini çəbrən özünə səcdə etdirərmiş. Sübh gün çıxanda və və axşam gün batan zamanı gözəl, cavan qız və oğlanlar nəğmələr ilə Dağyanusun üluhiyyətini vəsf edərlərmiş.Kəndisi də libası və saqqalı cəvahrat ilə məəzzin olduğu halda, müğənnilərin önündə durarmış. Çıxan və ya batan günəşin şüası düşdükdə bu bu şah əksandaz olub cəbrən səcdə üçün toplanmış əhalinin gözlərini qamaşdırarmış. Bunu hiss edən əhali səcdəyə düşüb, deyərlərmiş:
" Həqqa , sən bizim tanrımızsan".
Dağyanus Aras çayının kənarında bir makina inşad etdirmişdi ki, istədigi vəqt bu makina vasitəsilə yağış yağdıra bilərdi. Quraqlıq keçən illərdə əhalinin ricası üzrə ətrafə yağış yağdırıb bu yol ilə əvamlar qəlbində üluhiyyətini möhkəmləşdirərdi.
Ühuheyyətini inkar edən, asi düşən adamları cürbəcür aqibətlər ilə cəzalandırardı. Bununla belə üsyançıların sanı gün-günən artmaqda idi. Axırda əhali bunun zülmündən, ğururindən təngə gəlib üsyan qaldırdı,inqilab törətdi.Süləhadan(ixtiyarı olanlardan-N.N.) yeddi nəfər xalqın arasında Dağyanusun məxluq və zülm və məğərru bir hakim olmasını söyləyürdü. Dağyanus inqilabçıları olmazım əzablar ilə cəzalandırıb inqilabı yatırtdı.
Yeddi nəfər süləha bir tövr ilə xilas olub yaxında olan bir mağarada gizləndilər. Örümçəklər bu mağaranın tor çəkib orada gizlənən süləhanı xəlqin gözündən gizlətdilər. Bu yeddi kişi mağarada yatıyor. Bu minval ilə iki yüz ilə yuqlayır. Yuquya vardıqdan bir az keçməmiş Dağyanusun zülmilə bina olunmuş höküməti, şəhəri,qəsri düşmən alanda müzməhill (alt-üst-N.N.) oluyor.
İndi yüz yıldan sonra məğarada yatan yeddi kişi yuxudan ayılur.
Biri:"Bah nə çox yatmışıq" deyüb Allaha ibadət etməyi və Dağyanusun zülmündən xilas olmağın şükrini (minnətdarlığı-N.N.) yerinə yetirməgi təklif ediyor. İbadətdən sonra bunlar aclıqlarını hiss ediyorlar. Ciblərində olan qara puldan bir qədər yoldaşların birinə verüb Naxçıvana çörək almaq üçün göndərürlər.
Bu adam Naxçıvana gəlüb çörəkçidən çörək alur və cibindəki pulu çörəkçiyə veriyor. Çörəkçi diqqət ilə pula baxdıqda görüyor sikkə Dağyanus sikkəsidir . "A kişi,-deyir,-bu Dağyanus sikkəsidir, yəqin sən Dağyanusun sikkəsini tapmısan . İki yüz yıl var ki, bu pul ortalıqdan çıxmış".
Bunların bu danışığına adamlar toplanur. Hakimə xəbər gediyor ki, bir kişi Dağyanusun xəzinəsini tapmış, pulları da bazarda xərc ediyor. Hakim bu adamı dutmaq üçün fərraşlar göndəriyor. Nə isə bir tövr ilə bu adam qaçub mağaraya yoldaşlarının yanına gəlür və əhvalatı söyləyür.Bunlar qorquya düşüb Allah təaladan istiğaşə (yardım-N.N.) ediyorlar ki, bunları bu yeni düşməndən xilas etsün. Bu yeddi nəfər gözdən gözdən ğayib oluyor. O vəqtdən bəri bu kişilərə "ƏSHABİ KƏHF", mağaraya "Əshabi-Kəhf mağarası" deyürlər. Hər il ətraf əhali bəlafərq ( fərq qoymadan-N.N.) məzhəb bu mağaraya ziyarətə gediyorlər.

 

Kərim İsmayılzadə.


Ədəbiyyat

1.Коран. Перeвод академика И.Ю.Крачковского.
Моsква,1990. Сура 18. Пещера. Стр.241-251.
2.Kərim İsmayılzadə.
Ölən şəhər. "Maarif" jurnalı, 1921, N 1, səh.11-13.
3.Hüseynzadə Rüfət.
Zaqafqaziya Müəllimlər Seminariyasının naxçıvanlı məzunları.
"Azərbaycan məktəbi" jurnalı.2010-cu il, N1, səh.98-105.
4.Hüseynzadə Əkrəm. Naxçıvan folklorunda "Əshabi- Kəhf" rəvayəti.
"Məktəbəqədər və ibtidai təhsil" jurnalı.2010-cu il, N 3, səh.99-100
4."Olaylar.az" saytı.
"Əshabi-Kəhf hekayəsi ərəb dilindən tərcümə edilib".
23.12.2013, s.14:57.

5."Kəşkül" qəzeti. 29.08.1890-cı il, N 109.


Müəllifin digər yazıları

  1. Dirilən "Ölən şəhər" və yaxud Naxçıvan "Əshabi - Kəhf"i
  2. Yaxşı adam haqqında yaxşı söz
  3. "Ziya" qəzeti: XIX əsr maarifçiliyimizin "ƏKİNÇİ"dən sonrakı tribunası
  4. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  5. Yusif Seyidov - sintaksisimizin ən birinci söz birləşməsi
  6. MƏN SİZƏ AMERİKAN YAZIÇISI HARRİET ELİZABET BİÇER STOU HAQQINDA DANIŞACAĞAM - FOTO
  7. Mikayıl Müşfiq - Seçilmiş əsərləri
  8. Dərsliklərimizdən və tərsliklərimizdən gələn büdrəmələr və yaxud abituriyentlərə necə kömək etməli
  9. Hüseyn Cavidin "Keçmiş günlər"i
  10. Qəbul imtahanları proqramları təftiş edilir
  11. Məkani təlim və tərbiyə ocaqlarından biri : Abdulla Şaiqin uşaq bağçası-1916-cı il
  12. Məktəblinin izahlı lüğəti - hamıya gərəkli olan kitab
  13. Ey sərəfraz müəllimlər, ey başıuca müəllimlər...
  14. Başqalarından seçilən sərəfraz, yəni başıuca müəllimlər
  15. Sözgəlişi atmacalar və tutmacalar...
  16. M.Ə.Sabirin "Məktəbə tərğib" (Mənim bağım, baharım) iqtibası və tariximizin açılmayan səhifələri-Foto
  17. "Azərbaycan tarixi"nin tarixi və filoloji səhvləri
  18. M.F.Axundzadənin yaxın dostlarından biri:Zaqafqaziya müftisi Əbdülhəmid Əfəndizadə (1812-1881) və ya maarifə həsr olunmuş şərəfli ömür
  19. M.Ə.Rəsulzadənin unudulmuş bir məqaləsi və yaxud çoxlu suallar....
  20. Mədəniyyət  paytaxtı - baş şəhəri Qəbələ...Vəndamın ziyalıları....
  21. "Bağçasaraydan göndərilən məktub"-Foto
  22. Birnəfəsə oxunan elmi kitab-məqalələr toplusu
  23. Füzulini düşünərkən...
  24. 1,2,3+5+7+9=XI sinif
  25. Evinizdə izahlı lüğət varmı? - (müsahibim cavab vermir) - Doğrudan, yoxdur?
  26. Cəlaləddin Ünsizadənin "Kəşkül" jurnalının birinci nömrəsi - Tiflis,31 yanvar 1883-cü il
  27. 2013-2014-cü tədris ilinin ilk qəbul imtahanları....
  28. Ad günün mübarək, şair! və yaxud...
  29. Nədəndir sözümə cavab verməmək,....
  30. Alınma söz: Qul siyasətinin dil siyasəti
  31. Diqqət: YENİ Layihə :Görüntüdən düşüncəyə ........
  32. Elmsiz dərs laylaya bənzəyir. Müəllim ilk növbədə elmli olmalıdır. Razısınızmı?
  33. Türkoloq professor Fərhad Zeynalov və yaxud...
  34. "Əkinçi"nin özündən 14 yaş böyük gürcü qardaşı - "QUTNİS DEDA"
  35. Xalq müəllimi və ya məktəblərin Sabirlə başlanan pedaqoji əməkdaşlığı
  36. TQDK-nın beşmərtəbəli binasının lifti olmayan altıncı mərtəbəsində...
  37. Nazim Nəsrəddinovun məktubu
  38. "Molla Nəsrəddin"in molla müxbirlərindən biri
  39. Tanınmış Əlizadələr- FOTO
  40. BİR ŞAGİRDİN MANİFESTİ
  41. H.Zərdabinin lənkəranlı akademik tələbəsi
  42. M.Ə.Rəsulzadə düz 1 ay cavanlaşdı- Fotolar
  43. İsmayıl müəllimin 365 yarpaqlı 2012-cil təqvimi-Fotolar
  44. İstanbuldan gələn ideya
  45. Abdulla Şaiqin fransız soneti- "Centlmen bir xanəndəyə"
  46. Abdulla Şaiqin atası
  47. Əlimərdan bəy Topçubaşov
  48. Səid Ünsizadəni özünə müəllim sayan
  49. Xəbəriniz var xəbərdən?
  50. İlk Azərbaycan dərsliyi
  51. Məktəb və maarifçilik tariximizdən
  52. Abdülbaki Gölpinarlı kimdir?
  53. Ölən A.S.Puşkin yox, başqası imiş?
  54. H.Z.Tağıyev İran şahına nə üçün borclu qalmaq istəmədi ?
  55. Mithat Cemal Kuntay kimdir ?
  56. 13 rəqəmi ən uğurlu rəqəmimdir
  57. XX əsrin ilk Azərbaycan dərsliyi
  58. Doktor Nərimanovun doktor davamçısı
  59. Azərbaycan uşaq mətbuatının "Dəbistan"dan başlanan daşlı-kəsəkli yolu
  60. "Qırmızı günəş"in ziyası və işığı
  61. Səid Ünsizadə kimdir?
  62. Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı?
  63. Amerika Prezidenti oğlunun müəlliminə nə yazırdı?
  64. Xəncərimizin qaşı düşməz
  65. Kim kimdir?-FOTO






Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.201 san