06:33 28 dekabr 2013
2192 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər üzrə  fəlsəfə doktoru, dosent

22 il əvvəl Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalı 

Yuxarı Qarabağın zəbt olunmasını sürətləndirdi

Azərbaycan Respublikasının Xankəndi şəhərinin sonuncu yaşayış məntəqəsi olan Kərkicahan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 28-də işğal olunmuşdur.
1991-ci il dekabrın 1-2-də əsasən Əsasən 366-cı motoatıcı alayın idarə etdiyi zirehli texnika növləri, o cümlədən döyüş maşınları ilə təmin olunmuş Ermənistan ordusu Xankəndi tərəfdən Kərkicahan qəsəbəsinə hücum edərək oranın bir hissəsini işğal etdi. Şuşadan qəsəbəyə əlavə kömək göndərmək qeyri-mümkün idi. Çünki rus hərbçiləri Şuşadan Kərkicahana gedən yolu bağlamışdılar. Eyni zamanda, Şuşa şəhərinin özü də hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.
Erməni silahlı dəstələrinin böyük qüvvə ilə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə hücumu nəticəsində 34 nəfər həlak olmuş, 4 nəfər itkin düşmüş, 150 nəfərdən artıq dinc sakin yaralanmışdır. Nəticədə, Yuxarı Qarabağda strateji əhəmiyyətli Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə Xankəndi şəhəri bütünlüklə zəbt olundu.
Hələ bundan əvvəl 1988-ci il sentyabrın 18-də ermənilər tərəfindən Xankəndi şəhərində azərbaycanlıların mənzillərinə basqınlar edilmiş, 850-dən çox ailənin evi yandırılmış və ya dağıdılmışdır. Nəticədə, şəhəri tərk etməyə məcbur edilmiş 15 mindən çox azərbaycanlı əhalinin xeyli hissəsi Şuşa, Xocalı və Ağdam şəhərlərində məskunlaşmağa məcbur olmuşdur.
SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırım və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də Ermənistandan 250 min azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya etmişdir.
Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən və mono-etnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.
1988-1993-ci illərdə, mono-etnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və dünyada geniş əks-səda doğurmuşdur.

 


Müəllifin digər yazıları

  1. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  2. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  3. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
  4. Heydər Əliyevin XX əsrin 60-80-cı illərində ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi
  5. Böyük dövlətlər Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  6. Şərqin ilk parlamentli, demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti
  7. Heydər Əliyevin xarici siyasət kursu müasir geosiyasi şəraitdə dinamik şəkildə inkişaf etdirilir
  8. Heydər Əliyev: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur"
  9. Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri - I YAZI
  10. Madrid sənədinə çevrilən Baza prinsipləri ətrafında aparılan danışıqlar prosesi - II YAZI
  11. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsin nizama salınmasına dair ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti - I YAZI
  12. Azərbaycanın Respublikasının BMT ilə çoxtərəfli əməkdaşlığı
  13. Xocalı soyqırımının beynəlxalq aləmdə geniş yayılması və tanınması-III YAZI
  14. Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir - II YAZI
  15. Xocalı soyqırımı - Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin tərkib hissəsidir - I YAZI
  16. Azərbaycan-Avropa Şurası əməkdaşlığı dinamik şəkildə inkişaf etdirilir
  17. Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  18. İƏT və Azərbaycan:21 il
  19. Ermənistanın dövlət terrorizmi siyasəti və Azərbaycana qarşı təcavüzünün nəticələri - II YAZI
  20. Ermənistanın dövlət terrorizmi siyasəti və Azərbaycana qarşı təcavüzünün nəticələri - I YAZI
  21. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələsi -TƏHLİL
  22. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın diplomatiya tarixində ən böyük nailiyyətidir
  23. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik respublika
  24. Heydər Əliyevin xarici siyasət kursu və Azərbaycanın diplomatik uğurları
  25. Şuşa - tarixi, siyasi və strateji əhəmiyyətli şəhər
  26. Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir - I yazı
  27. Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələləri
  28. ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti






Şərh yaz
Yoxlama kodu:53385
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1921 san