11:43 28 dekabr 2013
2769 dəfə oxunub
Çap versiyası
Paşa ARAZ
Azərbaycan Yazıçılar Birliyinin üzvü

  Kulis.az Strategiya.az-ın yazarı Paşa Arazın "Ən qısa hekayə" müsabiqəsinə göndərdiyi "Ağ-qara fotoşəkillər"  (476 işarə) hekayəsini təqdim edib. Strategiya.az hekayəni olduğu kimi sizlərin diqqətinə çatdırır.

Bir səhər zibil torbasını bizim yox, qonşu binanın həyətindəki yeşiyə atmaq istəyirdim ki, gözümə iki ay bundan öncə vəfat etmiş Həmid kişinin səpələnmiş ağ-qara fotoşəkilləri sataşdı.

Həmin axşam, yazı yazmaq üçün ailə tərəfindən mənə ayrılmış xüsusi məkana - qırmızı kərpiclə hörülmüş darısqal, nəmişlik iyi gələn eyvandakı köhnə masada əyləşib, beş yaşımdan xatirəmdə qalmağı bacarmış hadisələrin bir neçəsini xatırlayaraq belə bir cümlə, daha doğrusu bir cümlədən ibarət vəsiyyətnamə yazdım: "Mənim bütün xatirələrimi mənimlə birlikdə dəfn edin."


Müəllifin digər yazıları







Şərh yaz
Yoxlama kodu:45041
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2536 san