05:00 30 dekabr 2013
1926 dəfə oxunub
Çap versiyası
Əkrəm Həsənov
İlahiyyatçı

   Mərhəmətli və Rəhimli Allahın adı ilə başlayıram. Hər bir müsəlman gündəlik xəbərləri izləməlidir. Təəssüf ki, son vaxtlar ürək açan xəbərlər eşitmədiyimiz üçün çox hallarda xəbərləri izləməkdə səhlənkarlıq edirik. Ancaq dostlarımız bizə müəyyən yeni xəbəri çatdıranda açıb xəbərin hansı mövzuda olmasına baxırıq. Mənə verilən xəbər də ürək açan deyildi. Buna baxmayaraq mən xəbəri oxuyub buna münasibət bildirməyi özümə borc bildim.

Təsəvvür edin ki, bu xəbəri öz saytımızda, yəni strategiya saytında gördükdə buna münasibət bildirməyi daha vacib hesab etdim. Xəbərdə deyilir ki, İraqda qərar verilib ki, qiblənin istiqaməti Məkkə əvəzinə Kərbalaya yönəldilsin. Müsəlmanlar üzü qibləyə durmaq əvəzinə üzü Kərbalaya durub dua etsinlər. Demək olar ki, bütün ölkə müharibə astanasındadır. Bu ərəfədə Baş nazir Nuri əl-Maliki namaz ilə bağlı yeni sərəncam imzalayıb. Qərara əsasən, gün ərzində beş dəfə namaz qılan müsəlmanlar Allaha ibadət edərkən üzlərini qibləmiz olan Məkkəyə deyil, Kərbəlaya doğru çevirəcəklər. Kərbəla elə şəhərlərdən biridir ki, harada ki, imam Hüseyn hakimiyyəti sünni liderlərə verməkdən imtina etmiş və döyüşlərdə şəhid olmuşdur. Həmçinin imam Hüseyn Məhəmməd peyğəmbərin nəvəsidir. Baş nazir Nuri əl-Maliki həmçinin vurğulayıb ki, "Kərbəla şəhərini daha da inkişaf etdirmək lazımdır. Məhz elə bu şəhər bütün dünya müsəlmanlarının ibadət yerinə çevrilməlidir". Əslən şiə olan və bu qərara imza atan baş nazir bununla bütün dünyada olan şiələrlə sünnilər arasında böyük bir toqquşma yarada bilər. Artıq bu qərarla bağlı  Nuri əl-Maliki ciddi tənqid olunmaqdadır.

Bu xəbəri oxuyanda ona görə sarsıldım ki, onsuzda bu gün sünnilərlə şiələr arasında heç də ürək açan münasibətlər sərgilənmir. Hansısa özünə şiə deyən bir şəxsin kimliyindən asılı olmayaraq, heç bir məzhəbdən asılı olmayaraq dediyi söz də Allahın kəlamı olan Qurani Kərimə, göndərdiyi bütün peyğəmbərlərin gətirdiklərinə, son peyğəmbərimizin son dəfə Qiyamətə qədər təyin etdiyi islam dininə tamamilə zidd olan bu sözdür. Burada onun iddiasının islama zidd olmasını sübut edəcək dəlilləri qeyd etməyi özümə borc bilirəm.

Əvvəlcə oxuculara qiblənin tərifini verim. Namaz qılınarkən və bir sıra digər ibadət ayin­lə­ri­nin icra edildiyi vaxtlarda müsəlmanların üzlərini çevirdikləri Mək­kə şəhə­rindəki Məscidülha­ramda yerləşən Kəbə tərəfə olan is­tiqamət qiblə adlanır. İslamın ilk vaxtlarında qiblə Əl-Əqsa məscidi olmuşdur. Allah tərəfindən Məhəmməd peyğəmbərə qiblənin dəyişməsi barədə ayə nazil olduqdan sonra qiblə Kəbə evi hesab olunur. Bəqərə surəsinin 149-cu ayəsində belə buyurulur: "Hər hansı bir yerə gəldikdə (namaz vaxtı), üzünüzü Məscidül-Hərama (Kəbəyə) tərəf çevirin! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə Haqqdır!.."

İslam dinində ibadətlə bağlı, ibadətin istiqamətinin dəyişməsi ilə bağlı hökmü ancaq Allah təala verə bilər. Allah təala tarix boyu peyğəmbərlər göndərməklə də ibadətin növləri və istiqamətləri barəsində hökmlər vermişdir. Son peyğəmbərlə də bütün ibadətlə bağlı ayinləri Qyamətə qədər tamamlamış və bu dindən razı olduğunu da Qurani Kərimdə bizə bildirmişdir. Artıq son peyğəmbərdən sonra heç kim ibadətin növləri və istiqaməti ilə bağlı hökmlər vermək səlahiyyətində deyildir. Hökmlər vermək ancaq müamilə ilə bağlı, yəni insanların bir-biri ilə olan münasibətləri ilə bağlı verilə bilər. Allah təalanın özünə ibadət olan məsələlərdə heç bir şəxsin hökm vermək səlahiyyəti yoxdur. Əgər belə olsaydı, onda hər kəs özünü Allah hesab edərdi və nəticədə yer üzərində fitnə-fəsad baş qaldırardı. Halbuki insanları yaradan uca Allah onların ibadətlə bağlı məsələlərində son peyğəmbərlə hər şeyi onlara xəbər vermişdir.

Müsəlmanların qibləsi əvvəl Qüds olmuşdur. Bu da Allahın hökmü idi. Daha sonra uca Allah qiblənin istiqamətini Məkkəyə tərəf çevirmişdir. Bunun necə baş verməsini qısa şəkildə açıqlayaq. Allah təala Qurani Kərimdə buyurur: "(Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: "(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?" (Ya Rəsulum! Onların cavabında) de: "Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər" (Bəqərə, 142). Belə bir ayənin nazil edilməsi, ilk vaxtlarda namaz zamanı müsəlman­lara Qüdsə tərəf üz tutmağın əmr edilməsi ilə əlaqədardır. Onlar Məkkədə olduqları zaman və Mədinəyə hicrət etdikdən il yarım sonraya qədər bu, belə davam etmişdir. Yəni müsəlmanlar Qüdsə tərəf namaz qılırdılar. Bu hökm özündə böyük hikmətə dəlalət edirdi və onun bir hissəsini Allah bizə açmışdır. Lakin sonralar, Özünün İlahi Hikmətinə müvafiq olaraq, Allah müsəlmanlara üzlərini Kəəbəyə tərəf çevirmək hökmünü verdi.

Uca Allah bildirir ki, axmaqların arasında hökmən elələri də olacaq ki, deyəcəklər: "Niyə müsəlmanlar əvvəllər üz tutduqları qiblədən üz döndərməyi qərara aldılar? Onların bir daha Qüds tərəfə üz çevirməmə­sinə səbəb nədir?"

Şübhəsiz ki, belə mülahizələr Allahın iradəsinə qarşı yönəldilmiş etirazlar və Onun mərhəmətini inkar etməkdir və möminləri ruhlandırmaq üçün Uca Allah fasiqlərin belə edəcəklərini onlara xəbər verir və deyir ki, belə sözləri ancaq dözümsüz və dindarlıqdan məhrum olmuş anlaqsız axmaqlar deyəcəklər. Belə şübhələrin yarana biləcəyinin müsəlmanlara xəbər verilməsi ilə, onlar axmaqların sözlərinə diqqət verməməliydilər, çünki ağıllı insan heç vaxt səfehlərin etirazına əhəmiyyət verməz və onlara baş qoşmaz.

Bu ayədən belə nəticə çıxarmaq olar ki, Allahın hökmlərinə ancaq axmaqlar, cahillər və tərs adamlar etiraz edirlər, halbuki əməlisaleh möminlər və ağıllı dindarlar Allahın qanunlarını həm sözlə və həm də əməlləri ilə qəbul edir və onlara itaət göstərirlər. Bax elə buna görə Uca Allah buyurur:

"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (Əhzab, 36);

"Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar" (Nisa, 65);

"Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!" (Nur, 51).

İnsan başqa cür hərəkət edərsə, onda o, - düşüncəsizdir və təkcə bu bəs edər ki, onun sözlərinə rədd cavabı verməyəsən və o sözlərə xüsusi əhəmiyyət göstərməyəsən. Lakin Uca Allah Özü onların şübhəli ittiham­larını cavabsız qoymur və şübhələrini dağıdır, çünki onlar bəzi insanları azdıra bilərdi. Uca Allah Öz Elçisinə (səlləllahu aleyhi və səlləm) buyurur ki, şərq də, qərb də Allaha məxsusdur, O, kimə istəyirsə, ona doğru yolu göstərir. Şərq və qərb Allahın mülküdürsə, onda qalan bütün tərəflər də Ona məxsusdur. O, istədiyini doğru yola yönəltmək hakimiyyətinə malikdir və, İbrahim peyğəmbərin (əleyhissalam) etdiyi kimi, namaz zamanı Öz qullarına üzlərini Kəəbə­yə tərəf çevirməyə hökm verməyə qadirdir.

Ey müsəlmanlar! Nadanlar niyə üzünüzü Allaha məxsus olan bir tərəfə çevirməyinizə etiraz edirlər? Siz ki, üzünüzü Rəbbin mülkünə məxsus olmayan tərəfə çevirmirsiniz və təkcə bu kifayətdir ki, Onun hökmünə tabe olasınız. Nəzərə alsaq ki, Allahın hökmü bir nemət, xeyirxahlıq və Allahın məsləhətidir, onda bu hökmə qarşı etiraz etmək Onun nemətini inkar etməyə bərabərdir və bunun səbəbi də adamların sizin paxıllığınızı çəkmələri və zalımlıqlarıdır.

Allahın istədiyinə doğru yol göstərməsi haqqında ayə ümumi mə­naya malikdir, lakin ümumi mənalı müqəddəs mətnlər həmişə onların mahiyyətini dəqiqləşdirən digər xüsusi mətnlərlə müqayisə edilməlidir. Hidayətin və yoldan azmanın yaranmasının öz səbəbləri var ki, onlar Allahın Hikməti və Ədalətinə uyğun olaraq müəyyənləşdirilmişdir. Allah Öz Kitabında qula düzgün rəhbərliyin nəsib olmasının və onun hidayət yoluna gəlməsinin səbəblərini dəfələrlə xatırladır. Uca Allah buyurur: "...Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər..." (Maidə, 15-16). Bu ayələrdə müsəlman millətinin bütün işlərində düzgün rəhbərliyə və Rəbbin böyük mərhəmə­tinə layiq görülməsinin səbəbləri xatırlanır.

Allah təala qiblə haqqında yenə belə buyurur: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir" (Bəqərə, 143).

Müsəlman milləti orta yol tərəfdarıdır və bütün millətlərin ən yaxşısı və ən ədalətli­sidir. Bütün digər millətlər bu orta yolun hər iki və təhlükəli tərəflərində yerləşirlər. Müsəlmanlar dinlə bağlı olan məsələlər­də ifrata varmırlar.

Peyğəmbərlərə münasibətdə isə, Allahın peyğəmbərlərini həddən artıq yüksəldən xristianların və digər yolunu azanların, bir tərəfdən, pey­ğəm­bərləri kobudcasına inkar edən yəhudilərin və onlar kimi fasiqlər ara­sında digər tərəfdən, müsəlmanlar orta mövqe tuturlar. Müsəlmanlar, mömin olduqları üçün, bütün peyğəmbərlərə inanırlar.

Dini hökmlərə münasibətdə müsəlmanlar, ifrat inadcıllıq və sərtlik göstərən yəhudilərlə dini qanunlara etinasız yanaşan xristianlar arasında orta mövqe tuturlar.

İbadət ayinlərinə, təmizlənmə mərasimlərinə və haram yeməklərə münasibətdə də müsəlmanlar, ancaq məbədlərdə və sinaqoqlarda dualarını icra edən, suyun təmizləyici qabiliyyətini inkar edən və öz zalımlıqları üzündən bir sıra faydalı yeməkləri yemək haqqı olmayan yəhudilərə özlə­rini oxşatmırlar və onlar üçün natəmiz və ya haram bir şey olmayan, bütün sürünənləri və yeriyənləri qidalanmaq üçün yeməyə icazə verən xristi­an­lara da özlərini oxşatmırlar. Müsəlmanlar ən düzgün və mükəmməl qay­dada təmizlənirlər. Allah onlara qidalanmaq üçün faydalı yeməklər və içkilər işlətməyə, gözəl paltar geyməyə, və onlara qadağan edilməmiş qadınlarla evlənməyə icazə vermişdir. O, onlara, yeməyə zərərli olan məhsulları və içkiləri, geyməyə ziyanlı paltarları və layiq olmayan nikahı qadağan etmişdir.

Allah müsəlmanlara kamil bir din verməklə onlara iltifat göstərmiş, ən gözəl əxlaq və ən xeyirli əməllər öyrətmişdir. Allah onlara bilik və dözüm, ədalət və xeyirxahlıq nəsib etmişdir ki, digər dini icmalar buna layiq görülməmişlər. Bu keyfiyyətlərin sayəsində müsəlmanlar ən kamil, ən mötədil və ədalətli millət olmuş və özlərinin ədalətliliyi və qərəzsiz­liyinə görə bütün bəşəriyyətə şahidlik etmək haqqı qazanmışlar.

Müsəlmanlara istənilən dini əqidə tərəfdarları haqqında mühakimə yürütmək imkanı verilmişdir. Əgər müsəlman icması bir insanı qəbul edib tanıyırsa, o, həqiqətən nüfuz sahibi olmağa layiqdir. Müsəlmanların qəbul etmədiyi adam, nəsibsiz və səfildir. Lakin belə bir sual da çıxa bilər: Allah niyə müsəlmanların başqa dini əqidə sahibləri haqqında mühakiməsini hesaba alır, halbuki, çəkişən tərəflərin birinin digərinə qarşı ittihamını qəbul etməyə yol verilmir? Məsələ orasındadır ki, çəkişən tərəflərdən biri­nin digərinə qarşı irəli sürdüyü ittihamı, onun doğruluğuna şübhə edildik­də, onun günahkarlığının sübutu hesab edilmir. Müsəlman millətinə münasibətdə isə onun ədalətli və qərəzsizliyi şəkk-şübhə doğurmur. Bütün hallarda şahidlik ədalətli və düzgün hökmün çıxarılmasına yardım etməli­dir və bunun üçün də şahid qərəzsiz və kifayət qədər məlumatlı adam olmalıdır. Bu iki keyfiyyət müsəlman millətinə xas olan özəllikdir və buna görə də onun şahidliyi rədd edilmir. Kimsə müsəlman millətinin üstü­nlüyünə şübhə etsə və dəlil-sübut tələb etsə, müsəlmanların üstünlü­yü­nü bəşəriyyətin ən yaxşı nümayəndəsi - Muhəmməd Peyğəmbər (səlləllahu aleyhi və səlləm) özü təsdiq edəcəkdir. Məhz buna görə, Allah bəyan edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) müsəlmanlara şahidlik edəcəkdir.

Qiyamət günü Allah elçilərindən haqqı bəşəriyyətə çatdırdıqlarını soruşarkən inkarçı xalqlar haqqın onlara çatdırıldığını danacaqlar, lakin müsəlman milləti o Məşum gün digər dinlərə mənsub olan millətlərə qarşı şahidlik edəcəkdir. Məhz onda peyğəmbərlər müsəlmanları özlərinin doğ­ru­çuluğuna şahid göstərəcəklər, Muhəmməd Peyğəmbər (səlləllahu aleyhi və səlləm) isə müsəlmanların doğru danışdıqlarına şəhadət verəcəkdir.

Bu ayə müsəlmanların yekdil rəyinin təkzibolunmaz dəlil olduğunu və müsəlman millət­i­nin bütövlükdə yanılmayacağını təsdiq edir. Bu deyilənləri, müsəlman millətinin orta yolu tutması baxımından, ayənin geniş məna kəsb etməsi də bildirir, çünki, əgər bütün müsəlman milləti eyni vaxtda bəzi mülahizələrində yanılsaydı, onda müsəlman milləti bu sözün geniş mənasında deyil, ancaq bəzi məsələlərdə ədalətli ola bilərdi. Bu ayə, hökm çıxarmağın, şahidlik etməyin və dini fitva verməyin ancaq ədalətli müsəlmanların haqqı olduğunu sübut edir.

Sonra Uca Allah xəbər verir ki, əvvəllər namaz qılınan zaman müsəlmanlara üzlərini Qüds tərəfə çevirməyi tapşırmışdı ki, kimin Elçisinin (səlləllahu aleyhi və səlləm) ardıyca gedəcəyini, kiminsə geriyə dönəcəyini öyrənsin. Bu ayədə, Allahın Öz qullarını mükafatlandıracağı və cəzalandıracağı bilik nəzərdə tutulur. Şübhə yoxdur ki, bütün hadisələr haqqında, onlar baş verənədək, hər şey Allaha məlumdur. Lakin belə məlumatı əsasında O, insanları nə mükafatlandırır və nə də cəzalandırır, çünki Allahın ədaləti kamildir və Allah istəyir ki, həqiqəti bütün qullarına çatdırsın ki, onlar bilməməzlikləri ilə özlərini doğrultmağa çalışmasınlar. İnsanlar bir əməli həyata keçirdikdə, ona görə ya mükafatlandırılır, ya da cəzalandırılırlar.

Bütün deyilənlərdən belə nəticə çıxır ki, Allah əvvəllər namaz zamanı müsəlmanlara üzlərini Qüdsə tərəf çevirməyi ona görə tapşırır ki, onları sınaqdan keçirsin və Muhəmməd Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) iman gəti­rənləri və hər hansı bir şəraitdə onun ardınca getməyə hazır olanları müəy­yənləşdirsin. Mömin şəxs belə davranmalıdır, çünki o, quldur və Allahın iradəsindən asılıdır, Onun hökmlərini yerinə yetirməlidir. Bundan başqa, əvvəlki Kitablarda bildirilirdi ki, möminlər namaz vaxtı üzlərini Kəəbəyə tərəf çevirəcəklər. Buna görə də, ona tərəf çevrilmək hökmü, doğrudan da haqqa can atan hər bir kəsin imanını və mütiliyini artırmalı idi. Geriyə dönən, həqiqətdən üz çevirən və öz istəklərinin düşkünü olan günahkar­lara gəldikdə isə, nazil edilmiş hökm, sadəcə, onların küfrünü və çaşqınlı­ğını artırırdı və buna görə də onlar öz şər əməllərini şübhələrə əsaslanan naqis sübutlarla müdafiə etməyə başlayaraq, həqiqi biliklərə istinad etmədilər.

Üzlərini Kəəbəyə tərəf çevirmək, Allahın doğru yola yönəltdiyi əsil möminlərdən başqa, hamı üçün çox ağır oldu. Onlar Allahın nemətini qiy­mətləndirib qəbul etdilər və öz Rəbbinə həmd etdilər ki, O, onlara, dün­yada bütün yerlərdən üstün olan və ziyarət edilməsi İslamın əsas sütunlarından sayılan, törədilmiş günahları yuyan əzəmətli məscidə tərəf üz döndərməyə imkan vermişdir. Məhz bunu dərk etmələri möminlərin Allahın hökmünü yerinə yetirməsini asanlaş­dırdı, halbuki bütün qalan insanlar üçün bu hökm ağır bir yükə çevrilmişdi.

Sonra Uca Allah xəbər verir ki, O, müsəlmanların imanının yox olmasına heç vaxt imkan verməyəcək. Uca Allaha Öz qullarının imanını unutmaq yaraşmaz. Belə bir şey ağlasığmazdır və mümkünsüzdür və ayə bu barədə Allahın İslama və haqq dinə yönəltdiyi hər bir insan üçün böyük müjdədir. Allah onların dinini hökmən qoruyacaq və yox olmağa qoymayacaq, özü də Onun qayğısı iki şəkildə təzahür edəcəkdir. Birincisi, O, Öz qullarının dinini həyəcanlı sınaqlardan, yanlış baxışlardan və onu dağıda, korlaya və kiçildə bilən hər şeydən qoruyur. İkincisi, O, Öz qullarının imanını artırır və onları, onların imanını artıran və əminliklərini gücləndirən əməllərə doğru ruhlandırır.

Allah onları ilk dəfə Öz dininə gətirəndə onlara iman bəxş etmişdi və O, mütləq onların dinini müdafiə edəcək və onların əqidəsini, əcrini artıraraq, onları qəm-qüssədən qoruyaraq, onlara kamil nemətini göstərə­cək. Müsəlmanlar imtahana çəkildikdə, bunun məqsədi əsil möminləri yalançılardan ayırd etmək olacaqdır. Belə sınaqlar möminləri paklaşdırır və onların doğruçuluğunu üzə çıxardır.

Lakin belə bir yanlış təsəvvür də yarana bilər ki, Allahın növbəti hökmü bir sıra möminlərin imandan əl çəkməsinə səbəb olmuşdur. Axı Uca Allah deyir ki, bu hökmün vasitəsilə Elçinin (səlləllahu aleyhi və səlləm) ardıyca gedənlər və geriyə dönənlər aşkar edilmişdir. Belə yanlış mülahizələrin yaranma­sının qarşısını almaq üçün Uca Allah xəbər verir ki, həqiqi möminlərin imanının yox olmasına heç vaxt imkan verməyəcək, çünki hər bir sınağın ağırlığı həmişə onların imanı ilə həmahəng olur.

Allah həmçinin, müsəlmanlara namazlarında Kəəbəyə tərəf üz çevirmələrini əmr edənə qədər vəfat etmiş möminlərin imanlarının hədər getməsinə yol verməyəcək. Onlar öz vaxtında Allaha və Onun Elçisinə (səlləllahu aleyhi və səlləm) layiqincə itaət etmişdilər və bütün həyatı boyu Ona tabe olmağa hazır idilər. Bu Quran ayəsi Sünnə və cəmaət tərəfdarlarının əməlinin imanın hissəsi olması barədə dəlillərindən biri idi.

Sonra Allah Özünün insanlara hədsiz mərhəməti və rəhmi haqqında xəbər verir. Bu keyfiyyətləri sayəsində Allah Öz səmimi qullarına göstər­məyə başladığı nemətini axıradək davam etdirir; onlarla və ancaq sözdə iman gətirən, qəlblərinə imanın girmədiyi münafiqlər arasında fərq qoyur; möminləri onların imanını artıran və onları daha yüksək dərəcələrə yük­səldən sınaqlardan keçirir və habelə onların üzünü ən əzəmətli və böyük məscidə sarı çevirir.

Allah təala buyurur: "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir" (Bəqərə 144).

Uca Allah Öz Peyğəmbərinə (səlləllahu aleyhi və səlləm) xəbər verir ki, O, onun tez-tez ətrafa baxdığını və Kəəbəyə yönəlmək üçün vəhyin nazil olmasını gözlə­yərək, səmaya diqqət yetirdiyini görür. Allah demir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) göyə nəzər salır, O, buyurur ki, o, üzünü səmaya sarı çevirir. Bu isə onun maraqlandığını və qayğılandığını xüsusilə vurğulamaq üçün idi. Bundan başqa, əgər insan üzünü bir səmtə çevirirsə, onun baxışları da o tərəfə yö­nəlir. Mövzumuzla əlaqədar olaraq deməli əgər qibləni özünə vəhy gəlmədən Kərbəlaya tərəf çevrilməsini deyən şəxsin üzü Allahdan uzaqlaşır və həmin şəxs açıq şəkildə Kərbəlada ölənlərə tərəf çevrilir. Həmin şəxs Allahdan uzaqlaşır və Allahın qəzəbinə səbəb olacaq iddia qaldırır. Həm də buna heç bir sübutu, elmi dəlili, səlahiyyəti olmadan belə edir.

Uca Allah Öz Elçisinə (səlləllahu aleyhi və səlləm) buyurur ki, namaz vaxtı üzü­nü, Allahın Elçisinin (səlləllahu aleyhi və səlləm) çox sevdiyi Kəəbəyə sarı çevirsin. Bu hal Muhəmməd Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) üstün tutulduğunu xüsusilə qeyd edir, axı Uca Allah Özü onu razı salmaq istəyir.

Əvvəlki ayələrdə namaz qılarkən məhz hansı tərəfə üzünü tutmaq xatırlanmadığı üçün, sonra Uca Allah xəbər verir ki, üzünüzü Məscidülharama tərəf çevirmək lazımdır. "Üz" dedikdə, əlbəttə ki, insan bədəninin ön tərəfi nəzərdə tutulur. İnsan harada: suda və ya quruda, şərqdə və ya qərbdə, cənubda və ya şimalda - olmasından asılı olmayaraq, namaz qılarkən üzünü Məscidül­harama tərəf çevirməlidir.

Bu ayə, üzün Kəəbəyə tərəf çevrilməsinin fərz və nafilə namazla­rının şərtlərindən olduğunu təsdiq edir. Əgər insan üzünü bilavasitə Kəəbə­yə tərəf çevirə bilərsə, o bunu etməlidir. Əgər o, bunu edə bilmirsə, ona Kəəbə səmtinə üzünü çevirmək kifayətdir. Bu ayədən həm də belə bir nəticə çıxır ki, əgər namaz qılan bütün gövdəsi ilə Kəəbədən kənara çevri­lərsə, namazı qəbul olunmaz, çünki istənilən hökm əks hərəkətlər etmənin qadağan olunduğunu nəzərdə tutur.

Əvvəlki ayələrdən birində Uca Allah Kitab əhlinin və digər cahil­lərin Kəəbə tərəfə üz tutmağa etiraz etdiklərini xatırladır və onların eti­ra­zı­na cavab verir. Bu ayədə Allah xəbər verir ki, Kitab əhli arasında din alimləri bilirlər ki, sən tamamilə doğru davranırsan, çünki bu barədə bilik­ləri öz Kitablarından oxuyurlar. Buna baxmayaraq, onlar etiraz etməkdə və müqavimət göstərməkdə davam edirlər, axı onlar tərs və zalım adam­lardır. Lakin bu, müsəlmanları kədərləndirməməli və onlar belə hallara diqqət yetirməməlidirlər, çünki etirazla çıxış edənlər o vaxt insanı qəmgin və narahat edə bilər ki, həqiqət aydın olmasın və etiraz edən haqlı olsun. İnsan özünün doğru yolda olduğuna qəti əmindirsə və ona etiraz edən tərs inadcılın biri, sözləri yalan və nöqsanlıdırsa, onda o, belə etirazlara fikir verməməlidir. Əksinə, o, çox yaxın vaxtlarda ona etiraz edənin ya bu dün­yada, ya da Axirət həyatında cəzaya düçar olacağını gözləməlidir. Məhz buna görə, Allah qeyd edir ki, O, insanların əməllərinə etinasızlıq göstər­mir və onları saxlayır ki, hər kəs layiq olduğu əvəzi ala bilsin. Bunun yada salınması haqqın düşmənlərinə xəbərdarlıq və möminlər üçün təsəllidir.

Muhəmməd Peyğəmbər (səlləllahu aleyhi və səlləm) o dərəcədə böyük şövqlə insanları doğru yola yönəltmək istəyirdi ki, bir təsadüfi belə nəzərdən qaçırmadan, ətrafda olanlara məsləhətlərini verirdi. İnsanlar Allahın iradəsinə tabe ol­maq­dan boyun qaçıranda, o, olduqca bərk kədərlənirdi. Kafirlərin arasında çoxları var idi ki, Allahın hökmlərinə qarşı həyasızlıqla qiyam edir, Allahın elçilərini təkəbbürlə inkar edir və şüurlu surətdə doğru yolla get­mək­dən boyun qaçırır və, beləliklə, ona düşmənçilik münasibəti bəsləyir­dilər. Məhz yəhudilər və xristianlar belə davranırdılar. Kitab əhli olduqları halda, onlar birinci olaraq şüurlu surətdə Muhəmməd Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) iman gətirməyi rədd etdilər. Onların kafirliyi cahilliklərinin və bilməməz­lik­lərinin nəticəsi deyildi, çünki onlar onun (səlləllahu aleyhi və səlləm) doğruçuluğuna qəti inanırdılar. Elə buna görə də, sonra Uca Allah buyurur: "(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!" (Bəqərə 145).

Ey Muhəmməd! Sən Kitab əhlinə öz sözlərinin və xütbələrinin doğruluğunu təsdiq edən dəlillər və möcüzələr göstərə bilərsən. Onlar buna baxmayaraq, sənin qiblən tərəfə üz döndərməyə­cəklər, çünki onu qəbul etmək səni qəbul etməyə bərabərdir və elə buna görə də qiblə böyük əhəmiyyət kəsb edir. Bunun səbəbi isə onların haqdan şüurlu surətdə üz döndərən inadcıl və tərs insanlar olmasıdır.

Möcüzələr təkcə o şəxslərə fayda verir ki, onlar haqq olanı axtarır və onun barəsində müəyyən şübhələr keçirir. Belə insanlar aşkar möcüzə­lər sayəsində həqiqəti aydınlaşdırırlar. Həqiqətlə qəti olaraq razılaşmaya­caqları niyyətində olan fasiqlərə gəldikdə isə, onlar Allahın möcüzələrin­dən faydalanmaq qabiliyyətinə malik deyillər.

Bundan başqa, Kitab əhlinin öz aralarında böyük ixtilaflar mövcud­dur - onların bir qismi o birilərinin qibləsini tanımağı rədd edirlər. Ona görə də onların sənin qiblənə tərəf dönməkdən boyun qaçırmalarında tə­əccüblü bir şey yoxdur. Onlar əsil paxıl düşmənlərdir. Onlar sənin qiblənə dönməyəcəklər, sən də onların qibləsinə dönən deyilsən.

Allah buyurur ki, Muhəmməd Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Kitab əhlinin qib­ləsinə tərəf çevrilən deyil və bu ayə, onların qibləsi tərəfə dönmə, sadəcə, qadağan edilməsindən başqa, daha dərin mənaya malikdir. Bu hal, Kitab əhli ilə razılaşmamanın - Muhəmməd Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) şəxsi keyfiy­yət­lərindən biri olmasını xüsusilə nəzərə çarpdırır. Bu isə o deməkdir ki, onun Kitab əhlinin qibləsinə tərəf dönməsi ağlasığmaz və mümkün olma­yan bir şeydir. Uca Allah həm də demir ki, Kitab əhli, onların doğruluğu­nu təsdiq edən möcüzələr göstərə bilərlər, çünki onların iddiaları tamamilə əsassızdır.

Həqiqət inkaredilməz dəlillərlə sübuta yetirildikdə, şübhəli etiraz­lara cavab vermək zəruriyyəti aradan qalxır; belə etirazlar saysız-hesabsız ola bilər. Onların əsassızlığı tamamilə aydındır, çünki mübahisə doğurma­yan həqiqətə zidd olan nə varsa, yalandır. Buna görə, şübhəli sübutları və iddiaları təkzib etmək vacib deyil.

Sonra Uca Allah Kitab əhlinin istəklərinə imkan verməyi Öz Elçi­si­nə (səlləllahu aleyhi və səlləm) qadağan edir. Allah onların əqidəsini din adlandırmır, çünki onlar yalnız öz istəklərinə istinad edir və qəlblərinin dərinliyində həqiqi dinə ibadət etmədiklərini dərk edirlər. İnsan dindən üz döndərdikdə, o, labüd olaraq öz nəfsinə tabe olur. Məhz buna görə, Uca Allah buyurur: "(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördü­nmü?..." (Furqan, 43).

Muhəmməd Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) məlum idi ki, o, haqqın tərəfində­dir, Kitab əhli isə yalana sitayiş edir. Əgər bundan sonra o, onların istəklərinə göz yumsaydı, o, mütləq zalım günahkarların sırasına düşərdi. Həqiqəti və yalanı bilən və yanlış yalana şüurlu surətdə üstünlük verən adamdan daha zalım kim ola bilər?

Bu ayələr Muhəmməd Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) müraciət etsə də, əslində onun (səlləllahu aleyhi və səlləm) bütün xələflərinə aiddir. Əgər Kitab əhlinin istəklərinə yol vermək Peyğəmbəri (səlləllahu aleyhi və səlləm), onun yüksək məqamına və çoxsaylı saleh əməllərinə baxmayaraq, zalım günahkara döndərə bilərdisə, onda yerdə qalan bütün insanlar üçün bu günah daha böyük təhlükədir.

Bu təhlükədən müsəlman olan şəxs özünü qorumalıdır. Əgər bir şəxs özündən, ona vəhy gəlmədən qiblənin istiqamətini dəyişirsə bu şəxs əlbəttə müsəlman deyildir. Onun islam dini ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. Onun sözünü də heç bir müsəlman qəbul etməz, etməyəcəkdir, çünki artıq Allaha təslim olan bütün sülh sevən müsəlmanlar çox gözəl anlayırlar ki, qiblə artıq Allah təalanın əzəli hökmü ilə, daha sonra əmri ilə dəyişilmiş, son peyğəmbərlə Qiyamətə qədər gələcək bütün müsəlmanlara qiblələri təyin olunmuşdur. Allah təalanın şəriətində özünə vəhy gəlməyən heç kim dəyişiklik edə bilməz, buna cəhd edənə isə Allah təala müsəlmanların əli ilə icazə verə bilməz.

 

İstifadə etdiyim mənbələr

1). Qurani Kərim (Azərbaycan dilində tərcüməsi ilə), Tərcüməçilər; Məmmədhəsən Qəni oğlu, Tariyel Bilal oğlu, Bakı, Göytürk-2000

2). Əbdürrəhman bin Nasir əs-Səədi, Müqəddəs Quran təfsiri (Səxavətli və mərhəmətli Allahdan gələn asanlaşdırma), Tərcüməçi; Fərahim Süleyman oğlu Qurbanov, I cild, BAKI - 2008

3) Strategiya saytı

4) Vikipediya açıq ensiklopediya, Qiblə bölümü.


Müəllifin digər yazıları

  1. Qibləni ancaq Allah dəyişə bilər
  2. Özünü yandıranlara!
  3. Peyğəmbərin dəvəti yaxşılığı əmr edib, pisliklərdən çəkindirməkdir
  4. Mömin (iman edən) və Kafirin (inkar edənin) vəziyyəti
  5. Müğənilərə verilən dəyərin qarşılığı
  6. İslam mitinqi qadağan edir!
  7. Sumqayıtda olan olayla bağlı
  8. Yeni il bayramı ilə əlaqədər bu yalana inanmayın! - FOTO
  9. Dövlət Komitəsi insan hüquqları ilə bağlı 50-ə yaxın tədbir həyata keçirib
  10. Mömin (iman edən) və Kafir (inkar edənin) vəziyyəti
  11. İslam dininə görə və müasir dövrümüzdə ipoteka
  12. Ölüyə Quran oxumaq məsələsi
  13. Falsız qal, amma fala inanma!
  14. Quran niyə ərəb-dilində nazil olunub?
  15. "Allah da sənin halını soruşsun!"
  16. Qəbirdən ümid və pənah gözləməyin!
  17. Dinin qaynağına islamın baxışı
  18. Dili hifz etmək
  19. Dini maarifləndirmədə Quranla dəvət metodu seçilməlidir
  20. Haqsız tənqidə necə cavab verməlisən?
  21. Özümüzə sahib çıxmalıyıq!
  22. Soyunmağa normal baxan müğənnilər
  23. Kişilər sürmə çəkə bilər?
  24. Qulağını, burnunu kəsməyi şeytan əmr edir
  25. Yanlış Aşura anlayışı
  26. Məhərrəm ayında Aşura günü
  27. Şou - biznes və din
  28. Ey oğlum!
  29. Quran şəfadır
  30. İbadətlərdə olan ixtilafların səbəbləri
  31. Allaha güvənmək necə də gözəldir!!!
  32. Quranın fəziləti
  33. Axirəti inkar edənin hökmü nədir?
  34. Quran və hədislər Məhəmməd peyğəmbər (s.ə.s) haqqında
  35. Qurani Kərim şəfadır
  36. Ey insanlar!
  37. Quran və hədislər Məhəmməd peyğəmbər (s.ə.s) haqqında
  38. İSLAMA GƏLİB, ÖN CƏRGƏYƏ KEÇİN
  39. Səhih Müslimin Kitabında Azərbaycan Respublikası haqqında..
  40. Asanlıq və Çətinlik
  41. Cəzaların ən dəhşətlisi, insanın...
  42. «QUR'АNI ОХUYUN, ОNU DÜNYА MƏNFƏƏTİNƏ АLƏT ЕTMƏYİN»
  43. Qəbir əzabı kafirlər üçün nə vaxta qədər davam edəcək?
  44. Siz xoşbəxtliyi nədə görürsünüz?
  45. Dilənçilər haqqında
  46. Allah istədiyimi verəndə bir dəfə sevinirəm, verməyəndə on dəfə sevinirəm
  47. Şəvval ayından altı gün oruc tutmaq
  48. Profilə şəkil qoymaq məsələsi
  49. Xoşbəxtlik İlluziyaları: Siz xoşbəxtliyi nədə görürsünüz?
  50. Bu üç məsələdə əmin ol
  51. Allaha güvənmək necə də gözəldir!!!
  52. Qədr gecəsi və bəzi əlamətləri
  53. Sən hansı qadını daha çox sevirsən?
  54. Qədr gecəsini tapmaq üçün yola çıxmalıyıq
  55. Oruc tutmaq hamı üçündür
  56. Ramazan ayı və Ramazan orucu
  57. Quranı pula görə öyrənmədi
  58. Ramazan orucunu əda etməklə (orucu öz vaxtında tutmaqla) qəza etmək arasında hansı fərq var?
  59. Oruc tutmağın faydaları və hikmətləri
  60. Allah tərəfindən sevilməyi istəyirsənmi?
  61. Sələmi yeməyin, Allahdan qorxun!
  62. Ramazan ayı xeyir-bərəkəti çox olan ən əzəmətli aydır
  63. Birdən çox kişi ilə evlənən qadın Cənnətdə hansı ərinin yanında olacaq?
  64. Ramazan ayı yaxınlaşır
  65. Əziz müsəlmanlar üçün Ramazan ayı yaxınlaşır
  66. Azan nədir?
  67. Кüfr nə dеməкdir?
  68. Məhəmməd peyğəmbər (səlləllahu aleyhi və səlləm) mələklər kimi nurdan yaradılmayıb
  69. Cənnətin qapısını açmağa tələsin!
  70. Qadın həddi aşdıqda əri onu cəzalandıra bilər
  71. Şaban ayının 15-ci gecəsində Allah təalanın dünya səmasına enməsi məsələsi
  72. Yoxsulluq küfrə aparır
  73. İslamda zarafatlaşmağa icazə verilir?
  74. Dostluq münasibətləri və şərab içənlərin cəzalandırılması
  75. "Qadında ağıl və din naqisdir" sözünün mənası
  76. Rəcəb ayı haqqında uydurulmuş hədislər
  77. Siqaret haqqında: Mütləq oxuyun
  78. Borclu olmaq çox təhlükəlidir
  79. Ata və Oğul münasibətləri haqqında
  80. İlk yaradılış
  81. Nəhayət ki, bir yerə yığışacağıq
  82. İslam
  83. АLİMLƏRİN FƏZİLƏTİ
  84. Nifaqın növləri
  85. Dini xəbər və səhih mətn
  86. Dinlər tarixi
  87. Xəzinələr silsiləsindən üç böyük xəzinə
  88. Xəzinlər sisiləsindən bir neçə xəzinə əldə edək
  89. Onun kitabı bağlandı
  90. Bu yolla canını qurtaracağını zənn etmə
  91. "Ölümüm mənə xeyirli olan vaxt ruhumu al"
  92. Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də...
  93. Allah təala siqaret çəkməyi bizə qadağan edir
  94. İslamda olan fərz ibadətlər
  95. İslama görə iqtisadi böhran və onun həlli yolları
  96. İslam dininin təşəkkül tapması və Məhəmməd peyğəmbərin (s.ə.s) Məkkədən Mədinəyə hicrəti
  97. Saqqal söz götürmür
  98. İslamın təşəkkül tapmasının zəruriliyi
  99. QURАNİ КƏRİMDƏ ЕLM
  100. "Sizin ən xeyirliniz Quranı öyrənən və..."
  101. Dağ Yəhudisinin ibrətli heykayəti
  102. Allah təala Mahmud Kərimova rəhmət etsin! Amin!
  103. Gənclərin aldandığı günlərdən biri də 14 Fevral günüdür
  104. "Valentin günü" və Roma kraliçası Juno
  105. Biz həmişə islam ölkəsi olmuşuq
  106. Günahların ən böyüyü
  107. Söz gəzdirmək xəstəliyi
  108. İSLАMDА QЕYBƏTƏ MÜNАSİBƏT
  109. XRİSTİANLIQ
  110. Bir içki var ki,...
  111. Vahid xütbə vahid iradə, birlik, bərabərlik deməkdir
  112. Qiyamət gününə qədər...
  113. İnancın əsasları
  114. Allaha bağlanmaq sağlam etiqaddır
  115. Onu sizə etibar edə bilərəmmi?
  116. "Allahın əzabı şiddətlidir!"
  117. Dünyanın bütün mülkü özünə verilən müsəlman
  118. Yeddi rəqəmi haqqında qısa araşdırma
  119. Öldükdən sonra orqan nəqli icazəli deyil
  120. Orqan nəqli icazəli deyil
  121. Müsəlmana əziyyət verən əziyyət çəkər
  122. KİV-in dini maarifləndirmədə rolu
  123. Kimin qəlbi təmizdir?
  124. Allah bizi nə üçün yaradıb və bu həyatın mənası nədir?
  125. Allah elçisinin (s.ə.s) səhabələri
  126. Elmi-Nafi (Faydalı Elm)
  127. Zəlalətə düşməkdən insanı qoruyan iki əsas (2-hissə)
  128. İslama dəvət yerləri
  129. Xəzinələr silsiləsindən üç böyük xəzinə
  130. Sədəqə verdiyin adamdan dua tələb etmə!
  131. Nifaqın növləri
  132. İnsanı zəlalətə düşməkdən qoruyan iki əsas (I-hissə)
  133. Xəzinlər sisiləsindən bir neçə xəzinə əldə edək
  134. Kafirə ölüm anında təlqin etmək olarmı?
  135. Dini xəbər və səhih mətn
  136. Məhərrəm ayı və bu ayda olan Aşura günü
  137. Ölüm Mələyi (Ona salam olsun) gəlməmiş saleh əməllərə yönələk!
  138. Hamı bir-birindən fərqlənir. Yaxşı əməllərdə fərqlənin!
  139. Hеç bеlə bir dоstunuz оldumu?
  140. Ticarətə başlayın!
  141. İslam mənbələrində "Ət-Təhsil vəl-bəyan fi siyaq qissati əs-Seyyid Salman" əsəri






Şərh yaz
Yoxlama kodu:83436
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.2672 san