05:18 07 yanvar 2014
1332 dəfə oxunub
Çap versiyası

Əhval dəyişməsi - insanın özündən ayrılması, özünəyadlıqdan qurtula bilməməsidir.

***
Ən böyük yazıqlıq - həqiqətsizlikdir.

***
Çağımızın halı: ağlamayana, yalvarmayana inanmırlar!

***
Bənzərsiz böyüklük - özündə dünyaya qarşı durmaq gücü görməkdir.

***
Doğa (təbiət) bənzərsiz böyükdür - bu üzdən də onun yanlışları böyüklüyünü gözümüzdə kiçiltmir.

***
Böyüklüyə yetmək - bənzərsizliyə yetməkdir.

***
Ən yayğın həqiqətsizlik - yalançılıqdır.

***
Qorxmazlıq - dərk olunmuş həqiqətdir.

***
Qorxaqlıq - dərk edilməmiş həqiqətsizlikdir.

***
İnamsız olduğun qədər - qorxaqsan,
qorxaq olduğun qədər - inamsızsan.

***
Qorxmazlıq - özünəinamdır, qorxaqlıq - özünəinamsızlıqdır.

***
Qorxmazlıq - özümlükdür, ona görə sevilir.

***
Qorxaqlıq - özgəlikdir, ona görə sevilmir.

***
Qorxu - inamsızlıqdır: qorxuda inam azır, çaşır.

***
Qorxu - idraksızlıqdır: qorxuda idrak azır, çaşır.

***
Qorxu - mənəviyyatsızlıqdır: qorxuda mənəviyyat azır, çaşır.

***
Qorxu - iradəsizlikdir: qorxuda iradə azır, çaşır.


Güclə özünü təmizə çıxarmaq - ikiqat çirkinlikdir.

***
İnamlı - Həqiqət asılılığına düşür - azadlığa çıxır.

***
İnamsız - Həqiqətsizlik asılılığına düşür - azadlığını itirir.

***
İnam - Həqiqətdən ruhani asılılıqdır.

***
İnamsızlıq -  Həqiqətsizlikdən zorakı asılılıqdır.

***
İnam - Həqiqətə yetmək və onda itməkdir.

***
İnamsızlıq - Həqiqəti itirməkdir.

***
Həqiqət - gərəklidir, ancaq çox uzaqdır.

***
Həqiqətsizlik - gərəksizdir, ancaq çox yaxındır.

***
İnam - uzağı yaxınlaşdırır, insanı Həqiqətə qovuşdurur.

***
Dərk edilməyənə yalnız qorxaraq inanmaq olar.

***
Həqiqətə dərk etməmiş inanmaq olmaz.

***
Mütləq inamlı - Mütləq həqiqətlidir.

***
Mütləqi dərk edə bilməmək - ona inamın azlığındandır.

***
Həqiqətçilik - dərk etdiyin əsasında yaşamaqdır. 

***
Həqiqətsizlik - dərk etmədiyin əsasında yaşamaqdır.

***
Əxlaqsızlıq - idrak əyriliyi, sapmasıdır.

***
Həqiqət - mütləq düzlükdür. O, idrakdan özünə qarşı mütləq düzlük istəyir. Həqiqətə uyğun olan idrak - onu dərk edir.

***
Özünüaldatma - özünəqıymadır.

***
Həqiqəti dərk edə bilmirsən, demək, düz yaşamırsan.

***
Kamillik -  Mütləqin sonu deyil, ardıcıl mütləqlikdir.

***
Ruhani yol -  qaçılmazdır!

***

 


Müəllifin digər yazıları

  1. Qorxu - İnam - Həqiqət
  2. Həzz - İztirab
  3. Mədəniyyət - Din
  4. Satılmaq
  5. Saymazlıq - Bənzərsizlik - Ərincəklik
  6. Həqiqət üstə
  7. Arzu - İnam
  8. Məna
  9. Qanunauyğunluq
  10. Ağalıq - Nökərlik - İnsanlıq
  11. Arxayınlıq - Paxıllıq - Lovğalıq
  12. Həqiqətçilik - Gerçəkçilik
  13. Özün - Özgə
  14. Ön - Son
  15. Qorxu - Azlıq - Çoxluq
  16. Səmimilik - Yaxşılıq - Pislik
  17. Tükənmə - Varolma - Yoxolma - Zaman
  18. Varlıq - Yenilənmə - İlkinlik
  19. Çıxılmazlıq
  20. Ağgünlük
  21. Yenilənmə
  22. Alın yazısı
  23. İnam - İdeal - Ehkam
  24. Ehkam - Qorxu
  25. İnsan olmaq
  26. İdrak - Qorxu - Həqiqət
  27. Darılmaq - Darıxmaq
  28. Düşüncə diriliyi, ölülüyü
  29. Qorxu mənəviyyatsızlığı
  30. İdeallaşdırma
  31. Acıqlanmaq - Acımaq
  32. Qısqanclıq
  33. Təsəvvür
  34. Duyğu - İş
  35. Dünya - İnsan
  36. Mən - Məna - Mənəvi
  37. Ruh - Bədən
  38. Elm - Din
  39. Yenilənmə
  40. İdeya və Güc
  41. Ucalıq - Alçaqlıq
  42. Düşüncə - Duyğu
  43. İnam - Duyğu
  44. Qorxu - ölümün qapısıdır
  45. Mətbuatımızın həqiqət və cəsarət örnəyi
  46. Genişlik
  47. Təklik - Çoxluq
  48. İnanan və İnanılan






Şərh yaz
Yoxlama kodu:71234
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1649 san