05:44 07 yanvar 2014
1200 dəfə oxunub
Çap versiyası
...

1996-97-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam, komandasının Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 26-cı ənənəvi beynəlxalq turnirdə Çexiya yığmasına qarşı keçirdiyi oyun (0:2) haqda fikirlərini bildirib. Azerisport.az Adamın müsahibəsini diqqətinizə çatdırır. "Çexiya yığmasını təbrik edirəm. Onların yaxşı təşkil edilmiş komandası var. Bu gün qələbənin hər iki tərəfə lazım olduğunu bilirdik. İlk oyundakı taktikanı seçdim. Ancaq planımız baş tutmadı. Səbəb, bizim hücum xəttimizdə hisslərin, partlayışın, orijinallığın yoxluğu idi", deyə Adam bildirib.

 - Komandanızın hücumuna qiymət verdiniz, bəs digər xətlər haqda nə deyə bilərsiniz?

- Siz tam haqlı deyilsiniz. Komandanı xətlər üzrə, məsələn, hücumdakı fəaliyyətə görə qiymətləndirmək olmaz. Bəli, irəlidə bizə partlayışın çatmadığını dedim, ancaq bizim sürətimiz də çatışmırdı. Oyunun statistikasına baxın: 75%-in 25%-ə nisbətdə rəqibin topla oynama üstünlüyü vardı. Əsas səbəb, sürətin və qərar vermə sürətinin olmaması idi. 

 Əvəzetmələrin birində siz kapitanı meydandan aldınız. Demək, siz hələ də komandanın liderini müəyyən etməmisiniz?

Bu əvəzetmədə xüsusi problem görmürəm. Oyunçu yorulmuşdu və onu əvəzlədim. Ancaq o, doğrudan da komandamızın lideridir. Mirkamil Həşimli hazırda Türkiyənin "Fenerbahçe" klubunda çıxış edir. Komandamızda onun böyük nüfuzu var.

 Siz alman futbol məktəbinin təmsilçisisiniz və Azərbaycan yığmasını çalışdırırsınız. Mentalitetlərdə fərq sizin üçün problem deyil ki?

Qətiyyən yox! Mənim problemim yoxdur. Yerli federasiyanın böyük inkişaf istəyi və imkanı var. Biz almanlar bura Azərbaycan futbolunu qaldırmağa yox, onun inkişafına kömək etməyə gəlmişik.

 








Şərh yaz
Yoxlama kodu:71512
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.0997 san