08:28 07 yanvar 2014
1381 dəfə oxunub
Çap versiyası
...


 
Vəliyev Ruslan

Bakı Dövlət Universiteti-magistr

 

    Göygöl  qalxımı  əsasən, Üst Bayos  yaşlı  turş  tərkibli vulkanogen  süxurlardan və Bat yaşlı vulkanogen-çökmə süxurlardan təşkil olunmuşdur. Göygöl  qalxımını  təşkil edən süxurlar turş tərkibli Zurnabad və Pant intruzivləri, çoxsaylı subvulkanik  intruzivlər, həmçinin müxtəlif  istiqamətli qırılma strukturları  ilə mürəkkəbləşmişdir.

    Göygöl qızıl təzahürləri qrupu  Kiçik Qafqazın şimal-şərq yamacında Murovdağ silsiləsinin şimal-şərq hissəsində yüksək və orta dağlıq şəraitində yerləşir.

    Göygöl qalxımının Daşkəsən sinklinoriumu ilə təmas zolağında bir sıra qızıla perspektivli sahələr və təzahürlər aşkarlanmışdır: Tülallar, Pant və Sarıçuxurbaşı sahələri. Bu sahələr Göygöl qızıl təzahürləri qrupuna aid edilirlər.

    Göygöl qızıl təzahürləri qrupu inzibati cəhətdən Xanlar rayonunun cənub-qər-bində, Gəncəçay, Kürəkçay arası Pant-Meydanyal suayrıcı dağ silsiləsində yerləşir.

Təzahürlər əsasən andezit-dasit tərkibli effuzivlərdən və onların tuflarından təşkil olunmuş Bat və Kimeric yaşlı süxurların, qismən isə liparit, liparit-dasit  tərkibli Üst  Bayos yaşlı vulkanitlərin yayıldığı sahələrdə rast gəlinir.

     Gögöl qızıl təzahürləri qrupunun ərazidə açılmış (və ya gizli qalmış) intruziv əmələgəlmələr və subvulkanik kütlələrlə məkan əlaqələri vardır.

     İntruziv və subvulkanik kütlələr ətraf  süxur komplekslərinə aktiv təsir göstərə-rək onların metasomatik və metamorfik dəyişmələrə məruz qalmalarına səbəb ol-muşdur. Intruzivlərdən ayrılan hidrotermal məhlullar qırılma və əzilmə strukturları boyu  uzaq məsafələrə hərəkət edərək müxtəlif istiqamətli, müxtəlif intensivlikli  hidrotermal-dəyişmiş  zonaların  əmələ gəlməsinə  səbəb  olmuşdur Hidrotermal məhlullar yan süxurlarda olan çat sistemləri və müxtəlif qalınlıqlı  minerallaşmış zonalar və damarlar sistemi əmələ gətirmişlər ki, bu da filizləşmənin ərazidə intişar tapmış intruziv əmələgəlmələr və ya subvulkanik kütlələrlə genetik əlaqədə olduğu müəyyənləşdirir. . Bu  zonalarda əsasən  qızıl, gümüş, bəzən  molibden  mineral-laşması  qeyd  olunur.

     Pant sahəsi. Pant dağının yüksəklik ərazisində açılmışdır. Sahədə Bat və Üst Yura yaşlı vulkanitlər diorit-porfirit ştokları ilə yarılmışdır. Şimal-şərq istiqamətli qırılma zonaları daxilində qızıldaşıyan kvars-sulfid damarları və hidrotermal də-yişmə zonalarına rast gəlinir. Kvars-sulfid damarlarında sulfid minerallarının in-tensiv dərəcədə oksidləşməsi, yan süxurların isə kaolinləşməyə, silisləşməyə  və limonitləşməyə məruz qalmaları aydın görünür.

     Kvars damarlarının qalınlıqları 4-6 , 8-12 m, uzunluqları isə 300-750 m arasın-da dəyişir. Kvars damarlarından götürülmüş sınaqlarda qızılın  miqdarı 0-1 q/t ara-sında dəyişir , bəzən isə 5,0 q/t-a qədər artır.

     Sarıçuxurbaşı sahəsi. Sarıçuxurbaşı dağının yüksəklik ərazisində açılmışdır. Sarıçuxur sahəsində bir-birinə paralel olan bir neçə kvars damarı və hidrotermal dəyişmə zonaları müəyyən edilmişdir. Damarlar şimal-şərq istiqamətində uzanaraq Bat yaşlı andezit tuflarını yarırlar. Damarların eni 4-8 m,uzunluqları isə 500-800 m-ə çatır. Damarlarda qızılın miqdarı 0,1-3,0 q/t arasında dəyişir, orta miqdarı 1,0-1,5 q/t təşkil edir.

      Pant və Sarıçuxur sahələrində aparılm geofiziki tədqiqatlar nəticəsində dərin-likdə 250-300 ENTİ intensivlikli maqnit anomaliyası qeydə alınmışdır ki,bu da diorit tərkibli intensiv əmələgəlmə kimi çözülmüşdür.

     Tülallar sahəsi. Tülallar zonası Daşkəsən sinklinorimi ilə Göygöl qalxımının təmasında yerləşir. Zonanın mərkəzi hissəsi Kimmeric yaşlı orta turş (andezit-da-sit,dasit) tərkibli litoklastik tufları, zonanın şimal və cənub hissəsi isə Bat və Bayos yaşlı süxur komplekslərini kəsirlər. Sahədə andezit, andezit-dasit və traxiandezit tərkibli daykalara da rast gəlinir.Zona daxili süxurların hidrotermal dəyişmələri əsasən törəmə kvarsitlərin əmələ gəlmələri, müxtəlif intensivli kvars-laşma və ka-olinləşmə proseslərinə məruz qlmaları ilə səciyyələnirlər. Zonanın güclü kvars-laşmaya məruz qalan hissələrində qızılın tutumu bəzi hallarda 2-10 q/t-a qədər ar-tır. Kaolinləşmiş hissələrdə isə 0,5-1,5 q/t arasında dəyişir. 

 








Şərh yaz
Yoxlama kodu:29009
Son xəbərlər
"Palmali" vuruldu
17:57 08.01/2014
Röyadan pulsuz xəbər
15:54 08.01/2014
Nazim Süleymanov getdi
12:39 08.01/2014
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Sizin reklamınız burada!
(+994 12) 537 16 05
[620x90px]
Xəbər başlıqları
08 yanvar 2014
08.01.2014 "Palmali" vuruldu
07 yanvar 2014
07.01.2014 Onlar tutuldular

Bütün xəbərlər

© 2012 Strategiya.az
proqramlaşdırma: AzInWEB.
0.1909 san